"Azsığorta" keçmiş əməkdaşının iddialarına CAVAB VERDİ
4-09-2020, 14:59
283

"Azsığorta" keçmiş əməkdaşının iddialarına CAVAB VERDİ

Mediada AZSIGORTA ASC-nin keçmiş əməkdaşı Seymur Babayevin şikayəti barədə yayımlanan məlumatlara dair bildirmək istərdik ki, 2016-cı ildən şirkətin Şirvan-Muğan filialında satış nümayəndəsi kimi fəaliyyət göstərən S.Babayevin müştərilərlə dəfələrlə ciddi mübahisələrinin olması faktı aşkarlanmışdır. Bu barədə DİA.AZ-a "Azsığorta"dan verilən məlumatda deyilir.

Daha sonra bildirilir: "Sığortalının şikayəti əsasında S. Babayevin müştərilərlə rəftarı və bağladığı müqavilələr yoxlanılmışdır.

Müəyyən edilmişdir ki, Seymur Babayev Daşınmaz əmlakın İcbari Sığortası müqavilələri və eləcə də Əmlakın yanğından və digər əlavə risklərdən sığortası növü üzrə sığorta müqavilələri bağlayarkən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməmiş, sığorta məhsullarının satışını həyata keçirərkən sığortalıların ciddi narazılığına səbəb olan kobud pozuntulara yol vermiş, Cəmiyyətin nüfuzuna ciddi ziyan vurmuşdur.

Sığortalının şikayəti və araşdırmanın nəticəsi nəzərə alınaraq, S.Babayev Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

Qeyd edək ki, sözügedən əməkdaş əmrin ləğvi, işə bərpa, maddi və mənəvi zərərin əvəzininjn ödənilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1720/2020 saylı qətnaməsi ilə iddiaçı Babayev Seymur Nizami oğlunun iddia tələbi əsassız olduğundan təmin edilməmişdir.

İddiaçı iddia tələbi üzrə Apelyasiya şikayəti vermişdir".

Oxşar xəbərlər

İşdən çıxarıldığı “Azsığorta”-dan 50 min tələb edir - Çəkişmə...
Bu sığorta şirkətləri də bağlanma təhlükəsi ilə üz-üzədir - SİYAHI
“Günay Sığorta”da yeni TƏYİNAT
“Standard Insurance” müflis elan edildi — Ləğvetmə Komissiyası yaradılır
Sürücülərə ŞAD XƏBƏR: Bu halda cərimələnməyəcəksiniz
BNA Hikmət Babayevi necə “qurban“ verdi? - Təfərrüat
Sığorta şirkətləri dövlət qurumunun - TENDERİNƏ QATILMADILAR
“Kapital Bank”dan Şəhidlərin adı ilə özünüreklam: “O borc bağışlanmayıb, silinib”
Koronavirus Azərbaycanın sığorta bazarında nələri dəyişdi? - VİDEO
Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi
İşsizlikdən sığorta ilə bağlı şərtlər yumşaldılacaq
Vergilər Nazirliyi: Bu il işsizlikdən sığorta haqları üzrə nəzərdə tutulandan 6,7% çox vəsait daxil olub
Nazirlikdən daşınmaz əmlakla bağlı QƏRAR
Arvadı ilə nişanlı oğlanı ... - Cəlilabad rayonunda şok olay
Hikmət Babayev işdən qovuldu
Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ
Bu qurumun adı dəyişdirildi
Rəhim Qazıyevin apellasiya şikayəti təmin edilmədi
Əlillərin müavinətlərinin kəsilməsi, uğursuz kadr siyasəti və…
Sahil Babayevdən pandemiya dövründə iş yerləri ilə bağlı AÇIQLAMA
Prezidentdən Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinə tapşırıq
Sahil Babayevin nazirliyində yoxlamalar başladı
“Rəvan Sığorta” fəaliyyətini dayandırır - Nuru Əliyev iflas edir?..
"Vergi güzəştləri hətta bir neçə il sonrakı dövrləri əhatə edəcək"
Sabiq başçı ölkə xaricinə də böyük pullar çıxara bilib - Geri gətiriləcəkmi?
BNA və şəxsən Hikmət Babayev xalqdan üzr istəməlidir – Deputatdan sərt açıqlama
Eldar Həsənov apellyasiya şikayəti verib
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda koronavirusla bağlı daha iki xidmət yaradıldı