Arvadını Azərbaycanda müharibə aparmağa göndərən Paşinyan nəyi etiraf etdi?
4-09-2020, 15:53
1 883

Arvadını Azərbaycanda müharibə aparmağa göndərən Paşinyan nəyi etiraf etdi?

“Vestnik Kavkaza” nəşri  dünən -3 sentyabrda ingilis dili variantında Ermənistan Baş naziri NikolPaşinyanın arvadı Anna Akopyanın Qarabağa gəlib silahlı təlim keçməsini təhlil edən məqalə ilə çıxış edib. Moderator.az mətni orijinaldan tərcümə edərək oxucuların diqqətinə çatdırır.

“Dağlıq Qarabağ münaqişəsi bölgəsində ən qəribə hadisələrdən biri yayın son həftəsində baş verdi: 25-31 avqust tarixlərində Azərbaycanın işğal olunmuş ərazilərində,  Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyanın başçılıq etdiyi 15 erməni qadın hərbi təlim keçdi.

Əllərində heç vaxt silah tutmayan, həm də “Qadınlar Sülh Naminə” təşkilatına mənsub olan qadınlar, Ermənistan Müdafiə Nazirliyinin  elan etdiyi “könüllü silahlı xalq dəstələri”  layihəsinə əsasən Anna Akopyan tərəfindən qanunsuz olaraq  Ermənistandan işğal altındakı Azərbaycan torpaqlarına aparıldı. 
Beləliklə, Nikol Paşinyanın yeni hərbi layihəsinin həyata keçirilməsindəki ilk addım, həyat yoldaşı tərəfindən Azərbaycan bölgələrinin işğalını davam etdirmək üçün nə etməyə hazır olduğunu nümayiş etdirərək edildi: Anna Akopyan bir Kalaşnikov avtomatı və bir  snayper silahına sarılıb  şərti yaralı işğalçılara ilk tibbi yardım göstərilməklə döyüş taktikalarını yerinə yetirdi.



Həqiqi hərbi əməliyyatdan daha çox təbliğat xarakteri daşıyan bu təlimlərdə  Akopyanın qrupu Qarabağın təcrübəli işğalçılarından  "dörd" aldı, çünki "Qadınlar Sülh Naminə" nin yalnız beş iştirakçısı  daha cəld öldürmə qabiliyyətini mükəmməl şəkildə nümayiş etdirə bildilər. Yəni bir hədəf üzərində 15 saniyə vaxt sərf etdikləri üçün” əla”, qalanları da müsbət qiymətləndirmələr aldılar. Baş nazirin arvadının özü Azərbaycana qarşı təcavüzünə görə hansı qiyməti aldığı barədə veb saytı susur.
Azərbaycan qoşunlarına qarşı müharibə aparmaq üçün təlimlərə başlamaq qərarını şərh edən Anna Akopyan həm özü, həm də "bir çox qadınlar ələ silah almağa, ancaq müharibə üçün deyil, vətənimizi və övladlarımızı qorumaq üçün" hazır olduğunu bildirib. Eyni zamanda, hərbi təlimləri Ermənistan ərazisində aparıla bilərsə, nə üçün qadınları işğal altındakı Azərbaycan torpaqlarında apardığını izah etməyib (Qarabağ, yeri gəlmişkən, nə Paşinyanın arvadının vətənidir, nə də övladlarının yaşayış yeridi).



Bir tərəfdən, aksiyanın mənası bəllidir: Baş nazirin vətəndaşları "könüllü  xalq dəstələrinə" ə cəlb etmək və əhaliyə Azərbaycan torpaqlarının işğalına görə heç nədən peşman olmayacağını göstərmək üçün kampaniyaya güclü bir başlanğıc lazımdır.  Nikol Paşinyan simvolik olaraq arvadını təmas xəttinə göndərir ... Eyni zamanda, Anna Akopyanın əslində ilk qeydiyyatdan keçən dəstənin başında durmasından narahat deyil. Bu həmçinin onu göstərir ki, baş nazir kişilərə inanmadığı üçün  qadınları müharibəyə göndərməyə məcbur olub.

Anna Akopyanın Qarabağda qadınların əlinə silah alıb atəş açması ilə bağlı hekayəsinin əsl mənası  Ermənistanın hər bir vətəndaşının cinsindən və yaşından asılı olmayaraq İrəvanın işğal siyasətini dəstəkləməyə hazır olması deyil. Bu həm də o deməkdir ki, təcavüzkar respublikanın münaqişə bölgəsindəki status-kvonu qorumaq üçün resursları tükənir. Arvadını Azərbaycanda müharibə aparmağa  göndərən Nikol Paşinyan nizami bir ordu üçün ümidinin olmadığını etiraf etdi.

Oxşar xəbərlər

Akopyan “sülh nağılı”nı unutdu, “silaha sarılır”... - TƏHLİL
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
Paşinyan BBC-də özünü biabır etdi
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
“Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir”
Ermənistan Qarabağa yeni yol çəkir – Səbəb? - VİDEO
Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Müharibə hələ bitməyib”
Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
Azərbaycan ABŞ Dövlət Departamenti və Konqresə məktublar ünvanlayıb - RƏSMİ
Ermənilər Kəlbəcəri turizm mərkəzinə çevirir - Foto
Türkiyə televiziyaları: Rusiya Ermənistanı müharibəyə hazırlayır - Video
Meksikada Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatından danışıldı
İcma qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
Önümüzdəki 10 il işğal ərazilərinin ermənilərlə məskunlaşma illəri olacaq
“Başqa plan mövcud deyil!” - MÜSAHİBƏ
“The EurAsian Times” nəşri Rusiyanın Ermənistana silah təchizatı ilə bağlı Azərbaycanın narahatlığından yazıb
“Ermənistan - işğalçı, Qarabağ - Azərbaycandır” - ŞƏRH
Türk qorxusu İrəvanı da dilə gətirdi: Nikol toplantı keçirir
Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil
İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı - Əli Həsənov
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
Riçard Kirakosyan: “Heç kim və heç nə Azərbaycana təzyiq göstərmək iqtidarında deyil”
Müharibə başlasa... - Ermənistanda daş üstdə daş qalmayacaq
Bu it balalarından birini vursaq... HHQ qüvvələrimiz erməniləri necə qorxutmuşdu -FOTO