Bakıda daha bir məhkum ölüb.
Gundelik-baku.com lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisələrindən birində qeydə alınıb. Orada cəza çəkən ömürlük məhkum Elşad Teyyub oğlu Mustafayev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, E.Mustafayev 1993-cü ildə Gəncə hadisələri ilə bağlı, sabiq baş nazir Surət Hüseynovun işi üzrə həbs olunanlardandır.