Müdafiə nazirləri ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul ediblər
4-09-2020, 00:38
144

Müdafiə nazirləri ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul ediblər

Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 4-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv dövlətləri Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Zakir Həsənov çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir davam etdiyini, bunun nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün düşdüyünü görüş iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycanın Müdafiə naziri vurğulayıb ki, ərazilərimizin 20 faizinin MDB-nin üzvü olan bir dövlət tərəfindən işğalı faktı beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən bu Birliyin normalarına və ruhuna ziddir.
Ermənistan tərəfinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi genişmiqyaslı təxribatın regional təhlükəsizliyə təhdid yaratdığını qeyd edən Müdafiə naziri eyni zamanda rəsmi Yerevanın Azərbaycanla MDB-yə üzv olan dövlətlər arasında münasibətlərə xələl gətirmək məqsədi güddüyünü də bildirib.
İclasın yekununda Böyük Vətən Müharibəsində Qələbənin və İkinci Dünya Müharibəsinin bitməsinin 75 illiyi ilə bağlı birgə bəyanat imzalanıb.
Bəyanatı imzalayan Müdafiə nazirləri bir sıra məsələlərə münasibət bildirməklə yanaşı BMT-nin məqsəd və prinsiplərinə, qəbul edilmiş beynəlxalq hüququn normalarına, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiq qaldıqlarını təsdiq ediblər.

Oxşar xəbərlər

Zakir Həsənov Moskvada səfərdədir
Zakir Həsənov Çinə gedəcək
"Tankçılarımız artıq öz məharətlərini göstərib" - Zakir Həsənov
Azərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
 Zakir Həsənov NATO admiralı ilə görüşdü
Zakir Həsənov Ermənistanın törədə biləcəyi təxribatların qarşısının dərhal alınmasını əmr edib
Sergey Şoyqu Azərbaycana gəldi
Hulusi Akar Fəxri və Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar
Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib
Nazir cəbhəboyu zonada: tapşırıqlar verdi
Prezident şəhid generalın və polkovnikin ailələrinə ev verib
Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
MN: Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində nisbi sakitlikdir
Kimlər general rütbəsinə təqdim olunub? - Nazirin bacanağı, rəisin bacısı oğlu... - SİYAHI
Tovuz şəhidi ilə vidalaşır - Foto, Video
MN: Düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb - Bəyanat
Müdafiə naziri Zakir Həsənov gənclərlə görüşdü
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Prezident şəhid generalın və polkovnikin ailələrinə başsağlığı verib
NATO admiralı Azərbaycana təşəkkür etdi
Zakir Həsənov generalı vəzifəsindən azad etdi
Türkiyə televiziyaları: Rusiya Ermənistanı müharibəyə hazırlayır - Video
Zakir Həsənov: “Silahlı Qüvvələrimiz Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə öz vəzifəsini yerinə yetirəcək”
Tovuz şəhidi ilə vidalaşır - Yenilənib - Foto, Video
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı oldu - Video
XİN-dən şəhid olan hərbçimizlə bağlı AÇIQLAMA
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
“Sergey Şoyqu bu gün Azərbaycana gəlməzdən əvvəl Ermənistanın Müdafiə naziri ilə danışıb” - Politoloq
“Tovuzda ermənilərin təxribatı Rusiyadan qaynaqlanırdı” – Deputat