Bakıda aşan kran bu şirkətə məxsus imiş...
4-09-2020, 18:35
374

Bakıda aşan kran bu şirkətə məxsus imiş...

Sentyabrın 4-də saat 14 radələrində paytaxtın Nərimanov rayonu, M.Sənani küçəsi 41 ünvanında kranın yaşayış binasının üzərinə aşması nəticəsində bir nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib. 
İlkin araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda “Qarant İnşaat 2012” MMC tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binasının tikilməsi ilə bağlı sifariş əsasında fəalliyət göstərən “Kran Group” MMC-yə məxsus kranın işlək vəziyyətdə olub-olmamasını yoxlamaq məqsədilə sürücü kabinəsinə qalxmış 1983-cü il təvəllüdlü Elvin Cəfərov kranın aşması nəticəsində hadisə yerində dünyasını dəyişib, o cümlədən həmin ərazidə olan 6 avtomobil və kranın üzərinə aşdığı 9 mərtəbəli yaşayış binasının 3 mənzilinə müxtəlif məbləğlərdə maddi ziyan dəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla, cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişi ilə Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Hazırda iş üzrə intensiv və zəruri istintaq hərəkətləri davam etdirilir.

Oxşar xəbərlər

Bakıda kranın aşması nəticəsində 1 nəfər ölüb, 2 evə ciddi ziyan dəyib - Yenilənib, Foto, Video
Bərdədə gənc oğlanın ölümü ilə bağlı Rəsmi açıqlama
Tikinti şirkətinin iddialarına kran sahibinin CAVABI - VİDEO
Abşeronda usta bədbəxt hadisə nəticəsində ölüb
Bakıda qətl törədilib
Bakıda kran doqquzmərtəbəli yaşayış binasının üzərinə aşdı
Kranın yaşayış binasının üstünə aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş bağlanıb - VİDEO
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Zaqatalada 18 yaşlı gənci öldürən şəxs tutulub
Bakıda gözəllik salonundakı qətllə bağlı cinayət işi başlanıldı, saxlanılan var - RƏSMİ
İmişlidə qətl hadisəsi törətməkdə şübhəli bilinən şəxs tutulub
Hüseyn Məmmədovun öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
Goranboyda polisə qarşı zor tətbiq edən həbs olundu
Xaçmazda dəhşət: ər arvadını bıçaqladı
Azərbaycanda DƏHŞƏT: Oğul anasını bıçaqladı
Bacısını kanalda boğub öldürən şəxs həbs edildi
Bakı-Rostov yolunda boru partladı - Fəhlə öldü
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb
Gəncədə usta 6-cı mərtəbədən yıxılıb öldü
Bakıda moteldə arvadını öldürən şəxs barəsində qərar verildi
Bakıda “Topaz”a oyuncaq tapanca ilə basqın olundu
"Yeni Ailə" MTK-dan şikayət - VİDEO
Narkotik alverçisi polisi öldürməyə cəhd etdi - Rəsmi açıqlama
Azərbaycanda polis bıçaqlandı
Gəncə sakininin intiharı ilə bağlı rəsmi açıqlama
Bakıda oğurlanan avtomobilin sahibi: “Elə bil yer yarılıb...” - FOTO
Mingəçevirdə qısqanc ər arvadını qohumunun evində öldürdü
Zaqatalada evdən iki televizor və spirtli içkilər oğurlandı - FOTO
Azərbaycanda DƏHŞƏT: Kişi arvadını balta ilə ÖLDÜRDÜ