Bakıda saxta pul əməliyyatları ilə bağlı ilginc iddialar
4-09-2020, 18:49
309

Bakıda saxta pul əməliyyatları ilə bağlı ilginc iddialar

Bakıda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslərin sayı son illərdə azalıb. Bir neçə il əvvəl Azərbaycanda saxta əsginaslar, xüsusən də xarici əsginasların çapı ilə məşğul olan şəbəkələr var idi. İndi isə ara-sıra belə dəstələr ələ keçirilir. Onlar da əsasən milli valyutanı saxtalaşdıranlardır.
Hüquq-mühafizə orqanlarının son bir neçə ildə keçirdiyi əməliyyatlar zamanı saxlanılan şəxslərin əməllərində diqqət çəkən bir neçə məqam var. Birincisi, yuxarıda qeyd etdiyimiz kimi, milli valyutanın saxtalaşdırılmasıdır. Digər iki diqqət çəkən məqam isə əsasən 5 və 50 manatlıq əsginasların saxtalaşdırılması və az miqdarda saxta pulların hazırlanmasıdır. Az sayda saxta pulların hazırlanmasının səbəbi də təbii ki, diqqət çəkməməkdir.
Son əməliyyatlar zamanı nəzərəçarpan məqamlarla bağlı bir neçə sual yaranır. Əsas sual isə niyə məhz 5 və 50 manatlıq əsginasların saxtalaşdırılmasıdır. 5 və 50 manatlıq əsginasları saxtalaşdırmaq asandırmı?

Bu suala iqtisadçı ekspert Əkrəm Həsənov cavab verib.
Musavat.com-a danışan Ə.Həsənov bildirib ki, 5 və 50 manatlıq əsginasların saxtalaşdırılmasının əsas səbəblərindən biri onların daha asan hazırlanması ola bilər. “Bu dediklərim ehtimaldır. Amma xüsusən 5 və 50 manatlıq əsginasların hazırlanması bunu deməyə əsas verir. Ümumiyyətlə isə əsginasların müəyyən təhlükəsizlik əlamətləri var. Biz adi insanlar həmin əlamətləri bilmirik. Onu yalnız istehsalçı və Mərkəzi Bankın müəyyən vəzifəli şəxsləri bilir. Ola bilər ki, Mərkəzi Bankın daxilində də müəyyən vəzifəli şəxslər arasında bölgü aparılıb. Yəni bir neçə təhlükəsizlik əlamətlərini ayrı-ayrılıqda bir neçə nəfər bilir. Eyni şəxs bütün əlamətləri bilmir. Təbii ki, bu fikirlər ehtimaldır. Çünki bu ciddi təhlükəsizlik məsələsidir və tam məxfidir. Amma dünyada belə praktikalar və düzgündür”- deyə, Ə.Həsənov qeyd edib.
Ekspert 5 və 50 manatlıq əsginasların daha çox saxtalaşdırılması ilə bağlı maraqlı iddia da səsləndirib: “O da ehtimal ola bilər ki, 5 və 50 manatlıq əsginaslarla bağlı hansısa informasiyalar müəyyən şəxslərə məlum olub. Bizim pulumuz xaricdə istehsal olunur. Ola bilsin ki, oradakı hansısa şəxslərdən bu informasiya sızıb. Buna görə də məhz 5 və 50 manatlıq əsginasları hazırlamaq daha asandır. Səbəb olaraq bir məsələyə də diqqət çəkə bilərik. Ola bilsin ki, bu, psixoloji məsələdir. Çünki insanlar, hamımız əsasən kiçik əsginasları alan zaman saxta olub-olmamasına fikir vermirik. Əsasən 100 manatlıq əsginasa baxırıq. Bəzən heç ona da diqqət etmirik. Saxta pul hazırlayanlar məhz bu amili də nəzərə alır. Amma ümumi olaraq deyə bilərik ki, ”hansısa bir əsginasın saxtalaşdırılması asandır" deyə bir fikir yoxdur. Ola bilsin ki, hansısa əsginasların təhlükəsizlik əlamətlərini bilirlər".
Saxta pul əməliyyatları zamanı onu da müşahidə edirik ki, cinayətkarlar əsasən hazırladıqları pulları ödəniş aparatlarında istifadə edirlər. Əkrəm Həsənov bunun səbəbini izah edərkən deyir ki, ödəniş aparatları saxta pulları ayırd etməkdə çətinlik çəkir və problemlər mövcuddur: “Ödəniş aparatları da pulların təhlükəsizliklə bağlı əlamətlərini bilmədiyi üçün saxta pulları müəyyən edə bilmir. Həmin əlamətləri aparatlar bilsə, hamı biləcək. Saxta pulları ödəniş aparatları müəyyən edə bilmirsə, deməli, bu işi görənlər artıq daha da peşəkarlaşıb”.

Oxşar xəbərlər

Polis saxta pul çap edənləri yaxalayıb
İranda “saxta tibb bacısı” əməliyyatı
Saxta arayış satan şirkət rəhbəri tutuldu - FOTO/VİDEO
Oyuncaq pul barədə verdiyi sual səkkiz yaşlı uşağın başına oyun açdı - FOTO
Bakıda "general" həbs edildi
Saxta alkoqollu içkilər hazırlayan şəxs həbs edilib
Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
Böyük Britaniya Krallıq kilsəsi saxta koronavirus dərmanı satıb
Yol çəkən, yoxsa yol kəsən Qurban Əliyev ?
Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
AQTA vaxtı keçmiş mallara icazə sənədini necə verir?
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
Mərkəzi Bank göstəriş verdi: Azərbaycanda dollar alanlara nəzarət gücləndirildi
Təhsil Nazirliyindən vətəndaşlara MÜRACİƏT
Vətəndaşdan icra başçısına ağır ittiham: 2 hektar torpağı mənimsəyib - Video
DİM-in müraciəti yayılıb: “Abituriyentləri aldadırlar”
Bakıda görün, kimlər ƏLƏ KEÇDİ - "Bandotdel"dən ƏMƏLİYYAT
Koronavirus işləyən və işsizlərin sayını necə üzə çıxardı?
“İcra başçısının müavinləri rayonda quldurluqla məşğul olurlar”
“Xəyanətkar qüvvələrə Ermənistanın Xalq artisti fəxri adı verlisə, təəccüblənməyin”
Təhsilə ayrılmış dövlət vəsaiti hara yoxa çıxır
Lopez hovuzda yarıçılpaq fotosunu paylaşıb təbiəti qorumağa səslədi - FOTO
Alıcıların DİQQƏTİNƏ: Bakı mağazalarındakı saxta endirimlər
Hüquqi sənəddə adı olmayan şəxs milli təhlükəsizliklə əlaqəli sahəni necə tənzimləyə bilir?
Məmurlardan müsadirə olunan əmlakın aqibəti necə olacaq?
Mingəçevirdə civə satışı ilə məşğul olan şəxs tutulub - FOTO
Özbaşınalıq və iqtisadi sabotaj - Elxan Məmmədov niyə əcnəbiləri bəsləyir?
Suyu krandan doldurub belə satırlar
Baş prokurorun həbsdə olan sabiq müavinindən XƏBƏR VAR
AŞPA Qarabağı, işgəncə altında olan girovları unudur, kin yuvasına çevrilir