Ramiz Mehdiyev hələ də cəzasızdır - “Boz kardinal”ın vəzifədəki qohumlarına nə əcəb toxunulmur...
5-09-2020, 09:15
133

Ramiz Mehdiyev hələ də cəzasızdır - “Boz kardinal”ın vəzifədəki qohumlarına nə əcəb toxunulmur...

Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin vəzifədə olan qohumlarının hələ də postlarında saxlanılması ciddi müzakirə olunur. Avqustun 18-də qız nəvəsinə etdiyi toydan bu yana dörd məqalə yazan “Boz kardinal”ın bircə “əcəb eləmişəm” deməyi qalıb.

Açıq şəkildə R.Mehdiyev hakimiyyətə meydan oxuyur. Amma onun davranışına loyal yanaşılır, demək olar ki, ona cavab verilmir, bir sözlə AMEA rəhbəri cəzasız qalmağa davam edir. Hazırda “Boz kardinal” radikal müxalifətçi kimi çıxış edir. Haqlı olaraq, belə sual yaranır ki, hökumət eyni dözümü nə üçün müxalifətə göstərmir? Mehdiyevin müxalifətçiliyinin iqtidar üçün daha təhlükəli olduğu da heç kəsə sirr deyil.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalıya görə, dövlətin müvafiq qurumları Ramiz Mehdiyevlə bağlı gedən prosesləri diqqətlə izləyir: “Cəmiyyətin, bütövlükdə Azərbaycan xalqının, millət vəkillərinin, medianın, ictimai xadimlərin, müstəqil insanların, Ramiz Mehdiyevin repressiyasına məruz qalan şəxslərin açıqlamaları heç şübhəsiz ki, diqqətdə saxlanılır. Məncə, dövlət zamanında və vaxtında öz sözünü deyəcək. Çünki ictimai rəy bu gün tamamilə onun əleyhinədir. Tək-tək hər zaman mövqeyi sürüşkən olan insanlar - onların içərisində millət vəkilləri də var- istisna olmaqla demək olar ki, Ramiz Mehdiyevin toy mərasimindən sonra həm karantin rejiminin pozulmasının, qanunlara və dövlətə meydan oxumasının, həm də Prezident Administrasiyasındakı fəaliyyəti dövründəki əməllərinin izahını verən ən müxtəlif kateqoriyadan olan soydaşlarımız onun imicini sıfıra endirdilər. Bu gün Ramiz Mehdiyevin nə Təhlükəsizlik Şurasının üzvü, nə də AMEA-nın rəhbəri olmağa heç bir mənəvi haqqı çatmır. Onun müstəqillik dövründəki fəaliyyətinin üzərindən Azərbaycan xalqı çalın-çarpaz xətt çəkdi. Ən qəbul edilməyən cəhət həm də Ramiz Mehdiyevin karantin rejiminin qaydalarını pozduğuna görə xalqımızdan üzr istəmək əvəzinə dirəniş göstərməsi, yaymış olduğu dörd məqalədə özünün heç bir səhvə, nöqsana yol vermədiyini israrla xalqımıza sırımağa çalışdığı, əslində sətiraltı ifadələrdə-baxmayaraq ki, özünü ulu öndərimiz Heydər Əliyevin sadiq silahdaşı hesab edir - ona yönəlmiş olan, haqlı olaraq onun fəaliyyətində özünü ifadə edən son dərəcə ciddi nöqsanları, həm də deyərdim ki, cinayət xarakterli əməllərini tamamilə başqa ünvanlara yönəltməyə çalışır. Azərbaycan oxucusu bu gün kifayət qədər həssasdır. Ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən insanların yetərincə yüksək intellektual səviyyəsi var. Onun bu yazıları əslində illərdən bəri Azərbaycan dövlətçiliyinə, milli maraqlarımıza qarşı aparmış olduğu mübarizənin bütün detallarını açmaqdadır. Ona görə də, ona güzəşt yoxdur. Düşünürəm ki, zamanında və vaxtında o həqiqi qiymətini, yol vermiş olduğu nöqsanlara, səhvlərə, cinayətlərə görə cəzasını alacaq”.

Fəzail Ağamalı: “Fövqəladə rejim elan olunmalı, komendant saatı tətbiq  ediməlidir” - MÜSAHİBƏ
Fəzail Ağamalı

Deputat R.Mehdiyevin qohumları məsələsinə də toxundu: “Ramiz Mehdiyevin qohumları ilə bağlı məsələyə gəlincə, əgər qohumları da onunla bərabər cinayət işlərində iştirakları varsa, təbii ki, onlar da öz fəaliyyətlərində vermiş olduqları hüquqi pozuntulara görə hüquqi qiymətlərini alacaqlar. Əksinə, onun qohumları içərisində Ramiz Mehdiyevin qanunsuz hərəkətlərində yer almayan və bu proseslərdə dövlətçiliyimizə, milli maraqlarımıza ziyan vurmayan insanlar Azərbaycan vətəndaşıdır. Ramiz Mehdiyevin qohumları olmasına baxmayaraq, onlar təbii ki, fəaliyyətlərini davam etdirməlidirlər. Ona görə bütün qohumlarının üzərinə düşməyə doğru yanaşmaram. Konkret faktlara və hüquqi pozuntulara görə qiymət verilməlidir. Burada qohumluq münasibətləri mənə elə gəlir ki, ciddi rol oynaya bilməz. Əslində çıxarılan nəticə budur ki, Ramiz Mehdiyev özünün davranışlarında və ortaya qoymuş olduğu yazılarında ən kəskin, radikal müxalifət mövqeyində durduğunu da ortalığa qoyur. Heç cür cəmiyyətin, eyni zamanda, siyasətçilərin, ictimai xadimlərin, ziyalıların, media təmsilçilərinin, ayrı-ayrı şəxslərin ona qarşı olan haqlı iradlarını və tənqidlərini qəti şəkildə qəbul etmir, tam inkarçılıq mövqeyindən çıxış edir. Görünən budur ki, o özünəməxsus şəkildə müxalifət mövqeyindədir. Mən əvvəlki yazılarımda, sizin qəzetdə dərc olunan açıqlamamda da söyləmişdim ki, faktiki olaraq o bu gün Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Avropada məskunlaşan və ölkəmizə qarşı kəskin mövqeyi, şər-böhtanla diqqəti cəlb edən müxalifətlə də, həm də şübhə etmirəm ki, Əli İnsanovla da bərabərdir. Müxalifətin, özü də barışmaz və kəskin müxalifətin əslində bütün görüntüləri Ramiz Mehdiyevin yazılarında öz əksini tapır. Bir daha təkrar edirəm ki, proseslər izlənilir. Azərbaycan qanunları çərçivəsində hər bir hərəkət, davranış öz hüquqi qiymətini alacaq. Buna qətiyyən şübhə etmirəm”.

Oxşar xəbərlər

Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan yeni görüntülər yayıldı - Video
Mehdiyev müxalifətə keçsə, nə baş verəcək? – Arif Hacılının baxışı
Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
Ramiz Mehdiyev maral buynuzu ilə bu xəstəliklərini aradan qaldırırmış - İDDİA
“Ramiz Mehdiyev dövlətə meydan oxuyursa ...” - Abid Şərifov
Əli Kərimli Ramiz Mehdiyevə işləyib – ŞOK açıqlama
Ramiz Mehdiyev yavaş-yavaş kapitulyasiya edir... - Daha bir bağını satışa çıxardı
Ramiz Mehdiyev də karantin qaydalarını pozub nəvəsinə toy etdi - Video,Foto
“Razvetçik” minanı partlatdı: Mehdiyev Təhlükəsizlik Şurasından uzaqlaşdırılacaq?
Siyavuş Novruzovdan başqa hansı deputat Ramiz Mehdiyevin toyunda iştirak edib?
“Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı canişini olub” – PARTİYA SƏDRİ
“Dövlət strukturlarına Rusiyanın kəşfiyyat orqanlarına bağlı adamları Ramiz Mehdiyev yerləşdirib”
Ramiz Mehdiyevlə Zeynəb Xanlarova arasında nə baş vermişdi?
Ramiz Mehdiyevin nəvəsinin toyunda Ombudsman qol götürüb oynadı - Video
Deputat DİN-i tədbir görməyə çağırdı
Ramiz Mehdiyev Elşad Abdullayevi niyə deputat seçdirmək istəyirdi?
Elmlər Akademiyasının qarşısında aksiya keçiriləcək - Mehdiyevin istefası və həbsi tələb olunacaq
İsa Həbibbəyli açıqlama yaydı
Ramiz Mehdiyev sabiq naziri özünə müşavir təyin etdi
“Bəlkə də Əli İnsanovla Ramiz Mehdiyev artıq bir yerdədir”
“Əli İnsanov çaşıb, başından yekə hərəkətlər edir”
“Ramiz Mehdiyev partiyaya necə gəldi heç bilmədik” – Maksim Musayev sirləri açır...
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin toy qalmaqalı haqda
Ramiz Mehdiyev kürəkəninin polkovnik qardaşına AMEA-da yüksək vəzifə verdi
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoruna TÖHMƏT VERİLDİ
Hadi Rəcəbli nəvəsinə toy etdiyini təsdiqlədi və əsəbiləşdi...