Azərbaycanın dövlət sərhədini pozan iki nəfər saxlanılıb
5-09-2020, 09:51
220

Azərbaycanın dövlət sərhədini pozan iki nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sər­hədi­­nin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriy­yəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən Moderator.az -a bildirilib ki, sentyabrın 2-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisində yerlə­şən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İran İslam Respub­lika­sın­dan Azər­baycan Respub­lika­sı istiqamətində iki nəfərin dövlət sərhədini pozmasi müşahidə olunub.

Sərhəd zastavası “həyacan” komandasına qalxaraq xidməti ərazidə sərhəd axtarışı həyata keçirilmiş, nəticədə sərhəd pozucularından biri - Azər­bay­can Respub­lika­sı vətən­­daşı, Biləsuvar rayon Əsgərabad kənd sakini, 1991-ci il təvəllüdlü, İsmayılov Adil Totuxan oğlu üzərində 3 kq 265 qram heroinə, 3 kq 180 qram tiryəkə, 135 qram marixuanaya oxşar narkotik maddələr, 500 ədəd “Metadon”, 100 ədəd “Glibotex”, 210 ədəd “Gabaprel” psixotrop və güclü təsirli dərman preparatları ilə saxlanılıb.

Hadisə yerindən qaçmış digər sərhəd pozucusunun şəxsiyyəti dəqiq­ləş­dirilərək ­DİN Biləsuvar rayon polis şöbəsi ilə birgə keçirilmiş əməliy­yat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu Əsgərabad kənd sakini 1990-cı il təvəllüdlü Rəmiyev Musa Adıgözəl oğlu rayon ərazisində polis əməkdaşları tərəfindən 315 qram heroinə, 8 kq 225 qram tiryəkə, 2 kq 310 qram metafetaminə oxşar narkotik maddələrlə, 460 ədəd psixotrop və güclü təsirli dərman preparatları ilə saxla­nıl­ıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Oxşar xəbərlər

Sərhəddə içərisində narkotik vasitələr olan bağlama aşkarlandı
DSX və DİN-dən birgə ƏMƏLİYYAT
General: "9 tondan çox narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb"
“Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verilib
Düşmənlə təmas xəttində 89 müasir sərhəd məntəqəsi istifadəyə verilib
DSX: Düşmənin daha bir təxribatının qarşısı alındı
Rusiya sərhədini qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşı SAXLANILDI
DSX-nin 3 əməkdaşı general-leytenant, 2 əməkdaşı general-mayor oldu
DTX-nın həbs etdiyi generalın yerinə o təyin olunub - Foto
İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
DSX-nin rəis müavini və digər yüksək rütbəli hərbçiləri saxlanılıb
Sərhəddə TƏXRİBAT: Düşmənin diversiya qrupları...
DTX 3 rayonda əməliyyat keçirir - Rəislər saxlanıldı
Dəniz kənarından 2 ədəd mina tapıldı
Erməni diversiya qrupu təxribat törətdi
Elçin Quliyev istefaya göndərilən generala vəzifə verdi
Bakıda narkotik alverçisi karantin postunda yaxalandı
"Yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar alınır" - DSX rəisi
Qazax-Ağstafa ərazisində postlarımız 1500-1700 metr irəli çəkilib
Balakəndə narkotacir tutuldu - FOTO
Elçin Quliyev Tovuz döyüşlərindən danışdı
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı
Bakıda daha bir narkotacir tutuldu - FOTO/VİDEO
Gömrük-sərhəd buraxılış məntəqələrində kompleks tədbirlər həyata keçirilir - Şahin Ələsgərov
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
Cənubi Koreya ilə KXDR-nın sərhədində atışma olub
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
Sabunçuda qardaşlardan narkotik götürüldü