Azərbaycana qrip əleyhinə vaksin gətirilir
5-09-2020, 10:46
165

Azərbaycana qrip əleyhinə vaksin gətirilir

Payız mövsümü yaxınlaşdıqca qripə qarşı vaksinlər yenidən gündəmə gəlib.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən verilən məlumata görə, payızda qrip əleyhinə vaksinlərin tətbiq edilməsi planlaşdırılır.
Qurumun İnfeksion İşçi Qrupunun üzvü Süleyman Kamilov deyir ki, bu vaksinlər insanlarda qrip xəstəliyinə qarşı immunitet formalaşdırır və təhlükəsizdir. Hətta hamilə qadınlara belə tövsiyə olunur. Vaksinasiya könüllü xarakter daşıyacaq.
Müşahidələr isə onu göstərir ki, insanların vaksinasiya prosesinə münasibəti birmənalı deyil.
Süleyman Kamilov bildirib ki, qrip vaksini koronavirusa qarşı birbaşa müdafiə rolu oynamır. Amma immunitetin zəifləməsinin qarşısını alır. Bununla da orqanizmin COVID-19-a qarşı mübarizəsinə təkan verə bilər.
Süleyman Kamilov onu da qeyd edib ki, altı aydan etibarən hər kəsin qrip vaksinindən istifadəsi məsləhətdir. Ağır infeksion xəstəlik keçirən, kəskin alergik reaksiyası olan və altı aydan aşağı uşaqlara peyvəndin vurulması məsləhət deyil. Vaksinlərin hansı ölkələrdən gətiriləcəyi, qiyməti, eləcə də ödənişsiz olub-olmayacağı hələ ki, məlum deyil.

Oxşar xəbərlər

"Qrip mövsümünə hazır olun" - ÜST-dən xəbərdarlıq
Pnevmoniya barədə 6 suala cavab – İnsanı öldürən xəstəliyin səbəbləri
“Heç kəs məcburi şəkildə vaksinasiya edilə bilməz” - İnfeksionist
İşdə və nəqliyyatda qripə yoluxmamaq üçün nə etməli? – Qrip mövsümündə TƏLİMAT
"Koronavirus hər il olacaq" - Adil Qeybulla
ABŞ koronavirusa qarşı mübarizədə SSRİ təcrübəsinə müraciət edir
Armudun bitməyən faydaları – İnanmayacaqsız!
"Seroloji test üçün, hələ ki, könüllü müraciətləri qəbul etmirik" - TƏBİB
Çində koronavirus əleyhinə qəribə vaksin sınaqdan keçirilir
Rusiyanın virusa qarşı peyvəndi hamilə qadınlar üçün təhlükəlidirmi?
Məktəb vacibdir, uşaq kollektivdə olmalıdır - AKTUAL
Rusiyada vaksinasiya hərbi yolla aparıla bilər
Rusiyada koronavirusa qarşı peyvəndin istehsalına başlanılıb
Alimlər açıqladı: hansı insanlar koronavirusa yoluxmur?
“İstənilən halda hər birimiz bu virusa yoluxacağıq”
ÜST qripə qarşı kütləvi peyvəndlənməyə çağırıb
TƏBİB “Semaşko”yla bağlı açıqlama yaydı
Məzahir Pənahov yola salınır: Sayılı günlər qaldı
Yaqut Qarayeva: Payız-qış mövsümünə ciddi şəkildə hazırlaşırıq
Karanovirus hər  mövsümdə gələcək...
Peyvənd bu tarixdə hazır olacaq - mütəxəssislər açıqladı
Koronavirus xəstələri üçün kimlər donor ola bilər?
Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”
"Azərbaycana qarşı yönəlməyib" - Serqey Şoyqudan silah AÇIQLAMASI
Bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyulur?
“Evdə qal”ıb döyülənlər: Sığınacağa nə qədər qadın aparılıb?
Koronavirus xəstələrində ölüm hallarını azaldan dərmanların adları AÇIQLANDI
Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
"Yoluxan uşaqların sayı heç də az deyil sadəcə...” – Valideynlər, diqqətli olun!
“Payız karantininə indidən hazırlaşmalıyıq”