Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - VİDEO
5-09-2020, 20:44
300

Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - VİDEO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi keçirilib.

Muxtar respublikanın Ali Məclisinin Sədri Vasif Talıbov və Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay təlimi izləyiblər.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev təlimə hazırlıq barədə raport verib.

Əməliyyat taktiki təlimin planı ilə tanışlıq zamanı bildirilib ki, təlimin keçirilməsində məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birləşmə, hissə və bölmələrinin şəxsi heyəti arasında təcrübə mübadiləsinin genişləndirilməsindən, eləcə də Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan  Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası, "Naxçıvan" Əlahiddə Əməliyyat briqadası və Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələri ilə qərargahlar arasında qarşılıqlı əlaqənin təşkili və idarəetmənin təmin edilməsindən ibarətdir.

Planla tanışlıqdan sonra təlimə start verilib.

Təlimin ssenarisinə əsasən döyüş atışlı mərhələ düşmənin mülki əhali arasında çaxnaşma yaradan və dövlət sərhəddində təxribat törədən kəşfiyyat-diversiya qruplarının "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının Çevik Hərəkət Taboru və Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları tərəfindən zərəsizləşdirilməsi ilə başlayıb. Düşmən təxribatlarına cavab olaraq Əlahiddə Ümumqoşun Ordunun raket və artilleriya birləşmə və hissələri tərəfindən düşmənə atəş zərbələri endirilib. Naxçıvan Qarnizonu Qoşunları Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birgə hücuma keçərək şərti düşmənin dayaq məntəqələrində canlı qüvvəsini, atəş vasitələri və zirehli texnikalarını məhv edib, hakim yüksəkliklərdə və əlverişli hədlərdəki mövqelərini ələ keçirib. Hücumun gedişində şərti düşmənin aviasiyası məhv edilib, kiçik ölçülü pilotsuz uçuş aparatları zərərsizləşdirilərək dərinlikdən hərəkət edən ehtiyatlarına aviazərbələr endirilib.

Sonda döyüş təyyarələri və helikopterlərin keçidi ilə Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqlarının, eləcə də kanatla desantın daşınması nümayiş etdirilib. Təlimdən sonra silahlanmaya yeni qəbul edilən hərbi radio-kəşfiyyat vasitələrinə baxış olub.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra şəxsi heyətlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrini, əsgər və zabitləri salamlayıb, onları Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik etmiş, hərbi təlimin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirib.

Ali Məclisin Sədri deyib: Güclü ordu dövlətçiliyin və müstəqilliyin rəmzidir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən milli ordumuz olmalıdır”.

Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay bildirib ki, birgə təlim Türkiyə-Azərbaycan qardaşlığının daha bir ifadəsinə çevrilib: “Ordular arasında ikitərəfli əlaqələrin genişləndirilməsi nəticəsində təlim planauyğun şəkildə icra olundu. Müasir silah və texnikalara sahib olmaq döyüşün qazanılması demək deyil. Vacib olan bu silah və texnikalardan peşəkarlıqla istifadə edə bilən şəxsi heyətin olmasıdır. Döyüş cəsur və igid əsgərlərlə qazanılır. Bu gün keçirilən təlim bunun bariz nümunəsidir. Təlim zamanı hədəflərin sərrast vurulması dosta güvən, düşmənə isə göz dağıdır”.

Türkiyə Respublikasının 3-cü Ordu Komandanı birgə təlimin keçirilməsinə göstərilən diqqətə görə minnətdarlıq edib.

Təlimdə fərqlənən zabit, gizir və əsgərlər qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Sonra xatirə şəkli çəkdirilib.


Oxşar xəbərlər

Vasif Talıbov Naxçıvan Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının sədri olub
Əlahiddə Ümumqoşun Orduda yoxlama aparıldı
Naxçıvanda hərbi təlim keçirilib
Azərbaycanda nazir müavini işdən çıxarıldı
Ordumuz tanklardan və toplardan atəş açdı, döyüş təyyarələri və helikopterlər zərbələr endirdi
Azərbaycan Naxçıvanda yüksək dəqiqlikli yeni raket sistemləri yerləşdirib - DÜŞMƏNİ GÜDƏN “PƏLƏNG”
Kərəm Mustafayev general-polkovnik oldu — SƏRƏNCAM
Kimlər general rütbəsinə təqdim olunub? - Nazirin bacanağı, rəisin bacısı oğlu... - SİYAHI
Hulusi Akar Fəxri və Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar
"Yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar alınır" - DSX rəisi
DSX-nin 3 əməkdaşı general-leytenant, 2 əməkdaşı general-mayor oldu
Həbs dalğası Naxçıvana keçdi - vəzifəli şəxs həbs olundu
“Tovuzda ermənilərin təxribatı Rusiyadan qaynaqlanırdı” – Deputat
Generallar ön cəbhədə əsgərlərlə görüşüblər - Foto
Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Türkiyə bu ölkəyə ordu yeridir və Su-57 alır?
İran vətəndaşları üçün viza rüsumunun məbləği AZALDILDI
İlham Əliyev Türkiyə millət vəkilini mükafatlandırdı
Düşmənin hərbi nəqliyyat vasitəsi sərrast atışla məhv edilib - Naxçıvan istiqamətində +Video
Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 128 hərbçi saxlanılıb
Prezident şəhid generalın və polkovnikin ailələrinə başsağlığı verib
Türkiyənin hərbi hissəsi raket zərbəsinə tutuldu: yaralılar var
Zakir Həsənov: “Silahlı Qüvvələrimiz Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə öz vəzifəsini yerinə yetirəcək”
Azərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb
Nazir xanımı ilə birgə konsertdə - Fotolar
Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi
Zakir Həsənov Çinə gedəcək
Prezident şəhid generalın və polkovnikin ailələrinə ev verib
Qazax-Ağstafa ərazisində postlarımız 1500-1700 metr irəli çəkilib