Gömrük generalının oğlunun İngiltərədəki şirkətləri - Fotolar
6-09-2020, 09:56
382

Gömrük generalının oğlunun İngiltərədəki şirkətləri - Fotolar

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin keçmiş rəisi, 2018-ci ildə səs-küylü "dərman işi" ilə bağlı istintaqa cəlb edilmiş gömrük xidməti general-mayoru Fikrət Qədiməliyevin oğlu da İngiltərədə bir neçə şirkət təsis edib.
Bu barədə araşdırmaçı jurnalsit Cavanşir Həsənli məlumat yayıb.
Generalın oğlanları onun yolunu davam etdirirlər, hər ikisi ixtisasca uroloqdur. Böyük oğlu Fərid Qədiməliyev Gömrük Hospitalının urologiya bölməsinin rəisidir.
Kiçik oğlu - 1987-ci il təvəllüdlü Emil Qədiməliyev isə uroloqdur, İngiltərə vətəndaşıdır.
Emil Qədiməliyev bu il iyulun 15-də Londonda Britaniya vətəndaşı Rina Patellə 3BEAM LTD şirkətini təsis edib. Şirkət tibb sahəsində fəaliyyət lisenziyası əldə edib.
Emil Qədiməliyev ötən ilin ilin avqustunda həmin şəxslə daha bir tibbi şirkəti - APEG IMAGING (UK) LTD-ni qeydiyyatdan keçirib.
Ötən ilin avqustunda isə gömrük xidməti general-mayorunun oğlu Londonda 2014-cü ildən fəaliyyətdə olan ACUITUS CONSULTING LTD maliyyə şirkətinin səhmdarları sırasına qatılaraq Direktorlar Şurasına qəbul olunub.
Ötən ilin yanvarında o həmçinin TDP LIMITED,nin direktorlarının biri olub.
Emil Qədiməliyevin digər ortaqları ilə qurduğu daha bir şirkət - CORNER SQUARE LIMITED 2018-ci il dekabrın 13-də Britaniya Şirkətlər Evində qeydiyyata alınıb. Ötən ilin fevralın 4-də şirkət London Haddon 4 ünvanında fəaliyyət göstərən AUBAINE restoranını icarə götürüb.
Emil Qədiməliyevin 2018-ci ilin dekabrında qeydiyyatdan keçirdiyi GLOBAL HEALTH PARTNERS LTD isə ötən ilin oktyabrında ləğv edilib.
O, 2018-ci ilin noyabrında təsis etdiyi ALLIANCE EQUITY PARTNERS LTD adlı şirkətin də sahibidir, 2018-ci ilin dekabrında qeydiyyatdan keçmiş TOTAL NIGHT LIMITED-nin 4 təsisçisindən biri olub. TOTAL NIGHT LIMITED SIC (biznes növü) təsnifatı üzrə 56302 saylı fəaliyyət hüququ əldə edib. Bu təsnifat üzrə şirkətə publik evlər və barlar (Public houses and bars) işlətmək hüququ verilir. Bu ilin yanvarında o həmin şirkətin direktoru vəzifəsini tərk edib.
Emil Qədiməliyevin adı 2015-2018-ci illərdə ACUITUS MEDICAL LTD şirkətinin direktorları sırasında keçib. Şəxsi Linkedin hesabında yer alan məlumatlara görə isə Emil Qədiməliyev həm də V-NOVA LIMITED-in ( kompüter proqramları təminatı) Londonun Mayfair, Piccadilly 46 ünvanındakı WASHI zərgərlik dükanının investorlarındandır.
2018-ci ilin aprelin sonunda Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstənin ifşa olunması barədə məlumat yayılmışdı. Həmin iş üzrə gömrük general-mayoru Fikrət Qədiməliyev və daha bir neçə şəxs vəzifəsindən azad edilərək cinayət məsuliyyətinə cəlb olunmuşdu. İş üzrə təqsirləndirilənlər ötən ilin martında məhkəmə zalından azadlığa buraxılıblar.
Fikrət Qədiməliyev ötən ilin oktyabrında "MedEra Hospital”ın Tibbi direktoru təyin edilib.

Fotolar






Oxşar xəbərlər

Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
Azərbaycanda daha bir həkim koronavirusdan sağaldı
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
Azər Kərimlinin oğlu şirkətlərini ləğv etdi: Dövlət işinə gedir - Foto
Gömrükçülər avtomobildə dərman preparatları aşkarladılar
Azərbaycana keçmək istəyən şəxsin bel çantasında narkotik aşkarlandı
Gömrük dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb
Səfər Mehdiyev deputata savaş açır..
Ölkəyə qanunsuz yolla siqaret keçirmək istədi
Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər müsadirə olundu
Deputatın qardaşı oğluna cinayət işi açıldı
Talanan Azərbaycan: Əhmədzadənin müavini ərəb şeyxlərindən də varlıdır... - Fotofakt
Gömrük əməkdaşları üçün seminar keçirilir
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
AZAL şefinin 1-ci müavininin də şirkətləri üzə çıxdı (SİYAHI)
Zelenskidən azərbaycanlı generalla bağlı sərəncam
Vidadi Zeynalovun xaricdə şirkəti üzə çıxdı - Sənədlər
Siqaretləri ehtiyat təkərinin içərisində keçirmək istədi
Hüseynqulu Bağırovun gizlətdiyi yeni şirkətlər aşkarlandı – Siyahı
XİN-in Konsulluq İdarəsinin rəisi vəzifəsinə yeni təyinat - Foto
Zakir Qaralovun vəzifədə çalışan qohumları - Siyahı
Talıbovun oğlunun holdinqi daha iki şirkət təsis edib?
Gömrük Komitəsinin rəis müavini 3 mərtəbəli obyekt tikir - FOTO
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
Gömrük rəisinin müavini milyonluq obyekti hansı vəsaitlə tikir? - FOTO
DGK: Bəyannamə sayından asılı olmayaraq güzəşt qüvvədə qalır
“Azərbaycan xalqı dünyanın ən çox dərman yeyənləri siyahısındadır” – Qubad İbadoğlu
Səfər Mehdiyev ha əsaslandırmağa çalışsa da... - NARAZILIQ...
Əli Həsənovun nəvəsinin Avropadakı biznesi üzə çıxdı (FOTOLAR)