Tofiq Yaqublu barəsində hökmdən apelyasiya şikayəti verilib
7-09-2020, 11:43
80

Tofiq Yaqublu barəsində hökmdən apelyasiya şikayəti verilib

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində olan hökmdən apelyasiya şikayəti verib.
Bu barədə onun vəkili Aqil Layıcov özünün "Facebook" səhifəsində məlumat verib.
O bildirib ki, Nizami rayon Məhkəməsinin hökmündən şikayət verərək, T. Yaqublu barəsində bəraət hökmünün çıxarılmasını tələb ediblər.
Qeyd edək ki, 2020-ci il martın 22-də Yaqublu Tofiq Rəşid oğlu idarə etdiyi, özünə məxsus “Toyota Corolla” markalı, 90-CU-515 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 61 saylı ünvanda yolun sağ kənarında dayanmış vəziyyətdən sola yerdəyişmə edib hərəkətə başlayarkən manevr etmə qaydalarını pozaraq eyni istiqamətdə hərəkət edən Cəbrayılov Elxan Səttar oğlunun etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı 90-HA-028 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
T. Yaqublunun həmin vaxt avtomobildən çıxaraq ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməsinə, yəni E.Cəbrayılovla mübahisə edib onu nalayiq ifadələrlə təhqir edərək yumruqla onun baş nahiyəsinə və silah qismində istifadə etdiyi vintaçan alətlə sağ çiyin nahiyəsindən bir neçə zərbə vurub xəsarətlər yetirməsinə, eləcə də T.Yaqublunun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyən, hadisə zamanı E.Cəbrayılovun avtomobildə olan arvadı Cəvahir Cəbrayılovanı əli ilə itələyib ona da xəsarət yetirməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Hadisə zamanı “Toyota Corolla” markalı avtomobilin sol qapıları və qabaq qanadı üzərində, “VAZ-21074” markalı avtomobilin isə sağ qabaq qanad üzərində zədələrin yarandığı müəyyən edilib.
Fakta görə Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə yerinə baxış zamanı hadisə vaxtı istifadə edilən, üzərində qanabənzər ləkələr olan vintaçan, zərərçəkmiş şəxs E.Cəbrayılovun hadisə vaxtı əynində olmuş üzərində qanabənzər ləkə olan cırılmış jaket aşkar edilərək maddi sübut kimi götürülüb, məhkəmə-tibbi, məhkəmə-trasoloji və məhkəmə-bioloji ekspertizaları təyin edilib, zərərçəkmiş şəxslər və şahidlər dindirilib.
Nizami rayon Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 4 il 3 ay müddətinə (ciddi rejimli) azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər

Tofiq Yaqubluya hökm oxundu
Məhkəmə Tofiq Yaqublunun şikayətini rədd etdi
Astarada avtoxuliqanlıq edən şəxs həbs edildi
Bakıda 10 PP 400 nömrəli "Rang Rover" qaydanı belə pozdu - VİDEO
Müdafiə Nazirliyindən Tofiq Yaqublunun oğluyla bağlı - Açıqlama
Yol polisin üstünə "Kamaz" sürən sürücü həbs edildi
Arif Hacılı başqanlığa namizədliyini irəli sürdü
Bakıda avtobus sürücüsü heroin qəbul edib, piyadanı vurub öldürdü
Gəncədə avtoxuliqanlıq edən şəxs tutuldu - FOTO
Baş prokurorun həbsdə olan sabiq müavinindən XƏBƏR VAR
Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi
Ağcabədidə ağır qəza, 2 yaralı
Bakıda xalaoğlanları qadına maşında təcavüz etdi
"Azsığorta" keçmiş əməkdaşının iddialarına CAVAB VERDİ
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun şikayətinə baxıldı
Arvadı ilə nişanlı oğlanı ... - Cəlilabad rayonunda şok olay
Bakıda “avtoşluq” edən həkim qızı qəza törətdi - Anası polisi hədələdi
İmişlidə yük maşınları toqquşdu: Ölən var
Xüsusi karantin rejimini pozaraq, həbs edilənlərlə görüş keçirildi - FOTO/VİDEO
Bakıda piyadanı yük avtomobili ilə vuraraq öldürən sürücünün hadisəni qəsdən törətdiyi ortaya çıxıb
Bakıda sərxoş qadın polisləri hədələdi
Oğlu həbs olunan bələdiyyə sədri istefa verdi
Avtomobil oğurlayan keçmiş məhkum saxlanıldı
İrandan gələn iş adamı gömrükdə “ilişdi”
Daha bir uşaq bağçasının sahibi və valideynlər cərimələndi - FOTO
Zaqatalada karantin qaydalarını pozan çayxana aşkar edildi
Azərbaycanda "Priora" camışı vurdu - ölən və xəsarət alan var
Azərbaycanda ağır qəza: 1 ölü, 4 yaralı
Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var
Hacıqabulda yol qəzası olub, ölən və xəsarət alan var