Şuşa və Ağdamda məktəb tikintisinə başlanılıb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Şuşa şəhəri 1 nömrəli 960 şagird yerlik və Ağdam şəhəri 1 nömrəli 960 şagird yerlik tam orta məktəblərdə tikinti işlərinə başlanılıb.
Cəbrayıl şəhəri 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihə-smeta sənədləri hazırlanır.