Hikmət Hacıyev Türkiyədə səfərdədir
7-09-2020, 13:57
385

Hikmət Hacıyev Türkiyədə səfərdədir

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda səfərdədir.

Gündəlik Bakı AZƏRTAC-a istinadən xəbər verir ki, səfərin əsas məqsədi Azərbaycan ilə Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsi həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirməkdir.

Səfər çərçivəsində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçirilir.

Azərbaycanın nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin  (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov daxildirlər.

Nümayəndə heyətini Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva müşayiət edirlər.








Oxşar xəbərlər

Trampın köməkçisi təcili Türkiyəyə gəldi - Bu səbəbə görə
Prezidentinin köməkçisi KİVDF rəhbərliyi ilə görüşür – Ev bölgüsü müzakirə olunacaq
Hikmət Hacıyev: “Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyətini birmənalı olaraq dəstəkləyir”
Hikmət Hacıyevlə Ramil Usubov Serbiyanın Baş Nazirinin müavini ilə görüşüb –Fotolar
“Prezidentlərin Soçi görüşü mühüm əhəmiyyətə malikdir” - Hikmət Hacıyev
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Azər Kərimli 12 deputata rəhbərlik edəcək
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
Ticarət mərkəzləri nə zaman açılacaq? - AÇIQLAMA
Spiker Sahibə Qafarova daha bir vəzifəyə seçildi
Hikmət Hacıyev: "Vaksin bazara çıxarılan kimi alınıb gətiriləcək"
Bakı metrosunda gediş haqları qaldırılacaq? - AÇIQLAMA
Türkiyə rəsmisi “The New York Times”a xəbərdarlıq etdi
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
“Yoluxma rəqəmləri təzədən arta bilər” - Hikmət Hacıyev
Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının fəaliyyət perspektivləri müzakirə edilib
Komitənin nümayəndə heyəti Nyu-Yorkda
İlham Əliyev Möhsün Nağısoyluya vəzifə verdi
Metronun açılması ilə bağlı məsələyə sentyabrın 15-nə qədər yenidən baxılacaq
Koronavirusla bağlı Çin və Kubadan ekspertlər gələcək
Azərbaycan ilk dəfə Asiya Parlament Assambleyasında nümayəndə heyəti ilə təmsil olunacaq
Türkiyə ilə Ukrayna arasında diplomatik qalmaqal
Milli Televiziya və Radio Şurası son qərarları ilə bağlı açıqlama yayıb
Prezident Əli Əsədova yeni vəzifə verdi
Müxtəlif ölkələrlə aviareyslərin bərpası ilə bağlı danışıqlar aparılır
Prezidentin köməkçisi: “Kifayət qədər resurslarımız var”
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib
Azərbaycanda yeni informasiya sistemi yaradılır - SƏRƏNCAM
Həftəsonları ictimai nəqliyyatın hərəkəti bərpa edilə bilər