Azərbaycan Milli Məclisinin üzvü Elman Nəsirov Musavat.com-a şərhində bildirib ki, Azərbaycan-Rusiya münasibətləri öz mahiyyəti etibarilə strateji tərəfdaşlıq münasibətləri idi. Lakin 22 fevral tarixində imzalan Bəyannamə ilə münasibətlərimiz müttəfiqlik səviyyəsinə qalxmış olur:

“Prezident İlham Əliyev 31 dekabr dünya azəraycanlılarının həmrəylik günü ilə bağlı xalqa təbrik müraciətində Azərbaycanın xarici siyasəti ilə bağlı mövqeyini ifadə edərkən Rusiya-Azərbaycan münasibətlərinə də toxundu. O zaman Prezident qeyd etmişdi ki, bizim Rusiya ilə münasibətlərimizin bundan sonrakı inkişafına xidmət göstərəcək yeni əməkdaşlıq mühitinin formalaşdırılması ilə bağlı addımlar atılacaq. Yəni bunun anonsunu Cənab Prezident vermişdi. İndiki halda isə bizim münasibətlərimizin müttəfiqlik səviyyəsinə qalxması o deməkdir ki, bütün sferalar üzrə əməkdaşlıq yeni mərhələyə qalxır və artıq yeni imzalanan sənəd Azərbaycan-Rusiya münasibətlərinin bundan sonrakı inkişafının yol xəritəsi də hesab oluna bilər. Bütün sahələrdə əməkdaşlığın bundan sonrakı inkişafı öz əksini tapıb. Hər iki tərəfin bu münasibətlərin daha da yüksəyə qaldırılmasında maraqlı olduğu öz ifadəsini tapır. Yəqin ki, bu sənəddə həm də 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatı, 2021-ci ilin 26 noyabr sənədlərinə də istinad olacaq. Bundan sonra da postmünaqişə dövrünün həllini gözləyən məsələlərin tənzimlənməsi ilə bağlı birgə səsylərin artırılması məsələsinin də əksini tapacağı istisna deyil”.
Deputat qeyd edib ki, bu sənədin imzalanması xüsusi bir tarixi dövrə təsdüf edir:
“Rusiya ilə Qərbin münasibətləri özünün ən mürəkkəb çağlarını yaşayan bir dövrdür. Bu reallıq fonunda Azərbaycanın həm Ukrayna ilə strateji tərəfdaşlıq münasibətləri var, həm də Rusiya ilə analoji münasibətlər var və münasibətləri özünün növbəti mərhələsinə qədəm qoyur. Bu reallıq fonunda Azərbaycanın Ukrayna-Rusiya gərginliyinin aradan qaldırılmasında vasitəçilik missiyası bu gün ən çox müzakirə olunan məsələlərdən biridir.