“İlk növbədə politoloq olaraq internet televiziyalarında çıxışlarım, debatlarımda dəfələrlə proqnoz vermişdim ki, Rusiya və Ukrayna arasında bu gərginliyin tranformasiyası, müharibəyə keçidi labüddür”.
Bunu Milli Məclisin deputatı Elman Nəsirov hazırda davam edən Rusiya- Ukrayna müharibəsindən danışarkən deyib:
“Səbəbin əsaslandırmışdım ki, məsələ Rusiya siyasi rəhbərliyinin qondarma Luqansk və Donsetsk respublikalarının müstəqiliyini tanıması, dinc əhalinin intensiv şəkildə buradan çıxarılması ilə nəticələnəcək. ABŞ, NATO rəhbərliyinin və digər Qərb ölkələri liderlərinin Ukrayna ilə müharibənin baş verməsinin tarixini belə bildirməsi, eyni zamanda Rusiya Prezidentinin rus xalqına son müraciətindən sonra qənaətə gəlmək olardı ki, müharibə artıq qaçılmazdır. Bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələri Donetsk ərazisində xüsusi əməliyyata başlayıblar. Bu hərbi əməliyyatlar 2015-ci ildə Rusiyanın Suriyada tətbiq etdiyi hərbi əməliyyatlar taktikasına çox bənzəyir. O zaman da Rusiya nöqtə zərbələrdən istifadə edir, strateji əhəmiyyətli obyektləri məhv edirdi. Qarşı tərəfin də məğlubiyyəti bu zaman labüd olurdu. Rusiya nöqtə zərbələrlə strateji obyektləri - hava limanlarını, hərbi sursatların saxlanıldığı obyektləri, anbarları, zavodları, hərbi hissələri dəqiq məhv edir. Belə olan vəziyyətdə hesab edirəm ki, Qərb, NATO, ABŞ-ın sanksyalarla məsələnin həllinə nail olacağı fikri yanlışdır”.
Deputatın fikrincə, Rusiya kimi nəhəng dövləti sanksyalarla təslim və nəyəsə məcbur etmək mümkün deyil:
“İlin əvvəlində 300-340 dollara bərabər olan 1 kubmetr qazın getdikcə 2000, hətta 3000 avroya çatacağı proqnozlaşdırılır. Bu, nəhəng neft-qaz ölkəsi olaraq Rusiya üçün böyük maliyyə axını deməkdir. Bu təzyiqlərlə Rusiyanı ram etmək mümkün deyil. Mənə elə gəlir ki, ən yüksək səviyyədə Rusiya-ABŞ-NATO danışıqları olmalı və kompromis əldə edilməlidir. Rusiyanın mövqeyi belədir ki, NATO Şərqə doğru genişlənməsin, Ukrayna NATO-ya üzv qəbul edilməsin. Bundan əlavə, Ukraynada NATO ölkələrinin strateji silahları yerləşdirilməməlidir. Mənə elə gəlir ki, bu məsələlər ətrafında kompromis əldə edilmədən mövcud problemin həllini tapması qeyri- mümkündür. Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynada yaşayan soydaşlarımıza xüsusi ehtiyac olmadan evlərini tərk etməməklə bağlı müraciət edib.
Xüsusilə də Rusiyanın dəqiq zərbələr endirməsini nəzərə alaraq hərbi hissələrdən, zonalardan uzaq məsafədə olmaq lazımdır. Azərbaycanın Kiyevdəki səfirliyi və Xarkovdakı konsulluğu ilə mütəmadi əlaqələr saxlamaq lazımdır. Maksimum çalışmaq lazımdır ki, mürəkkəb şəraitdə soydaşlarımız öz təhlükəsizliklərini təmin etsinlər. Azərbaycanın Rusiya ilə müttəfiqlik haqqında imzaladığı bəyannamə indiki vəziyyətdə ölkəmiz üçün heç bir təsir yaratmır”.
Parlement üzvü hesab edir ki, Azərbaycan onsuz da Rusiya ilə dostluq münasibətlərində olan dövlətdir:
“Biz Rusiya ilə həm streteji əməkdaş idik, indi müttəfiqə çevrildik. İmzalanmış sənəd heç bir halda 3-cü dövlətə qarşı yönəlməyib. Bu, sırf ikitərəfli münasibətləri xarakterizə edən, yeni mərhələyə qaldıran sənəddir. Azərbaycanla Rusiya arasında 1997-ci il iyulda imzalanmış müqavilə dostluq, əməkdaşılıq, qarşılıqlı təhlükəsizik haqqındadır. 2008-ci ildə imzalanmış digər bir sənəd də var ki, bu da Azərbaycanla Rusiya arasında dostluq və strateji əməkdaşlıq haqqındadır. Bu sənədlər göstərir ki, biz onsuz da Rusiya ilə dost dövlət idik. Bu kimi məsələlərin bizim üçün heç bir təhlükəsi yoxdur. Sadəcə, Azərbaycan ilk növbədə regionda sülh və təhlükəsizliyin bərpasını, Rusiya və Ukrayna arasındakı müharibənin sülh, dinc yolla tənzimlənməsini istəyir.
Bu prosesə töhfə də verə bilər. Azərbaycan hazırkı vaxtda iki slavyan ölkəsi arasında yaranmış müharibə vəziyyətində nə Rusiyanın, nə də Ukraynanın yanında yer alacaq. Bu, bəlli həqiqətdir. Biz beynəlxalq hüququn yanında yer alırıq. Azərbaycan Rusiyanın da, Ukraynanın da ərazi bütövlüyünü tanıyır. Azərbaycana Ukrayna tərəfindən müracət olarsa, hesab edirəm ki, yaranmış münaqişənin aradan qaldırılmasına xidmət edəcək addımlar atılacaq. Bu, siyasi dialoq, qarşılıqlı kompromislər, dinc yola məsələnin həllinin tapılmasını özündə ehtiva edən nəsə ola bilər”.
“Onsuz da Rusiya ilə dost idik, bizim üçün heç bir təhlükəsi yoxdur” – Elman Nəsirov
25
fevral
11:16

Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Rusiya Ukrayna münaqişəsində güzəştə gedə bilərmi?” - Millət vəkilindən ŞƏRH
Deputat: “Güzəştlər olmazsa, vəziyyət daha da kritikləşəcək”
Azərbaycan diplomatlarını Kiyevdən geri çağıracaq?
"Putinin addımı Qarabağdakı separatçıları ruhlandırıb" - Elman Nəsirov
"Bu torpaqları Rusiya ərazisi kimi tanıya bilmərik" - AÇIQLAMA
"Separatçılar buna görə fəallaşıblar, belə davam etsələr..." - Açıqlama
Rusiya hərbçiləri 5 Ukrayna əsgərini öldürdü
“Azərbaycanın münaqişələrlə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur” - Deputatın ŞƏRHİ
Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı
Ərdoğan bu mövzuda Putinlə danışacaq - Deputat
Ukrayna sərhəddi keçdi, Rusiya döyüş maşınlarını vurdu
Rusiya Ukrayna sahillərinə döyüş gəmiləri göndərdi
Rusiya Ukrayna PUA-sını VURDU
Rusiya sərhəddi keçən 5 ukraynalı kəşfiyyatçını ÖLDÜRDÜ - YENİLƏNİB
“Rusiya ilə toqquşmaq istəmirik” - Bayden
"Rusiya bizi NATO-ya üzv olmağa sövq edir" - Zelenski
"Rusiya-Azərbaycan münasibətləri özünün ən yüksək mərhələsinə daxil olur"— ŞƏRH
Vitse-prezident: "Türkiyə Rusiya-Ukrayna gərginliyinə ən çox təsir imkanı olan dövlətdir"
Putin narahatdır: "NATO ilə danışıqlara başlamalıyıq"
Rusiya ilə niyə müttəfiq olduq? - Deputatdan maraqlı şərh
"Rusiya ilə siyasi həll yolu tapılmalıdır" - Makron
Peskov NATO-nun Baş katibinə CAVAB VERDİ
"Rus qoşunları itki verir" - Ukrayna MN
Rus tanklarının üstündəki bu hərf diqqət çəkdi (FOTO)
Rusiya sərhəddən qoşunlarını geri çəkməyə başladı
ABŞ da, Rusiya da gözəl bilir ki, Azərbaycanın siyasəti... – Nəsirov
Elman Nəsirov: "Rusiya imkan verməsəydi, Azərbaycanın işğalda olan torpaqları azad edə bilməzdi" fikri kökündən yanlışdır
Putin elan etdi: "Bu halda müharibə başlayacaq"
“Müharibə yanvarın sonunda başlayacaq“ - Müdafiə naziri
Lavrov çağırış etdi: Müharibənin qarşısını almaq lazımdır
- 200 min manata civə satan şəxs saxlanıldı
- Rusiyalı aktyor vəfat etdi
- Şirvanda evdən 100 min manatlıq oğurluq olub
- Azərbaycan nefti bahalaşdı
- 85 yaşlı qadın 152 metr hündürlükdən belə tullandı - VİDEO
- ÖZBAŞINALIQ: Şəhid ailələri və əlillər üçün ayrılan dayanacağı söküb tulladılar - AXI NİYƏ?!
- Rusiya Xarkova S-300 atdı
- Bakıda gənc qız şəkilləri ilə şantaj edildi
- Azərbaycan səmasında naməlum obyekt peyda oldu - VİDEO
- “Yazıb ki, Floranın ayaqqabısı ayağından çıxdı, buna görə adamı...“
- İrandan keçərək bombalı hücum törətmək üçün Türkiyəyə gələn terrorçu tutuldu - FOTO
- Portuqaliyada İslam mərkəzinə hücum - Ölən və yaralananlar var
- "İkinci qoldan sonra inamı itirdik" - Canni De Byazi
- 5 Pakistan vətəndaşı Azərbaycan sərhədini pozmağa CƏHD ETDİ
- "Taçsız prenses"lə bağlı yeni QƏRAR
- ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
- Neft ucuzlaşdı
- Zelenski 3 şəhərdə hərbi administrasiyaların yaradılmasına göstəriş verdi
- NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək
- Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər
- Min bir dərdə dərman - Razyananın bilmədiyimiz faydaları...
- İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN
- Qız musiqinin səsinə etiraz edən atasını öldürdü
- Çantasını yoxladığı üçün gömrükçünü döydü