Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, fevralın 21-dən 26-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 33, tank əleyhinə 24 mina və 266 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 94,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.