Sahibə Qafarova spiker kimi ilk rəsmi səfəri Türkiyəyə edəcək
8-09-2020, 11:03
303

Sahibə Qafarova spiker kimi ilk rəsmi səfəri Türkiyəyə edəcək

Sentyabrın 10-da Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyə Respublikasına edəcək.
Bu barədə Milli Məclisin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirlib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev,  parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfər zamanı nümayəndə heyətinin üzvləri Türkiyə Böyük Millət Məclisində parlamentin fəaliyyəti, qanun yaradıcılığı prosesi ilə yaxından tanış olacaq, Türkiyəli həmkarları ilə fikir mübadiləsi aparacaqlar.
Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri  Mustafa Şentopla görüşəcək. Görüşdə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi, hər iki ölkənin birgə həyata keçirdiyi qlobal layihələrin reallaşması, regional münaqişələrin həlli yolları parlament müstəvisində müzakirə ediləcək.
Milli Məclis Sədri Sahibə Qafarovanın Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Səfər müddətində Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti Ankarada “Anıtkabiri” ziyarət edəcək, şəhərin tarixi yerləri ilə tanış olacaqlar.
Səfər sentyabrın 12-də başa çatacaq.

Oxşar xəbərlər

Spiker Sahibə Qafarova daha bir vəzifəyə seçildi
Sahibə Qafarova türkiyəli həmkarı ilə danışdı
Azərbaycan ilk dəfə Asiya Parlament Assambleyasında nümayəndə heyəti ilə təmsil olunacaq
Səfa Mirzəyev şöbə müdirlərini toplayır – Rəhbərliyə təqdim edəcək
Sahibə Qafarovadan Milli Məclisin otaqları ilə bağlı SƏRƏNCAM
Hikmət Hacıyev Türkiyədə səfərdədir
Azər Kərimli 12 deputata rəhbərlik edəcək
Deputatları cəzalandıran komissiya toplanır
Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı AÇIQLAMA
Milli Məclisin deputatları yenidən tətilə çıxdılar
Aqil Abbasın etirazına spikerdən dəstək
Məzahir Pənahov yola salınır: Sayılı günlər qaldı
Sahibə Qafarova onu özünə köməkçi TƏYİN ETDİ
Dostluq qruplarına rəhbərlik edəcək deputatlar - TAM SİYAHI
Spiker Rafael Cəbrayılovla bağlı tapşırıq verdi
“Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib”
Bitərəf millət vəkillərinin iştirakı ilə onlayn iclası keçirilib
Spikerdən sərəncam – dörd şöbə birləşdirildi
Trampın köməkçisi təcili Türkiyəyə gəldi - Bu səbəbə görə
İlham Əliyev Türkiyə millət vəkilini mükafatlandırdı
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
Bu gün Milli Məclisdə payız sessiyasının ilk iclasıdır — Deputatlar nəyi müzakirə edəcək?
Ərdoğanı ABŞ-da belə qarşıladılar
Parlamentdə Fəttah Heydərovun xatirəsi anılıb
İlham Əliyev Mun Hini qəbul etdi
Milli Məclisin Aparatı buraxıldı
Milli Məclisin yeni şöbəsindən gözləntilər: “Problemlər zamanında həllini tapacaq”
Parlamentlərarası İttifaqda ermənilər azərbaycanlı deputatın sualı qarşısında çaşdılar
MSK-ya yeni üzv təyin edildi