Ermənistandan Gürcüstana “dost” xəyanəti - Hər zaman belə olub...
8-09-2020, 11:17
140

Ermənistandan Gürcüstana “dost” xəyanəti - Hər zaman belə olub...

Bir neçə gün öncə BMT Baş Assambleyasında Gürcüstan tərəfindən irəli sürülən “Gürcüstanın Abxaziya və Sxinvali-Cənubi Osetiya regionundan olan qaçqın və məcburi köçkünlərin statusu” adlı qətnamə layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. İşğalçı Ermənistan Gürcüstan ərazisindən olan qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu tanıyan qətnamə ilə bağlı səsverməyə qatılmayıb.
Şübhəsiz ki, Rusiya amilinə görə Ermənistan dost və müttəfiq adlandırdığı Gürcüstanın əleyhinə addım atmaqdan çəkinmədi. Bununla rəsmi İrəvan hansı mövqedə dayandığını aşkar şəkildə Tbilisiyə göstərmiş oldu.

Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə Azvision.az-a bildirib ki, əslində Ermənistanın atdığı bu cür addımlar Gürcüstan-Ermənistan münasibətlərinə mənfi yöndə təsir etməlidir: “Gürcüstanın indiki rəhbərləri, hakimiyyət nümayəndələri qonşuları tərəfindən sərgilənən bu cür mövqe və yanaşmanı görməli, dərindən analiz etməlidirlər. Gürcü rəhbərlər bundan sonra Ermənistana sərgilənəcək siyasətlərini, onlara olan münasibətlərini ciddi şəkildə götür-qoy etməlidirlər. Amma görünən odur ki, Ermənistan tərəfindən bu cür anti-Gürcüstan mövqeyinin sərgilənməsi ilk dəfə deyil ki, baş verir. Onlar Gürcüstanın xeyrinə olan bu kimi qətnamə və qərarların qəbulunda heç vaxt səsverməyə qatılmayıblar. Belə soyuq münasibət, arzuolunmaz mövqe və siyasət artıq davamlı hal alıb. Ancaq təəssüflər olsun ki, bəzi gürcü siyasətçiləri ermənilərin bu yanaşma və münasibətini görmür, yaxud da görmək istəmirlər”.

İlqar Vəlizadə pandemiyadan əvvəlki dönəmləri, ötən ili xatırladaraq deyib ki, Ermənistan rəhbərləri Gürcüstana səfər edərkən gürcü hakimiyyətinin nümayəndələrinə aşkar şəkildə əlaqələri daha da yüksəltməyi təklif edirdilər: “Gürcülər Ermənistan rəhbərlərini qəbul edən zaman tez-tez münasibətlərin strateji xarakter hal alması istəyi dilə gətirilirdi. Hətta Gürcüstan tərəfi ilə görüşlər zamanı belə bir konkret təklif ortaya qoyulurdu ki, gəlin strateji müttəfiqlik, münasibətlər haqqında sazişə imza ataq. Gürcüstan həmişə diplomatiyanı işə salaraq bu cür təkliflərdən yan keçirdi. Yəni bu ideyanı qəbul etmirdilər”.

Politoloqun sözlərinə görə, bütün hallarda daim hiss olunub ki, Gürcüstan da müəyyən dərəcədə Ermənistandan, hər kəsə bəlli olan məlum erməni siyasətindən ehtiyatlanıb: “Yeri gəlmişkən, rəsmi Tbilisi strateji tərəfdaşlıqla bağlı Azərbaycan və Türkiyə ilə münasibətlər qura bilib. Amma Ermənistan hələ ki, buna nail ola bilməyib. Bütün hallarda indiki reallığa nəzər yetirilməlidir, artıq Gürcüstan hakimiyyəti öz dostu, müttəfiqi ilə düşməni və ya ona soyuq münasibət bəsləyənləri görməlidir. Ermənistanın sərgilədiyi bu davamlı siyasət-Gürcüstana ərazi bütövlüyü məsələsində, səsvermələrdə aşkar dəstək olmamaq qonşu ölkəyə bir mesaj olmalıdır. Əgər Gürcüstanda kiminsə Ermənistanla bağlı müsbət planları varsa, onlar erməni davranışından özlərinə dərs çıxarmalıdırlar. Çünki bu ölkədə hakimiyyətdə müəyyən qruplar var ki, onlar Ermənistanla daha sıx münasibətlərin qurulmasında, əlaqələrin strateji səviyyəyə qaldırılmasına maraqlı olduqlarını göstərirlər. Son səsvermədə dəstək olmamaq onlar üçün yaxşı bir mesaj oldu. Düşünürəm ki, bu aşkar nümunəni görən Gürcüstan hakimiyyəti bundan sonra daha dərindən düşünəcək”.

Oxşar xəbərlər

Gürcüstan hökuməti Ukraynadakı səfirlə bağlı qərarını belə izah etdi
Gürcüstan Ermənistanın səhiyyə nazirinə cavab verdi
Gürcüstanın Baş Naziri ilk rəsmi səfərini sabah Azərbaycana edəcək
Gürcüstan hökuməti Saakaşvili ilə bağlı Ukraynadan zəmanət istəyir
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
“Qarabağı ancaq bu iki yolla qaytarmaq olar” – Şok müsahibə
Ceyhun Bayramov Gürcüstana başsağlığı verdi
Gürcüstan ruhaniləri millətçiliyi alovlandırır
Sovet İttifaqı Azərbaycanın haqqını necə yeyirdi? – STATİSTİKA
Gürcüstan DTX:"Azərbaycan və Türkiyə ilə münasibətlərə qəsdən zərər vurmaq istəyənlər var"
"Azərbaycan torpaqlarının işğal faktının arxasındakı real güc Rusiyadır" - Samir Əsədli
Qaçqınkom  AİLƏ-ləri  dağıdır- Ərə gedən məcburi köçkün Rövşən Rzayevdən icazə almalıdır ?
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
Gürcüstanı qarışdıran “qara əllər”: “Azərbaycanlı fəallar dindirilir, Yepiskop isə merə ultimatum verir”
Saakaşvili Gürcüstan xalqından üzr istədi: "Ölkəyə geri qayıdacam"
Komitə sədri: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
Gürcüstan azərbaycanlı biznesmenin milyonlarından imtina edir – Pərdəarxası çəkişmə
ABŞ Konqresi Azərbaycan ərazilərinin işğalını tanıdı - FOTO
Türkiyə həmsədr olmalıdırmı və “dostlar” niyə belə etdilər? - Təhlil
Saakaşvilinin təyinatına görə geri çağırılan Gürcüstanın Kiyevdəki səfiri karantinə alındı
“Rusiya cəhd edir ki, Azərbaycan qarışsın” – İqbal Ağazadə
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Qaçqın və məcburi köçkünlər  “KUPÇA”nı  yeyəcək ?- Sədr Rövşən Rzayevə göstərilən etimad LİMİTİ başa çatıb
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
Paşinyan əzilir: Ermənistan hakimiyyətinə yeni təhdid - ŞƏRH
Avropadan Bakıya müharibə üçün “yaşıl işıq”
İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verdi
Dövlət Komitəsi haqqında yayılan məlumatlara cavab verdi
“Gürcüstanda insanlar acından ölə bilər” - Saakaşvilidən rəsmi Tbilisiyə XƏBƏRDARLIQ