“Mall”lar bu qaydalarla işləyəcək
8-09-2020, 12:39
177

“Mall”lar bu qaydalarla işləyəcək

Azərbaycanda sərt karantin rejiminin yumşaldılmasından sonra rayonlara gediş-gəliş və qapalı vəziyyətdə fəaliyyət göstərən kafe və restoranlarla bağlı qadağalar aradan götürülüb. Növbəti yumşaldılma zamanı əhalini daha çox "mall"ar və iri ticarət mərkəzləri ilə bağlı qağaların ləğvi maraqlandırır. Belə ki, məhz iri ticarət mərkəzlərinin fəaliyyətə başlaması həm sahibkar, həm də alıcı kütləsinin əsas istəklərinə çevrilib. Operativ Qərargah ticarət mərkəzlərinin fəaliyyətinə qoyulan qadağanı aradan qalrıdacağı təqdirdə, əhalinin müəyyən şərtlərə əməl etməsi vacib olacaq.
Millət vəkili Cavid Osmanov da BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu məsələdə sahibkarlar da maraqlı olmalıdır: "Nazirlər Kabineti yanında Operativ Qərargah statistikanı təhlil edərək yoluxanların dinamikasına uyğun olaraq addımlar atır. Yumşalmalar tədricən həyata keçirilir. Məlumdur ki, sentyabrın 15-də dərslər başlayacaq. Burda alış-veriş məsələsi var. Həm geyim, həm də məktəbli ləvazimatları iri ticarət mərkəzləri ilə yanaşı, digər yerlərdə də satılır. Bunları həmin yerlərdən almaq mümkündür.
İri ticarət mərkzələri və "mallar"ın açılması ilə bağlı sadə qaydalar var. Yumşalma olduğu təqdirdə iri ticarət mərkəzləri açılacaq. Burada vətəndaşlar da müəyyən qaydalara əməl etməlidir. Sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə və şəxsi gigiyeniyaya diqqət yetirilməlidir.
İri ticarət mərkəzləri qapalı şəraitdə olduğu üçün qaydalara əməl etmək mütləqdir. "Mallar"a insanları sayla buraxmaq düzgün olmazdı. Əgər yumşaldılmaya gedilsə, ticarət mərkzələri açılsa, hamı ora daxil olmaq imkanına malik olmalıdır. İstənilən halda ticarət mərkəzlərində fəaliyyət göstərən sahbkarlar da maraqlı olmalıdır ki, qoyulan qaydalara riayət olunsun".
Ticarət mərkəzləri pandemiya dövründə fəaliyyətini bərpa edəcəyi təqdirdə bu şərtlərlə işləyəcək:
Ticarət mərkəzlərinin daxilində tibbi maska istifadəsi məcburidir;
Ticarət mərkəzlərindəki apteklərdə tibbi maskaların satışı təmin edilməlidir;
Bütün ticarət mərkəzlərində xüsusi tibb məntəqələri ayrılmalı və tibbi
personalı müvafiq təlim keçməlidir;
Ticarət mərkəzlərinin girişlərində xüsusi ayrılmış sahədə daxil olan
vətəndaşların məsafədən termometriyası aparılmalıdır;
Hərarəti yüksək olan vəinfeksiya simptomları olan şəxslər tibb məntəqəsində
izolyasiya edilməli, sağlamlıq vəziyyəti qiymətləndirilməli, zərurət
yarandıqda 103 TTTY xidməti dəvət edilərək tibb müəssisənə
göndərilməlidir;
Ticarət mərkəzinin ayrı-ayrı sahələrində davranış və dezinfeksiya qaydaları
müvafiq sahələrin qaydalarına uyğun icra edilməlidir.

Oxşar xəbərlər

Rayonlara gediş-gəliş və “mall”ların fəaliyyəti bərpa edilir? - AÇIQLAMA
Bu tarixdə iri ticarət mərkəzləri açıla bilər - AÇIQLAMA
Gələn həftə rayonlara gediş-gəliş bərpa edilə bilər - AÇIQLAMA
Sentyabrın 1-dən "mall"lar açılır - Açıqlama
“Sədərək”, “Binə” və “mall”lar fəaliyyətini bərpa edir? – Operativ Qərargahdan açıqlama
Rayonlara gediş-gəliş açıldı; daha hansı qadağalar götürülə bilər - açıqlama
Gələn həftə rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA
Azərbaycanda bu qadağalar LƏĞV EDİLİR: rayonlara gediş-gəliş... — SİYAHI
Məişət xidmətləri göstərən obyektlərinin fəaliyyəti bərpa olunacaq
İri ticarət mərkəzlərinin açılması ilə bağlı hələ qərar yoxdur
Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR - Hələ 5-6 ay...
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
Azərbaycanda dərslər noyabrda başlayır? - RƏSMİ CAVAB
Ticarət mərkəzləri nə zaman açılacaq? - AÇIQLAMA
“Operativ Qərargah tam tərkibdə istefaya getməlidir” – Sərt mövqe
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Rayonlara gediş-gəliş bərpa edilir? - AÇIQLAMA
Diqqət: Sabahdan rayonlara gediş-gəliş bərpa olunur
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
"Sədərək" ticarət mərkəzi nə vaxt açılacaq? - AÇIQLAMA
Daha bir məhdudiyyət aradan qaldırıldı
Dərslər çox güman belə keçiriləcək - Təhsil komitəsinin sədr müavini açıqladı
Rayonlara gediş-gəliş açılırmı?
Rayonlara gediş-gəlişlə bağlı açıqlama
Kafe və restoranlar açılmalıdır — Rəsmi açıqlama
“Binə” və “Sədərək”də nə baş verir? – İşləməyənələrdən də icarə haqqı tələb olunduğu deyilir
“Sədərək” və “Binə” açılır? - Deputatdan açıqlama
“Sədərək” və “Binə” ticarət mərkəzləri, “Mall”lar açılır — RƏSMİ
Restoranlar açılır, dərslər başlayır - Karantin rejimini yumşaldan ÖLKƏLƏR