“Mənə dedilər ki, köməklik ediləcək” - Deputatın köməkçisi Qarabağ qazisinə zəng vurdu...
8-09-2020, 12:42
290

“Mənə dedilər ki, köməklik ediləcək” - Deputatın köməkçisi Qarabağ qazisinə zəng vurdu...

Xəbər verdiyimiz kimi dünən redaksiyamıza müraciət edən Qarabağ qazisi Atakişiyev Zaur Tiflis oğlu onurğa sümüyündən əməliyyat olunması üçün ölkə başçısından kömək istəmişdi. 
 
Əslən Füzuli rayonundan olan Z.Atakişiyev bu gün Moderator.az-ın redaksiyası ilə əlaqə saxlayaraq deputat Vüqar Bayramovun köməkçisinin onunla əlaqə saxladığını bildirib:

“Vəziyyətimi siz saytınızda işıqlandırdıqdan sonra bir neçə yerdən mənə zənglər oldu. Bu gün deputat Vüqar Bayramovun köməkçisi mənimlə əlaqə saxlayıb məktubla deputata müraciət etməyimi bildirdi. Mən də indi birtəhər də olsa poçta gəlmişəm və deputata vəziyyətimlə bağlı məktub göndərirəm. V.Bayramovun köməkçisi dedi ki, nəsə bir köməklik olunacaq. Hamınıza buna görə təşəkkür edirəm. İnşallah inanıram ki, hər şey yaxşı olacaq”. 

Qeyd edək ki, bu gün onurğa sümüyündəki problemlərdən əziyyət çəkən Z.Atakişiyev dörd il üç ay Qarabağ döyüşlərində iştirak edib.

Deputat Vüqar Bayramov isə Moderator.az-a açıqlamasında onlara edilən müraciətlərə dəstək olduqlarını bildirib:

“Biz bütün müraciətlərlə bağlı sorğu göndəririk. Sözün düzü, ötən ay 476 müraciət olub və hamısını ünvanıyla təqdir etmişik. Nə müraciət olursa, hamısına biz dəstək oluruq”.


Vasif Əlihüseyn

Oxşar xəbərlər

“Bir mayor və iki erməni əsgərini öldürmüşəm” Qazimizdən ölkə başçısına müraciət + VİDEO
“Mənə səhv diaqnoz qoyduqları üçün pulumu geri qaytarsınlar...”- “Turan” klinikasından şikayət...
Rövşanə işdən çıxarılması səbəblərindən danışdı
“Moyes mənim üçün ata kimi idi”
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
"Araz" marketdə müştəriləri narazı salırlar - "Bu ölkədə heç kim heç kimə badalaq gələ bilməz"
“Qarabağ”ın oyununda erməni təxribatı
Heydər Əliyev Fondu Xalq artistinin müalicəsini üzərinə götürdü
Ehsan Zahidovdan Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı açıqlama
“Məni də yaxşı tanıyırlar, Gülər Əhmədovanı da...” - QALMAQAL
“Torpağı əkmək üçün toxum almağa belə imkanları çatmır” – Kəndlinin çətin durumu
“Qarabağ“ın növbəti oyununu qazaxıstanlı hakimlər idarə edəcək
17 yaşlı qızı qaçırdığı deyilən oğlan DANIŞDI: "Bir dəfə ailəli olub, boşanmışam..."
Məşhur 91-lərdən birini Əli Həsənov necə "bomj"a çevirdi
Bərdədə qalmaqallı qaçırılma məsələsində tərəflər danışdı - Təfərrüat
Ərdoğan sərt və güclü bir liderdir
Elgiz Əkbər 50 min manat təzminat istəyir - Səbəb
Tramp: “Dünya liderləri mənə deyir ki, Ərdoğana zəng et, o, yalnız səni dinləyir”
Ağsuda “yaşıl soyqırım” - 22 palıd kökündən kəsilib / Fotolar
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
Azər Kərimli 12 deputata rəhbərlik edəcək
"Bizə qarşı tərbiyəsizlik edən ölkənin cavabını layiqincə verdik" - Əmrah Çelikəl
"Təxribatla bağlı Lüksemburq səfirinə tapşırıq verildi" - XİN
Türkiyədə kazinolar kralını güllələyən killer Həsən Müzəffərov məhkəmədə nələri danışdı...
Baş Nazirin birinci müavininin köməkçisi VƏFAT ETDİ
Əli İnsanovun köməkçisi saxlanılıb
"Mən fəxr edirəm ki, azərbaycanlıyam və "Qarabağ"ı çalışdırıram" - Qurban Qurbanov
Milli Məclisin deputatlarına tapança verilib?
"Kontakt Home"un zəmanəti heç bir işə yaramır" - REBRENDİNQ BELƏ KÖMƏK ETMƏDİ