Metro nə vaxt fəaliyyətə başlayır? - Rəsmi açıqlama
8-09-2020, 13:08
274

Metro nə vaxt fəaliyyətə başlayır? - Rəsmi açıqlama

Bakı Metropoliteni”nin fəaliyyətinin bərpa olunması ilə bağlı daim müzakirələr aparılır və nə vaxt qərar olarsa, biz icra etməyə hazırıq.
Bunu Modern.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
B.Məmmədov qeyd edib ki, gündəlik olaraq, adi iş rejiminə hazırlaşırlar:
“Bizdə işlə bağlı normativlər var. Sahələrdə xidmət göstərən əməkdaşlarımız karantin qaydalarının tələblərinə əməl etməklə işə çıxırlar. Maşinistlər, stansiyada xidmət göstərən əməkdaşların hazırlığı da mütəmadi olaraq yoxlanılır. Tərəfimizdən işlə bağlı hansısa problem yoxdur”.
O, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun qurumun fəaliyyətinin bərpa olunması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etmədiyini də deyib:
“Hazırda metronun bağlanması epidemioloji vəziyyətlə bağlıdır deyə, sırf peşəkar, ixtisaslaşmış yanaşma tələb edir. Bizim vəzifəmiz sərnişindaşımadır. Ona görə də qərar nə olacaqsa, biz də onu icra edəcəyik. Amma metropolitenin açılması birmənalı olaraq, daim müzakirə edilir. İndiki halda metronun fəaliyyətinin bərpa olunması ilə bağlı bizə konkret göstəriş verilməyib. Yəni metronun köhnə qayda ilə açılması, yaxud metodiki göstəriş şəklində hansısa qərar yoxdur”.
Qeyd edək ki, sosial şəbəkələrdə sentyabrın 13-dən etibarən “Bakı Metropoliteni” QSC-nin fəaliyyətini bərpa edəcəyilə bağlı məlumatlar yayılıb.

Oxşar xəbərlər

Mayın 9-da Bakı metrosunun fəaliyyəti bərpa oluna bilər
Bakı metrosu fəaliyyətini bərpa edir?
Bakı metrosunda gediş haqları qaldırılacaq? - AÇIQLAMA
Bakı metrosu bu tarixdən fəaliyyətə başlayacaq
Bakı metrosu sabah açılır - RƏSMİ + VİDEO
Azərbaycanda karantin rejiminin yumşaldılmasının məqsədi açıqlandı - RƏSMİ
Azərbaycanda idman kompleksləri nə vaxt açılacaq? - RƏSMİ
Metroda yoxlama zamanı hərarəti yüksək çıxanlara nə ediləcək? - AÇIQLAMA
Koronavirusa rəğmən bu yeni stansiya fəaliyyətə başlayacaq - RƏSMİ
Rayonlara gediş-gəliş və “mall”ların fəaliyyəti bərpa edilir? - AÇIQLAMA
Karantin bu tarixdə yenidən yumşaldılacaq - RƏSMİ + VİDEO
Bu şəxslərin metroda işləməsi qadağandır - RƏSMİ
Nazirlər Kabineti rəsmisi həyəcan təbili çalır: “Yoluxma yenidən artır”
AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı
Bakıda restoranlar nə vaxt açılacaq? – Rəsmi
Restoranlarda xidmət tam bərpa edilir
Bu ərazilərdə gediş-gəliş qadağandır - RƏSMİ
Bakıda metroya giriş dayandırıldı:Qatarlar 2 saat işləmədi
Azərbaycanda gündəlik istehsal olunan maska və xüsusi geyimin sayı açıqlandı
"KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir" - İbrahim Məmmədov
Azərbaycanda yüksək rütbəli məmur virusa yoluxub?
Sentyabrın 1-dən metro açılır?-AÇIQLAMA
TƏBİB-dən karantin günlərində toyların keçirilməsi ilə bağlı açıqlama
“Sədərək”, “Binə” və “mall”lar fəaliyyətini bərpa edir? – Operativ Qərargahdan açıqlama
Bakıda uşaq bağçaları açılışa HZIRLAŞIR
"Sədərək" ticarət mərkəzi nə vaxt açılacaq? - AÇIQLAMA
Məktəbli formalarının qiyməti dəyişib? - “Bakı Tikiş Evi”ndən açıqlama
Bakı polisindən karantin rejmi ilə bağlı AÇIQLAMA
Bakıda birgə reydlər keçirilir
Nazirlər Kabineti rəsmisindən icazəsi olanların qeyri-iş günlərində SMS-lə hərəkəti ilə bağlı AÇIQLAMA