Binəqədidə əməliyyat keçirilib - Həbs olunanlar var...
8-09-2020, 13:54
130

Binəqədidə əməliyyat keçirilib - Həbs olunanlar var...

Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı, həmçinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat həyata keçirilib. Bu barədə DİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir.

Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Babayev və onun tanışı Anara Ağayeva saxlanılıblar. Elman Babayevin üzərində şəxsi axtarış aparılan zaman ondan 2 qrama yaxın heroin və 1 qram psixotrop maddə metamfetamin aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq hər iki şəxsin birgə yaşadığı mənzilində aparılan axtarış zamanı Elman Babayevdən 2 kiloqram 460 qram heroin, Anara Ağayevadan isə 940 qram metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslər adı istintaqa məlum olmayan qonşu ölkələrdən birində yaşayan “Məhəmməd” adlı bir nəfərin tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri Sumqayıt şəhərində qəbul ediblər və satışını təşkil etmək istəyiblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Binəqədidə əməliyyat keçirilib
Binəqədidə əməliyyat keçirilib
Binəqədidə əməliyyat keçirilib


Oxşar xəbərlər

17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
DİN-dən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR
Əsgər Ələkbərovun qardaşı oğlu 10 kq heroinlə tutuldu
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı
15 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarıldı - Foto, Video
Bakıda qadın narkotacir saxlanılıb
Səbaildə narkotacir saxlanılıb - Foto
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Lənkəran sakini külli miqdarda narkotiklə tutuldu
Sabunçuda qardaşlardan narkotik götürüldü
Bakıda daha bir narkotacir tutuldu - FOTO/VİDEO
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
“Hacı”, “Kərbəlayi” və “Şirinbala” ləqəbli narkotacirlər tutulub
İki qardaşdan 563 kiloqram narkotik götürüldü
Balakəndə narkotacir tutuldu - FOTO
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlandı - FOTO
Biləsuvarda biri qadın olmaqla iki narkotacir saxlanıldı
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
Bakıda narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirildi
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO
Bakıda heroin alverçisi yaxalandı
Maştağada silahlı şəxs tutuldu – Foto
Xızıda sürücü polisləri silahla hədələdi
"Fedya" ləqəbli narkotik satıcısı saxlanılıb
Nəsimi rayonunda silahlı şəxs saxlanıldı
Bakıda polis əməliyyatı: 1 tona yaxın narkotik aşkarlandı - Video
Qanunsuz silah gəzdirən keçmiş məhkum yaxalandı