“Rusiya və Ukrayna arasında başlanan müharibənin qarşısını vaxtında almaq mümkün idi. Amma təəssüf ki, bu şans əldən verildi və nəticədə bu gün çox böyük fəlakətlər yaşanmaqdadır. Ona görə də müharibənin qarşısının alımasına yönəlmiş istənilən görüş olduqca böyük əhəmiyyət kəsb edir. Düzdür, Ukrayna və Rusiya arasında 3 dəfə danışıqlar oldu, lakin bu danışıqlar daha aşağı səviyyəli danışıqlar idi və elə də ciddi bir nəticə vermədi”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputatın sözlərinə görə, Türkiyənin Antalya şəhərində keçiriləcək diplomatik forum çərçivəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba arasında danışıqlar baş tutacaq: “Bu, Türkiyə Prezidenti Ərdoğanın təşəbbüsü ilə baş tutacaq görüşdür. Görüş öncəsi iki ölkə arasında atəşkəs məsələləri də gündəmə gəlib. Belə ki, danışıqların keçiriləcəyi zaman nəticəni gözləmək lazımdır və bunun üçün də hərbi intensivlik aşağı salınmalıdır. Məsələ ilə əlaqədar bu cür ilkin mövqelər var və buna nə qədər əməl ediləcəyi isə başqa mövzudur. Hesab edirəm ki, bu görüşün çox böyük əhəmiyyəti var. Birinci əhəmiyyəti ondan ibarətdir ki, görüş Türkiyədə keçirilir. Türkiyə bu müharibənin dayandırılması və sülhün əldə edilməsi prosesində fəaldır. İkincisi isə Prezident Rəcəb Tayyib Ərdoğan təxminən 20-ə qədər ölkə ilə, xüsusilə Rusiya Prezidenti Vladimir Putin, həmçinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə dəfələrlə bu istiqamətdə ciddi danışıqlar aparıb. İndi isə müharibə edən tərəflərin xarici işlər nazirlərinin görüşü üçün yaxşı şans yaranıb. Bu günə kimi bu iki nazirin görüşü çox müşkül məsələ hesab olunurdu”.
E.Nəsirov vurğulayıb ki, artıq Zelenskinin mövqeyində də bir qədər yumşalmalar var: “Zelenski Donbasla, Krımla bağlı məsələlərə yenidən baxılması, yeni yanaşmalar ortaya qoyulması üçün yeni ideyalarla çıxış edir. Hansı ki, əvvəllər bu ideyalar ümumiyyətlə yox idi. Bu da müəyyən ümidlər yaradır ki, bu istiqamətdə kompromislər əldə edilsin. İstənilən halda kompromisə getmədən məsələnin həlli mümkün deyil. Bu müharibədə bir tərəfin diktəsi ilə nəsə əldə etmək imkansızdır. Ona görə iki tərəfin də qarşılıqlı şəkildə güzətə getməyi vacibdir. Hesab edirəm ki, Antalya görüşü bu baxımdan çox mühümdür və istisna deyil ki, nəzərdə tutulan görüş növbəti daha ali səviyyəli görüşlərin keçirilməsi üçün mühüm baza rolunu oynayacaq”.
Antalya görüşü bu baxımdan mühümdür - Deputat
09
mart
13:16

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bu gün Ukrayna-İtaliya XİN rəhbərinin görüşü olacaq
Rusiya-Ukrayna danışıqları başladı - YENİLƏNİB (VİDEO)
Rusiya-Ukrayna danışıqları başa çatdı - YENİLƏNİB (VİDEO)
Lavrov Türkiyəyə səfər edəcək
Ukrayna nümayəndə heyəti danışıqlar aparılacaq əraziyə gəldi - VİDEO
Lavrov çağırış etdi: Müharibənin qarşısını almaq lazımdır
Rusiya-Ukrayna görüşü təxirə salındı - YENİLƏNİB
Lavrov danışıqların bu gün baş tutacağını AÇIQLADI
Lavrovla Ceyhun Bayramov görüşəcək
“Ukraynada vəziyyət narahatlıq yaradır" - Ceyhun Bayramov
Rusiya ilə Ukrayna arasında növbəti danışıqlar bu tarixdə keçiriləcək
Zelenskidən danışıqların nəticələri ilə bağlı AÇIQLAMA
Zelenski: “Rusiya ilə danışıqlarda Kiyevə lazım olan nəticə yoxdur”
Lavrovun Bakıda səfər planı AÇIQLANDI
"Humanitar koridorun açılmasına çalışırıq" - Türkiyə XİN rəhbəri
Rusiya nümayəndə heyəti bu gün Ankaraya gedir
Rusiya-Ukrayna danışıqlarının ikinci mərhələsi bu axşam keçiriləcək
Lavrov Zelenskini buna görə ittiham etdi
Laçın dəhlizi Azərbaycanın nəzarətinə verilə bilər (İDDİA)
Ayvazyanla Lavrov Moskvada görüşəcək
Müharibənin qarşısını almaq üçün bütün mövcud fürsətlər əldən buraxılıb - ŞƏRH EDİLDİ
"Ukrayna məsələsinin siyasi həlli var" - İran
Türkiyə ilə Ukrayna arasında diplomatik qalmaqal
Lavrov və Çavuşoğlu görüşüb
"Qoşunlarınızı sərhəddən çıxarın" - Kiyevdən Moskvaya mesaj
"Rusiya və Avropa İttifaqı arasında əlaqələr minimuma enib" - Lavrov
Rusiya-Ukrayna danışıqlarının ikinci mərhələsi bu tarixdə keçirilə bilər
"Putin danışıqlar masasına oturmağa məcbur olacaq"
Lavrov Ukraynaya xəbərdarlıq etdi
“Moskva Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə hazırdır” - Lavrov
- Yaşlanmanın qarşısını alan təbii yağlar - SİYAHI
- Lənkəranda narkotikə görə 14 nəfər saxlanıldı
- Rusiyadan 400 min könüllü əsgər həmləsi
- İran Yunanıstanla bağlı iddiaları rədd etdi
- Ukrayna Rusiyanın itkilərini açıqladı
- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı
- Ronaldo kapitan olmaq istədiyinə görə mübahisələr yaranıbmış
- Prezidentdən Zaur Mikayılovla bağlı SƏRƏNCAM
- “Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi
- Azərbaycanda daha bir partiya fəaliyyətini dayandırdı
- Ekspertin ifadəsində ziddiyyətli hallar ortaya çıxdı - "Nərmin işi"
- Bakı-Qazax yolunda toz burulğanı sürücüləri çətin vəziyyətə saldı - VİDEO
- "İkinci qoldan sonra inamı itirdik" - Canni De Byazi
- 5 Pakistan vətəndaşı Azərbaycan sərhədini pozmağa CƏHD ETDİ
- "Taçsız prenses"lə bağlı yeni QƏRAR
- ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
- Neft ucuzlaşdı
- Zelenski 3 şəhərdə hərbi administrasiyaların yaradılmasına göstəriş verdi
- NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək
- Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər
- Min bir dərdə dərman - Razyananın bilmədiyimiz faydaları...
- İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN
- Qız musiqinin səsinə etiraz edən atasını öldürdü
- Çantasını yoxladığı üçün gömrükçünü döydü