Tərtər və Bərdənin kəndlərində yeni subartezian quyuları qazılır
8-09-2020, 16:01
111

Tərtər və Bərdənin kəndlərində yeni subartezian quyuları qazılır

Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamı çərçivəsində bölgələrdə layihələrin icrası davam etdirilir. 

Bu barədə "Azərsu" ASC-nin açıqlamasında bildirilir.  

Məlumatda həmçinin deyilir ki, Tərtər və Bərdə rayonlarının kəndlərində yeni subartezian quyularının qazılmasına başlanıb.  

Sərəncama əsasən, Tərtər rayonunun İsmayılbəyli, Sarov və Səhləbad, Bərdə rayonunun Xanxanımlı, İkinci Nazırlı və Kələntərli kəndlərinin hər birində subartezian quyuları qazılacaq. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun su mənbələri işğal altındakı ərazilərdə qaldığından kənd sakinləri həm içməli, həm də suvarma suyu ilə təminat baxımından əziyyət çəkirlər. Xüsusilə yay aylarında bu kəndlərdə ciddi su çatışmazlığı müşahidə olunur. 

Kənd sakinlərini təhlükəsiz içməli su ilə təmin etmək üçün yeraltı sulardan istifadə olunması qərara alınıb. Bu məqsədlə ərazidə tədqiqat işləri aparılıb və  yeni subartezian quyularının qazılmasına qərar verilib. “Azərsu” və Dövlət Neft Şirkətinin (SOCAR) həyata keçirdiyi layihə çərçivəsində Tərtər rayonunun Səhləbad kəndində işlərə başlanıb. Bunun ardınca İsmayılbəyli və  Sarov kəndlərində subartezian quyuları qazılacaq. 

Hazırda Bərdə rayonunun Xanxanımlı kəndində də subartezian quyusunun  qazılmasına başlanıb. Bu qazma qurğuları hesabına növbəti mərhələdə İkinci Nazırlı və Kələntərli kəndlərində də quyular qazılacaq. Qazıntı işləri yekunlaşdıqdan sonra quyularda nasos və elektrik təchizatı məqsədilə  transformatorlar quraşdırılacaq. 

Tərtər və Bərdə rayonlarında icra olunan layihələr çərçivəsində 6 kənddə 9 minədək sakinin içməli su təchizatının yaxşılaşdırılması və suvarma suyuna olan tələbatının ödənilməsi nəzərdə tutulur. Ümumilikdə ilin sonuna qədər 15 rayonun 24 yaşayış məntəqəsində subartezian quyularının qazılması işləri yekunlaşacaq və suyun verilişi təmin ediləcək. Bu layihələrdən 65 mindən çox sakin faydalanacaq. 



Oxşar xəbərlər

Prezident 700 min ayırdı
Prezidentdən 62 916 nəfəri sevindirəcək SƏRƏNCAM
Prezident bu dövlət qurumuna pul ayırdı
Siyəzənin iki kəndində içməli su problemi həll olunur - Foto
İlham Əliyev Şamaxıya pul ayırdı
Gecə cəbhədə nə baş verib? - Nazirlik məlumat yaydı
Camaat susuz, o isə özünə maşınla su gətizdirir
Ermənilər yenidən Tovuzu atəşə tutdu - Nazirlik məlumat yaydı
Gecə cəbhədə nə baş verib?
Ermənilər atəşkəs rejimini sutka ərzində 46 dəfə pozub
Ermənilər atəşkəs rejimini sutka ərzində 30 dəfə pozdu
Cəbhədə son vəziyyət - Atəşkəs rejimi 28 dəfə pozulub
Ermənistan atəşkəs rejimini sutka ərzində 65 dəfə pozub
Mövqelərimiz pulemyotlardan və snayperlərdən atəşə tutuldu
Ermənilər atəşkəs rejimini sutka ərzində 57 dəfə pozdu
Atəşkəs yenə pozuldu
Cəbhədə gərginlik artıb
Cəbhədən yeni xəbər
Ermənilər atəşkəs rejimini sutka ərzində 54 dəfə pozdu
Ermənilər yenidən Tovuzu atəşə tutdu - Nazirlik məlumat yaydı
Ermənilər atəşkəs rejimini sutka ərzində 45 dəfə pozdu
Ermənistan atəşkəs rejimini 29 dəfə pozdu
Cəbhədə GƏRGİNLİK: Düşmən iriçaplı pulemyotlardan bölmələrimizi atəşə tutdu
Neftçalaya içməli suyun daşınması təmin edilir - FOTO
Düşmən minaatanlarla atəş açdı - Gornaboy, Gədəbəy, Tərtər...
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Sutka ərzində atəşkəs rejimi 37 dəfə pozulub
Ermənistan silahlı qüvvələri atəşkəsi sutka ərzində 29 dəfə pozub
Koronavirusa görə bu rayonlara giriş-çıxış bağlandı
Ermənilər atəşkəsi 28 dəfə pozdu