Nazirliklə xəstəxana arasında qalmaqal - FOTO
8-09-2020, 20:39
116

Nazirliklə xəstəxana arasında qalmaqal - FOTO

Bərdə rayon Prokurorluğunun ağacların kəsilməsi ilə bağlı yaydığı məlumata Bərdə rayon mərkəzi xəstəxanası münasibət bildirib.
Bərdə rayon mərkəzi xəstəxanasından bildirilib ki, ötən ilin noyabr ayında xəstəxananın həyətində abadlıq və iməcilik işləri aparılaraq xəstəxananın həyəti kol kosdan və yabanı bitkilərdən təmizlənib.
Ərazidə bir neçə ağacda isə budama işləri aparılıb ki, buna da səbəb budaqların yüksək gərginlikli elektrik xətlərinə dəyməsi olub.
Uzun illərdir ki, ağaclarda budama işi aparılmadığından elektrik xətlərində yağışlı və küləkli havada tez tez açılma və qırılma baş verirdi. Bu da xəstəxanaya verilen elektrik enerjisində uzun müddətli fasilələr yaradırdı.

Rayon mərkəzi xəstəxanasının şöbə müdiri Yəhya Qasımov qeyd edib ki, yaxın zamanlarda tibb müəssisənin həyətində heç bir ağac kəsilməyib: "Əksinə son bir neçə ildə burada çoxlu sayda müxtəlif növ ağac və gül kolları əkilərək yaxşılıq sahələri genişləndirilib. Xəstəxananın həyətində kəsilmiş bir neçə ağac kötüyü var ki, həmin ağaclarda 10 ildən çoxdur ki, kəsilib".
Qedye ddək ki, kəsilmiş şam ağacları iki il əvvəl qurduğu üçün ekologiya və təbii sərvətlər nazirliyinin xüsusi icazəsi əsasında kəsilib. Xəstəxanada iddia edir ki, nazirlik həmin ağacları şəkilini çəkərək prokurorluğa göndərib.
Bərdə rayon Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin həyətində olan 15 ədəd ağacın köküstə kəsilərək məhv edilməsi və 40 ədəd ağacın isə qanunsuz olaraq budanması ilə bağlı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə araşdırma aparılır.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.


Oxşar xəbərlər

Bərdədə gənc oğlanın ölümü ilə bağlı Rəsmi açıqlama
Bərdənin səhiyyə müdirinə şok ittiham – Koronavirusun yayılmasına səbəb olur
Bakıda bu xəstəxana müvəqqəti bağlandı - SƏBƏB
Hacıqabulda yol qəzası olub, ölən və xəsarət alan var
Azərbaycanda ana və qızın öldürüldüyü dəhşətli cinayətin TƏFƏRRÜATI
Doğum xərclərini ödəyə bilmədilər - Körpələrini xəstəxanaya satdılar
Azərbaycanda yeni doğulan uşaq öldü - Cinayət işi açıldı
Şəmkirdə başçının adamları qoçuluq edir? - Müraciət...
Qəzadan sonra yenidən qurulan “Azərbaycan” İES-dən son görüntüləri
Azərbaycanda vəzifəli şəxs öz istəyi ilə işdən çıxarıldı
Sabirabad sakinini elektrik cərəyanı vuraraq öldürüb
Salyanda pambıq zavodunun həyətində Rəsulzadənin heykəlinin qapalı qalmasına Ramiz Mehdiyev səbəb olub- İttiham...
Usta tanışı ilə birgə 20 mənzili qarət etdi
Bakıda 30-dək ağac və kol bitkisinin məhv edilməsi faktı araşdırıldı
Tərtər və Bərdənin kəndlərində yeni subartezian quyuları qazılır
Bakıda gecə saatlarında 30-a yaxın ağac ekskavatorla məhv edilib
Bakı və Abşeron iqliminə uyğun hansı ağaclar əkilə bilər?
“Azərenerji” 2018-ci il “zülmətinin” bir daha təkrarlanmaması üçün modern sistem
"Sədərək" Ticarət Mərkəzi sökülür
“Korrupsiya ilə bağlı ən məlumatlı şəxsin baş prokuror vəzifəsinə gətirilməsi məmurların yuxusunu qaçıracaq”
Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT
“Azərişıq” 2 region və 10 rayona yeni rəis təyin etdi
“Quruyan ağacların yerinə yeniləri əkilir...” - Nərimanov İcra Hakimiyyətindən açıqlama
Canavarlar 17 qoyunu parçaladı - Bərdədə
Bakı-Pirşağı-Sumqayıt-Bakı xəttinə əlavə qatarlar buraxılır
Oğurluq edən keçmiş məhkumlar saxlanıldılar
Azərbaycanda 58 nəfəri ilan sancdı
Ötən ay Azərbaycana ən çox bu ölkələrdən qonaq gəlib
Elçin Əlibəyli Naxçıvan əhalisindən üzr istədi
Polis onu söyən qonşusunu güllələdi