Ceyhun Bayramov Polşanın Azərbaycandakı səfiri ilə görüşüb
8-09-2020, 21:42
87

Ceyhun Bayramov Polşanın Azərbaycandakı səfiri ilə görüşüb

Bu ilin 8 sentyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Rafal Poborskini qəbul etdi
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərindən bəhs edərək, bu xüsusda ali səviyyədə həyata keçirilən səfər mübadilələrinin əməkdaşlığın inkişafına təkan verdiyini qeyd etdi.
Cari ildə dünyanın üzləşdiyi pandemiyaya rəğmən ölkələrimiz arasında əməkdaşlığın davam etdirildiyini qeyd edən nazir, bu xüsusda Polşa tərəfindən Azərbaycana COVİD-19 ilə mübarizə çərçivəsində göstərilən humanitar yardıma görə minnətdarlığını ifadə etdi.
Səfir Rafal Poborski öz növbəsində, Polşa Xarici İşlər naziri Zbiqnev Raunun səmimi təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırdı. Səfir iki ölkə arasında münasibətlərin inkişaf dinamikasının davam etdirilməsinin vacibliyini vurğuladı.
Tərəflər ölkələrimiz arasında siyasi məsləhətləşmələrin davam etdirilməsi, eləcə də enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi apardılar.
Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır ki, davam edən işğalçı siyasəti, təcavüzkar Ermənistanın işğal edilmiş ərazilərdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti, Ermənistanın silahlı qüvvələrinin 12-16 iyul tarixlərində iki ölkə sərhədində törətdiyi hərbi təxribatı, eləcə də Ermənistan rəhbərliyinin bölgədə gərginliyin artmasında xidmət edən və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən fəaliyyəti barədə qarşı tərəfə ətraflı məlumat verdi.
Səfir Rafal Poborski Polşanın şərq qonşuluğu ölkələrində sabitliyin təmin olunmasında maraqlı olduğunu qeyd etdi və Polşa üçün beynəlxalq hüquqa hörmət prinsipinin çox vacib olduğunu diqqətə çatdırdı.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.

Oxşar xəbərlər

Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb
Qətər Azərbaycana yeni səfir göndərib
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
Ceyhun Bayramov Türk Şurasının Baş katibini qəbul edib
Prezident Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul edib - Foto + Video
Xarici İşlər Naziri Ceyhun Bayramov Rusiyaya getdi
"Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları davam edir” - Ceyhun Bayramov
Azərbaycan Qazaxıstana nota verdi
Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşdü
“Ermənistan hücumu öncədən planlaşdırıb” - Ceyhun Bayramov
Nazir Çinə səfər edəcək
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi
Ceyhun Bayramov Gürcüstana başsağlığı verdi
Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin görüşü olub - Yenilənib
“Prezidentlərin Soçi görüşü mühüm əhəmiyyətə malikdir” - Hikmət Hacıyev
Azərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
"Ermənistana silah tədarükü ciddi narahatlıq doğurub” - Ceyhun Bayramov
Əfqanıstan Azərbaycana yeni səfir təyin edib
Ceyhun Bayramov: “Danışıqlar konkret məsələlər ətrafında aparılmalı, substantiv olmalı, imitasiya edilməməlidir”
Ceyhun Bayramov Rusiyaya səfər edəcək
Prezident onu Xarici İşlər Naziri TƏYİN ETDİ - SƏRƏNCAM
Ceyhun Bayramov Azərbaycanın COVID-19-la mübarizədə gördüyü işləri açıqladı
Elmar Məmmədyarov çağırış etdi
Azərbaycan Rusiyadan koronavirus dərmanı ala bilər
 Zakir Həsənov NATO admiralı ilə görüşdü
XİN: Polşalı baş redaktorun adı "arzuolunmaz şəxslər" siyahısından çıxarılıb
“Azərbaycan ərazilərində Yaxış Şərqdən gətirilmiş etnik ermənilər məskunlaşdırılır”
Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib