“Milli Məclis işi”ndə ittihamda dəyişiklik oldu – ömürlük həbs nəzərdə tutan maddə götürüldü
8-09-2020, 23:46
34

“Milli Məclis işi”ndə ittihamda dəyişiklik oldu – ömürlük həbs nəzərdə tutan maddə götürüldü

Düşmənin Tovuz istiqamətində hücumlarından sonra iyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Dinc aksiya sonunda bir qrup şəxs Milli Məclisin binasına girib, bu zaman polislə toqquşma yaranıb.

Rəsmi məlumata görə, olay zamanı 7 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.

Milli Məclisin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyi, mülkiyyətə və inventara ziyan dəydiyi də bəyan olunub.

Baş Prokurorluğun İstintaq İdarəsi bu aksiyaya görə cinayət işi aparır. Barələrində həbs qətimkan tədbiri seçilən 14 AXCP üzvü və polisin nəzarətinə verilən 1 fəal zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunurlar.

Həbsdə olan Məmməd İbrahimə və Fuad Qəhrəmanlıya həmçinin hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər ittihamı irəli sürülüb. Məmməd İbrahim iyulun 26-da tutulub. İyulun 28-də Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 186.2.1-ci, 233-cü, 278.1-ci və 315-ci maddələri ilə ittiham olunub. 186.2.1-ci maddəyə əsasən, əmlakı qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

233-cü maddəyə görə, ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətləri bir qrup şəxsin törətməsini təşkil etməyə və ya bu cür hərəkətlərdə fəal iştirak etməyə 5 min manatdan 8 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.

315-ci maddə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etməyə görə 2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

278.1-ci maddəyə əsasən, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərə 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası düşür.

Məmməd İbrahimin vəkili Əsabəli Mustafayev Musavat.com-a deyib ki, istintaq orqanı cinayət işi üzrə müvəkkili Məmməd İbrahimə elan olunan 278.1-ci maddə üzrə ittihamı götürüb. Ona 127.2.1 maddə ilə yeni ittiham irəli sürüb. Bu maddəyə görə, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Vəkil deyib ki, ümumiyyətlə qeyd olunan maddənin cinayət işindən götürülməsi haqda məlumat var: “Bu maddə iş üzrə tutulan heç kimdə olmayacaq. Bu işin daha yüngül maddələrlə aparılması deməkdir. Həmin maddə 12 ildən 20 ilədək, və ya ömürlük həbs cəzası nəzərdə tuturdu”.
Əsabəli Mustafayev deyir ki, istintaqın gedişatında digər ittihamların da götürülməsi ehtimalları qalır.

Oxşar xəbərlər

Yürüş gecəsi təxribat törədənlərin daha bir neçəsi müəyyənləşdi - Fotolar
AXCP üzvünə inzibati həbs cəzası verilib
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
Məhkəmə Tofiq Yaqublunun şikayətini rədd etdi
Bakıda "general" həbs edildi
Şirkət direktoru axtarışa verildi
Qanunsuz idman mərc oyunları oynayanlara xəbərdarlıq
Məhkəmə Mehdi İbrahimovla bağlı qərar verdi
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
Professor oğlu olan universitet müəllimi külli miqdarda dələduzluqda ittiham olunur
Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var
Cəlilabadda həyat yoldaşını bıçaqlayan şəxs həbs edildi
Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ
Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi
Baş prokurorun həbsdə olan sabiq müavinindən XƏBƏR VAR
Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı AÇIQLAMA
Mayın 20-də Bakıda Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti avtomobili qəzaya düşüb.     Pravda.az-ın xəbərinə görə, K.Heydərova məxsus avtomobil işıqforun qırmızı işığında keçib və
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
Şahdağ Milli Parkında 16 ağac kəsilib
Bakıda saxta içki bəlası: Üç nəfərin ölümünə səbəb olan şəxslər hakim qarşısında
Milli Məclisin deputatları yenidən tətilə çıxdılar
Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi
DTX-nin həbs etdiyi general Əfqan Nağıyev buraxıldı
Bakıda moteldə arvadını öldürən şəxs barəsində qərar verildi
Goranboyda polisə qarşı zor tətbiq edən həbs olundu
Narkotik alverçisi polisi öldürməyə cəhd etdi - Rəsmi açıqlama
Bakı-Rostov yolunda boru partladı - Fəhlə öldü
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
Yol polisin üstünə "Kamaz" sürən sürücü həbs edildi