Azərbaycanda maska cəriməsi: - Harda "maskalanmaq" məcburidir?
9-09-2020, 11:10
370

Azərbaycanda maska cəriməsi: - Harda "maskalanmaq" məcburidir?

Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin tövsiyəsinə və Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatlarına uyğun olaraq, Daxili İşlər Nazirliyi 81 vilayət rəhbərliyinə “COVID- 19 Tədbirləri" mövzusunda təlimat göndərib.

Təlimatda bir sıra yeni qaydaların tətbiq olunacağı qeyd olunub. Belə ki, yeni qaydalara görə vətəndaşlar yaşayış məskənləri istisna olmaqla, ölkənin hər yerində (prospektlər, küçələr, parklar, bağlar, gəzinti sahələri, çimərliklər, ictimai nəqliyyat vasitələri, iş yerləri, fabriklər və s.) maska taxmalı olacaq.

Restoran, kafe, otel və s. ictimai iaşə obyektlərində gecə saat 12-dən sonra heç bir halda musiqi səsləndirilməsinə icazə verilməyəcək.

Həmçinin təlimatda bölgə rəhbərliklərinin koronavirusla mübarizə çərçivəsində görülən tədbirlərə əməl etməyən hüquqi şəxslərə (müəssisələrə və s.) tətbiq olunan inzibati cərimələrin toplanmasında lazımi həssaslığı göstərəcəyi bildirilib.

Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. Dəyişiklərə görə karantin rejimində maska taxmaq tələbini pozan fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat cərimələnəcək. Bu xətanın artıq bir dəfə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Ümumiyyətlə, COVID-19-a qarşı mübarizə tədbirlərinə dair təlimatlarda maskadan istifadə xüsusi yer tutur. Ancaq bir çox ölkələrdə maskadan qapalı məkanlarda istifadə vacib sayılır. Maraqlıdır, Azərbaycanda maska taxmaq harada məcburidir?

Cebhe.info “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarını təqdim edir:

1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:
1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmir yolu və s.);
1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);
1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;
1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;
1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində;
1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;
1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;
1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Oxşar xəbərlər

Əhalinin sıx toplaşdığı yerlərdə maskasız şəxslər cərimələnəcək - BŞBPİ xəbərdarlıq etdi
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
Bakı, Sumqayıt və Abşeronda məhdudiyyətlər qüvvədə qalır
Türkiyədə ölkə boyu toy, nişan və digər mərasimlər qadağan olunacaq
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...
Sabahdan Bakının girişindəki postlar yığışdırılır - Rəsmi açıqlama
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
İri ticarət mərkəzləri sentyabrın 30-dək bağlı qalacaq
Bakıda birgə reydlər keçirilir
Çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilib
Nazirlik kafe və restoranlara xəbərdarlıq etdi
Restoranlarda xidmət tam bərpa edilir
Metronun açılmasıyla bağlı qərar verildi, bu tarixdən... - RƏSMİ
Ali məktəblərdə dərslərin keçirilməsi qaydası məlum oldu
Müştərilər yalnız bu halda maskanı ÇIXARA BİLƏR
Maska və əlcəkdən istifadə edilmədiyi üçün yazılan cərimələr ödənilməlidirmi? - RƏSMİ
Avropa sərt karantinə qayıdır – Bəs Azərbaycan necə?
Qapalı xidmət göstərən kafe və restoranların da fəaliyyəti bərpa edilsin - Deputat
Şadlıq sarayları açılsın! - Deputatdan təklif
Maska taxmayan 9 nəfər cərimələndi
“Elə vəziyyət yaranar ki, səhiyyə sistemi də bu yükü daşıya bilməz” - Nəticə çıxarmalıyıq!
Baş infeksionistdən vətəndaşlara kafe və restoranlarla bağlı müraciət
Tərtərdə karantin rejiminin vəziyyəti ilə bağlı növbəti reyd keçirilib
Bu gündən kafe və restoranlar açıldı
Restoran sahiblərinə xəbərdarlıq edilib
Bakıda kafe və restoranlarda qiymətlər artdı - Video
İspaniyada maska taxmayanlar cərimələnəcək
Metrodan istifadə ilə bağlı YENİ QAYDALAR
"Əhali cərimə miqdarlarının artırılmasını müsbət qiymətləndirir" - Sosial Tədqiqatlar Mərkəzi