Əli Həsənov da vəzifəsindən azad edilir
9-09-2020, 13:37
323

Əli Həsənov da vəzifəsindən azad edilir

Prezident yanında Dövlət İdarəçilik Akademiyası bu ali təhsil ocağındaki 6 kafedraya müdir vəzifəsinin tutulması üçün müsabiqə elan edib.
Bunlar aşağıdakı kafedralardı:
Politologya və siyasi idarəetmə - kafedra müdiri
Dövlət qulluğu və kadr siyasəti - kafedra müdiri
Beynəlxalq münasibətlər və xarici siyasət - kafedra müdiri
Dövlət idarəetməsi və menecment - kafedra müdiri
Fəlsəfə və sosial psixologiya - kafedra müdiri
Dillər - kafedra müdiri
Müsabiqə ilə bağlı elanda bildirilib ki, bu istiqamətlər üzrə vəzifələrin tutulması üçün elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər.
“Sənədləri bu elan dərc edilən gündən bir ay müddətində təqdim etmək olar”,-deyə Akademiya bəyan edib.
Müsabiqə 2020-ci il sentyabrın 4-də elan edilib.
Modern.az-ın məlumatına görə, elanda diqqətçəkən məqam müsabiqəyə çıxarılan Dövlət qulluğu və kadr siyasəti ilə Beynəlxalq münasibətlər və xarici siyasət kafedraları ilə bağlıdır. Çünki hazırda bu iki kafedraya ölkənin ictimai-siyası arenasında tanınmış simalar rəhbərlik edirlər.
Belə ki, Dövlət İdarəçilik Akademiyasının saytındakı məlumata görə, yarandığı gündən indiyədək Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifəsini Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev tutur.
Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri vəzifəsinin qarşısında isə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun adı yazılıb.
Beləliklə, Dövlət İdarəçilik Akademiyası həmin kafedralara yeni müdir axtarmaqla Ramiz Mehdiyev və Əli Həsənovla vidalaşmağa hazırlaşır.
82 yaşlı akademik Ramiz Mehdiyevin, eləcə də sağlıq durumundakı ciddi problemlemlər səbəbindən hazırda Türkiyədə müalicə olunan Əli Həsənovun yenidən həmin kafedraların müdirliyinə öz namizədliklərini irəli sürəcəyi inandırıcı görünmür...

Oxşar xəbərlər

Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
“Jurnalistika” ixtisasına qəbul qaydaları açıqlandı - Detallar
Mədəniyyət Nazirliyində işdən çıxarılanlar və vəzifəyə təyin olunanlar
MM Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib
DTX-nın həbs etdiyi rəisi o əvəzlədi - Nazirlikdə yeni təyinat (FOTO)
Orta bal göstəricilərinə görə fərqlənən universitetlər - SİYAHI
Ali Attestasiya Komissiyasında yeni təyinatlar
Xarici işlər nazirinin müavini vəzifədən azad edildi – Yerinə bu şəxs gətirildi
Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi deyilən deputat vəzifəsindən İSTEFA VERDİ
İşsizlərin NƏZƏRİNƏ
ADU ilə Polis Akademiyası arasında Protokol imzalandı
“Azəriqaz”da bəzi regional idarə rəislərinin yerləri dəyişdirildi - Kimlər hara təyin olundu?
“Əlli yaşında təhsil alan icra başçısı nə bilir xalq nədir...”
Baş prokurordan kadr dəyişikliyi: Fərid Nağıyevə yeni vəzifə verildi
“Bu gün bütün sahələrdə islahatların nəticələri vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir”
Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisaslar məlum oldu - SİYAHI
Magistraturaya qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat müddəti uzadıldı
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi toplanır - 8 məsələyə baxılacaq
Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
“Bill Qeyts dünyanı qorxudur ki, öz vaksinlərini satsın...”
Cəfər Cəfərovun Prezidentə «ŞÜBHƏLİ SƏDAQƏTİ» -
BDU-nun tanınmış müəllimi vəfat etdi - FOTO
Belarusda dövlət teleradio şirkəti tətil elan etdi, efir boş qaldı
Onların taladığı pulları necə geri qaytarmaq olar? - GƏLİŞMƏ
Məleykə Abbaszadə: "Düzgün seçim eləsələr, hamısı qəbul olunacaq"
Eldar Həsənov necə “deşifrə” olub? – Yeni həbslər gözlənilir...
Akademiya işçiləri haqqındakı məlumatlar elektronlaşdırılacaq
“Fitch” Türkiyənin kredit reytinqi üzrə proqnozunu pisləşdirib
Qabiliyyət imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ
Azərbaycanda məşğul şəxslər barədə elektron reyestr yaradılacaq