Etibar Məmmədov da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib?
9-09-2020, 13:40
372

Etibar Məmmədov da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib?

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı xəbər yayılan AMİP lideri Etibar Məmmədovun müsahibəsi:
- Etibar bəy, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə tanışlığınız nə vaxtdan başlayır?
- Ramiz Mehdiyevi Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin katibi işlədiyi dövrdə qiyabi tanımışam. Ondan sonra isə 1990-cı illərin ortalarında o, Prezident Administrasiyasında işləyən zaman siyasi proseslərlə bağlı müəyyən görüşlərimiz olub. Yəni şəxsi, yaxın münasibətlərimiz olmayıb... Başqa mənim onunla nə münasibətim ola bilər ki?..
- Sizin də Ramiz Mehdiyevin nəvəsinin "məşhur” toyunda iştirak etməniz barədə məlumat yayılıb...
- (Gülür) Xəbərim yoxdur bu yazıdan... İndi sizdən eşidirəm...
- Xəbər bir foto ilə müşayiət olunur. Fotoda siz cavan yaşınızdasız...  Restorana bənzər bir məkanda Ramiz Mehdiyevlə görüşürsünüz, əl sıxırsınız. Ramiz Mehdiyevin arxasında Prezidentin sabiq köməkçisi Əli Həsənov dayanıb... Amma montaja oxşamır. Bəlkə yadınıza düşər, nə vaxtsa, hardasa belə bir  görüşünüz olub Ramiz Mehdiyevlə?.. 
- Hə... Yadıma düşdü... 1990-cı illərdə bir dəfə Ramiz Mehdiyev və Əli Həsənov partiyamızın bir tədbirində iştirak edib... Səhv etmirəmsə, 1995-ci il idi... Yox, dəqiq xatırladım - 1997-ci ildə...  AMİP-in yaranmasının 5 illiyi ilə bağlı "Sinema-klub” deyilən bir məkanda keçirilmişdi o tədbir...
- Ramiz Mehdiyev və Əli Həsənovu siz özünüz dəvət etmişdiniz, yəqin ki?
- Bəli, digər iştirakçılar kimi, Ramiz Mehdiyev və Əli Həsənovu da Prezident Administrasiyasının nümayəndələri kimi  özümüz dəvət etmişdik... Həmin tədbirə müxalifətli-iqtidarlı əsas siyasi sferanın nümayəndələri qatılmışdı. Yəni həm YAP rəhbərliyi, həm Müsavat, həm Xalq Cəbhəsi və s. Hətta  o zaman Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti olan İlham Əliyev də iştirak etmişdi bizim yubileyimizdə...
- Etibar bəy, ümumiyyətlə, bu məlum toy əhvalatından sonrakı ictimai-siyasi proseslərə necə yanaşırsız?
- Toy olub... Allah o gəncləri xoşbəxt eləsin... Digər məsələlər barədə mən heç nə demək istəməzdim... Ancaq orada inzibati pozuntular olub və onlara görə cəzalar da verilib... Ramiz Mehdiyevin özünün yaratdığı komandanın üzvləri özünə hücuma keçir... O da  yaxşı bilməliydi ki, həmin sistemdə gərək yıxılmayasan, yıxıldınsa, hamı baltalayacaq səni... Yəni Ramiz Mehdiyev özünün yaratdığı sistemin cəfasını çəkir... 

Oxşar xəbərlər

Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir görüntü yayıldı - VİDEO
İş adamından toy ilə bağlı AÇIQLAMA
Gülçöhrə Məmmədova toyda olmayıb – Açıqlama
“Karqo Şamil”  də Ramiz  Mehdiyevin nəvəsinin toyunda iştirak edib
Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
Ramiz Mehdiyevin ölüm xəbəri yayıldı - AÇIQLAMA
Ramiz Mehdiyevin ölüm xəbəriylə bağlı AÇIQLAMA
Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoruna TÖHMƏT VERİLDİ
Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan yeni görüntülər yayıldı - Video
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
Əli İnsanov Ramiz Mehdiyevlə əlaqəsindən danışdı - "...birgə siyasi fəaliyyətimiz ola bilməz"
Ramiz Mehdiyevin nəvəsinin toyunda Ombudsman qol götürüb oynadı - Video
“Ramiz Mehdiyevin tayfası və mənim nəslim-tayfam...” – Kürəkəndən tost
Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
Siyavuş Novruzovun boş qalan yerinə təyinat necə olacaq? - AÇIQLAMA
Ramiz Mehdiyevin şəriki ölkədən qaçdı - İDDİA
Siyavuş Novruzov YAP-ın qərargahını TƏRK ETDİ
Mehdiyevin nəvəsinin toyunda oynayan Ombudsmanın geyiminin gözqamaşdıran qiyməti
Məşhur icra başçısı da Mehdiyevin nəvəsinin toyunda olub - Video
Daha bir deputat Mehdiyevin nəvəsinin toyunda olub
Ramiz Mehdiyev də karantin qaydalarını pozub nəvəsinə toy etdi - Video,Foto
Ramiz Mehdiyevlə Zeynəb Xanlarova arasında nə baş vermişdi?
"Ramiz Mehdiyev təcili həbs edilsin!" - PARTİYA SƏDRİ
Siyavuş Novruzovdan başqa hansı deputat Ramiz Mehdiyevin toyunda iştirak edib?
Ramiz Mehdiyev qızının adına özəlləşdirdiyi uşaq bağçasını dağıtdırıb - FOTO
Ramiz Mehdiyevin villaSI 20 hektar ərazidə imiş - FOTO
Ramiz Mehdiyevin biznes imperiyası: Kimlərlə şərik imiş? – VİDEO
Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi deyilən deputat vəzifəsindən İSTEFA VERDİ
Ramiz Mehdiyevin biznes imperiyası: KİMLƏRLƏ ŞƏRİK İMİŞ? - "Karqo Şamil" necə sərvət toplayıb?