Əli Həsənov xəstəxanadan qaçıb? – Müalicə aldığı klinika “burada deyil” dedi
9-09-2020, 14:03
88

Əli Həsənov xəstəxanadan qaçıb? – Müalicə aldığı klinika “burada deyil” dedi

Prezidentin keçmiş köməkçisi Əli Həsənov Türkiyənin məşhur “Ersek” ürək-cərrahiyə klinikasında müalicə aldığı barədə xəbər təsdiqlənmir.
Gündəlik Bakı xəbər verir ki, sözügedən klinikadan yenisabah.az-a bildirilib ki, orada Həsənov Əli Məhəmmədəli oğlu ad-soyadlı xəstə qeydə alınmayıb. “Bizim klinikada belə bir şəxsin müalicə aldığı barədə hər hansı məlumat yoxdur” – deyə klinikanın əməkdaşı bildirib.
Halbuki bir müddət əvvəl Əli Həsənovun “Ersek” ürək-cərrahiyə klinikasında bir həftəlik müalicə kursu qəbul etdiyi barədə məlumat yayılmışdı. Xəbərdə deyilirdi ki, keçmiş köməkçi müalicə kursunu bitirdikdən sonra xəstəxananı tərk edib. Lakin bir neçə gün sonra səhhəti qəfil pisləşib və o, yenidən “Ersek” klinikasına yerləşdirilib.
Əli Həsənovun sözügedən klinikada müalicə olunması barədə xəbər onun Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) qanunsuzluqları ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqına təqsirləndirilən şəxs kimi cəlb olunması barədə yayılan məlumatla eyni vaxta təsadüf edir.
Keçmiş köməkçi özü də istintaqa cəlb olunması barədə xəbərə münasibət bildirmişdi. O, məlumatın əsassız olduğunu, hazırda Türkiyədə müalicə aldığını və hər şey yaxşı olacağı təqdirdə 10-15 günə Azərbaycana qayıdacağını qeyd etmişdi. Əli Həsənovun bu açıqlamasından sonra isə yuxarıda qeyd etdiyimiz məlumat yayılmışdı.

Oxşar xəbərlər

Əli Həsənovun müalicə aldığı deyilən klinikadan açıqlama: “Burada elə bir pasiyent yoxdur”
Əli Həsənov tapıldı
Əli Həsənovun halı pisləşdi - Almaniyaya aparılır
Əli Həsənov şantaja keçir: Siyasi alver
Del Pyero xəstəxanadan evə buraxıldı
Əli Həsənovun vəziyyəti ağırlaşdı – Təcili Türkiyəyə aparıldı
Əli Həsənovun qırmızı yalanı
Əli Həsənov Antalyaya, oğlu Misirə getdi – Sensasion iddia
Əli Həsənov Dubayda görüntüləndi – Bahalı istirahət mərkəzində səhər yeməyi
"Yeni Klinika"da mərhum jurnalist Əmrah Fəqanoğlunun telefonu oğurlanıb
Sabiq deputat: “Sən müalicə olunma, Əli Həsənov, onsuz da ölmüsən...”
Əli Həsənov səhhətindən danışdı - Yenilənib
Əli Həsənovun Antalyadakı villasının qiyməti neçəyədir? - FOTO
Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
"Eldar Həsənovun sağlıq durumu yaxşı deyil" - Qardaşından AÇIQLAMA
Əli Həsənov xəstə olduğunu sübutlayan SƏNƏDLƏRİ YAYDI - FOTO
Azərbaycanda daha bir jurnalist koronavirusdan vəfat etdi
Əli Həsənov daha bir media rıçaqını itirir
Azərbaycanda koronavirusa yoluxan həkim evdə öldü
"Onun mənimlə nə düşmənçiliyi vardı ki, belə tapşırıq vermişdi” - Əli Həsənova sərt ittiham
Əli Həsənovun oğlunun qəribə hobbisi — Qızıl unitazlardan istifadə edir
“Mənə səhv diaqnoz qoyduqları üçün pulumu geri qaytarsınlar...”- “Turan” klinikasından şikayət...
Navalnı danışdı - Klinikada mühafizə gücləndirildi
Oqtay Gülalıyevdən xəbər var: “Sərbəst nəfəs alır...”
Azərbaycanda daha 139 yoluxma qeydə alınıb, 1 nəfər ölüb
Əli Həsənov həbsdən qurtulmaq üçün Ərdoğanla görüşmək istəyib - İDDİA
"Əli Həsənov Amerikaya uçur ki, Fətulla Gülənin yanında bir təsbeh çəksin" - AÇIQLAMA
Almaniyadan Aİ-yə dəstək: “Xəstələri qəbul etməyə hazırıq”
Əli Həsənov Fətullah Gülənlə ortaq olub: Türkiyə mediasından sensasion iddia
Yoluxanların sayı yenə 100-ü keçdi, 2 nəfər öldü