Qobu qəsəbəsində növbəti küçələr asfaltlanır – Başçı əraziyə gəldi
9-09-2020, 15:39
254

Qobu qəsəbəsində növbəti küçələr asfaltlanır – Başçı əraziyə gəldi

DİA.AZ xəbər verir ki, Abşeron rayonun Qobu qəsəbəsində növbəti küçənin - Sona Salmanova küçəsinin asfaltlanmasına başlanılıb. Bununla əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyətinin başçısı əraziyə gələrək görülən işlərlə yerindəcə tanış olub. Bildirilib ki, vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərin icrası davam etdirilir. İmzalanan sərəncama əsasən, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 19.7 milyon (on doqquz milyon yeddi yüz min) manatı ayrılıb.

Vurğulanıb ki, dövlət başçısının imzaladığı sərəncama əsasən hazırlanan layihələr əsasında Qobu qəsəbəsində isə 4 küçədə təmir-tikinti işləri həyata keçirilir. Bu Qara Qarayev, Aşur Həsənbalayev, Sona Salmanova və Çingiz Mustafayev küçələridir. Sözügedən küçələrin ümumi uzunluğu 6.8 km, təmir olunan sahə isə 62 min kv.m-dən çoxdur. Küçələr boyu torpaq işləri, yol əsasının tikintisi və hazır olan ərazilərə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Yaxın günlərdə təmiri nəzərdə tutulan sonuncu küçədə - 860 metr uzunluğa malik Mirzə Ələkbər sabir küçəsində də yenidənqurma işlərinə start veriləcək.

Ümumilikdə aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra isə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.

Daha sonra sakinlərlə görüşən başçı onların təkliflərini dinləyib. Sakinlər kənd ərazisində yüksək keyfiyyətli asfalt örütüyünün çəkilməsi ilə əlaqədar cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Bundan sonra görülməsi vacib olan məsələlərlə bağlı aidiyyatı üzrə tapşırıqlar verilib.

Qobu qəsəbəsində növbəti küçələr asfaltlanır
Qobu qəsəbəsində növbəti küçələr asfaltlanır
Qobu qəsəbəsində növbəti küçələr asfaltlanır

Oxşar xəbərlər

İlham ƏIiyevdən 13,4 milyonluq SƏRƏNCAM
İlham Əliyev sərəncam imzaladı
Prezident Şəkidə yol tikintisinə 12 milyon manat ayırdı
Sürücülərə ŞAD XƏBƏR: paytaxtın bu hissəsində daha tıxaca düşməyəcəksiniz
Abşeronda avtomobil qadını vuraraq öldürüb
DİQQƏT! Bəzi avtomobil yollarında rənglənmə işləri aparılacaq
Abşeronda ağır qəza - İki azyaşlıdan biri öldü
Baş nazirdən Tovuzla bağlı SƏRƏNCAM
Abşeronda COVİD-19 vurusu ilə bağlı genişmiqyaslı reydlər keçirilir - Foto
Abşeronda müəllimlər günü qeyd edilib
20 minə yaxın avtomobil postlardan geri qaytarılıb
Usta tanışı ilə birgə 20 mənzili qarət etdi
Bakıda 7 ildən sonra bu yol açıldı
Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
Bakıda avtomobil azyaşlını vuraraq öldürüb
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
“Qobu” ES Bakı və Abşeronun “Mingəçevir” İES-dən asılılığını aşağı salacaq”
Prezident İlham Əliyev “Qobu” elektrik yarımstansiyasının tikintisi ilə tanış olub
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Bakıda bu binaların dam örütüyü təmir olunacaq
Güclü külək evlərə və köşklərə ciddi zərər vurub
Baş nazirin sabiq birinci müavini Abbas Abbsov saxlanıldı
Abşeron rayonunda qadına qarşı quldurluq edən iki nəfər saxlanılıb - FOTO
Abşeron dairəvi dəmir yolundan istifadə edənlərin nəzərinə - Artıq yeni qaydada yoxlanılacaqsınız
Bir manatlıq şirkətə milyonluq tender verildi
68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşmaq üzrədir - FOTOLAR
Prezident İlham Əliyev Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edib - YENİLƏNİB