Mikroavtobuslar rayona buraxılmır: Taksi iki dəfə bahalaşıb: - “7 nəfər tutumu olanlar gedə bilər, ancaq...”
9-09-2020, 15:46
148

Mikroavtobuslar rayona buraxılmır: Taksi iki dəfə bahalaşıb: - “7 nəfər tutumu olanlar gedə bilər, ancaq...”

Dünəndən etibarən rayonlara gediş gəliş sərbəstləşib.

Fərdi avtomobillərin və taksilərin fəaliyyətinə icazə verilib. İctimai nəqliyyatla sərnişindaşıma isə hələlik Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə qadağandır. Karantin postları da ləğv edilib.

Sadəcə, postlardakı bəzi texniki avadanlıqlar qalıb. Cəmi bir gündür ki, rayon yolları açılsa da, saytımıza artıq rayon yollarında yaranmış problemlərlə bağlı şikayətlər daxil olub. Şikayətlərdə bildirilir ki, el arasında “mikroavtobus” adlandırılan,taksi xidməti göstərən maşınlar Ələt postundan buraxılmır. Sadəcə, taksi fəaliyyəti göstərən minik və şəxsi avtomobillərin gediş-gəlişinə icazə verilir.

Halbuki Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) şöbə rəisi, polkovnik Kamran Əliyev açıqlamasında el arasında “mikroavtobus” adlandırılan, əslində isə 7-8 nəfərlik minik avtomobili olanların da rayonlara gedib-gələ biləcəyini bildirmişdi:

“Əlbəttə ki, onlar taksi xidməti göstərirlər. Taksi sürücüləri tibbi-metodiki tövsiyələrə uyğun fəaliyyət göstərməlidirlər. Sürücü ilə sərnişin arasında şəffaf arakəsmə mütləq olmalı, sərnişinlərin sayı 2-dən artıq olmamaqla arxa oturacaqdan istifadə edə bilərlər. Avtobusların fəaliyyəti isə şəhər və rayondaxilidir”.

Maraqlıdır ki, sözügedən “mikroavtobus”ların fəaliyyətinə icazə verildiyi deyilir, lakin deyilən sözlə əməl uyuşmur. Qeyd olunan şikayətdə gediş haqqı ilə bağlı məqam da diqqət çəkib.

Mikroavtobus sürücülərinin bildirdiyinə görə, onların hərəkətinə imkan verilməməsindən istifadə edən taksilər adambaşına gediş haqqını qaldırıblar.

Belə ki, Zərdaba və Kürdəmirə taksi ilə 1 nəfərin sərt karantin müddətində daşınma haqqı 15 manata qədər artmışdısa, (adi vaxtlarda 7 manat) yollar açılandan sonra da eyni gediş haqqı ilə taksi xidməti başlayıb. Bundan əlavə Kürdəmir, Zərdab və İmişliyə getmək üçün adambaşına taksi xidməti 25-30 manat təşkil edir. Yollar bağlı olanda Tovuza 25 manat olan gedişhaqqı (adi vaxtlarda 11 manat) yollar açılandan sonra taksi xidməti ilə 35 manata qədər artıb. Mikroavtobusların isə münasib gediş haqqı ilə fəaliyyətinə imkan verilmir.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) şöbə rəisi, polkovnik Kamran Əliyev el arasında deyilən “mikroavtobusların” gediş gəlişinə məhdudiyyət qoyulmadığını bildirib:

“Digər nəqliyyat vasitələri ilə sərnişin daşımada bu metodiki tövsiyə o idi ki, şəffaf arakəsmə və arxa oturacaqda 2 nəfərdən artıq olmamaqla sərnişin daşınsın. Buna görə hər hansı məsuliyyət nəzərdə tutulmur. 7 nəfərlik kiçik tutumlu, el arasında “mikroavtobuslar” deyilən, əslində minik maşını hesab olunan nəqliyyat vasitələri ilə də əgər şəxsin fərqlənmə nişanı, taksi xidmətinin göstərilməsi ilə bağlı müvafiq sənədi varsa, taksi xidmətləri həyata keçirə bilər. Həmçinin şəxsi avtomobilidirsə, öz ailə üzvülərini, yaxın və tanışlarını həmin şəkildə daşıya bilər. Buna hər hansı bir məhdudiyyət qoyulmayıb”.

Oxşar xəbərlər

Kamran Əliyev: “Rayonlara yalnız taksi ilə gedib-gəlmək mümkündür”
Sabahdan Bakının girişindəki postlar yığışdırılır - Rəsmi açıqlama
Rayonlara gediş-gəliş və “mall”ların fəaliyyəti bərpa edilir? - AÇIQLAMA
Postlardan keçə bilmək üçün icazə kağızı bəs etməyəcək – Şərtlər
Rayonlara gediş-gəliş açıldı - sərnişin daşınmasına cəhdlər oldu
Rayonlara gediş-gəliş necə olacaq? - Rəsmi
Gələn həftə rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA
Rayonlara gediş-gəliş bərpa edilir? - AÇIQLAMA
Karantinlə bağlı bəzi məhdudiyyətlər aradan qaldırıldı
Bu ərazilərdə gediş-gəliş qadağandır - RƏSMİ
Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR - Hələ 5-6 ay...
Bir rayondan digər rayondakı tibb müəssisəsinə tibbi arayışla getmək olar - BDYPİ
Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər
Köhnə maşını olanlara pis xəbər - Yeni qadağalar gəlir
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi
Qanunsuz taksi fəaliyyəti göstərənlərə BƏD XƏBƏR
Köhnə maşını olanlara pis xəbər – Yeni qadağalar
Köhnə maşını olanlara pis xəbər – Yeni qadağalar
BNA-nın taksi oyununun uğursuz mərhələsi - VİDEO
Rayonlara gediş-gəliş açılırmı?
Bakı qeydiyyatında olan şəxslər rayondan necə gələ biləcək? - AÇIQLAMA
Bakıda taksi xidməti bahalaşdı
Gələn həftə rayonlara gediş-gəliş bərpa edilə bilər - AÇIQLAMA
İcazəsi olanlar işə velosipedlə gedə bilərlər - RƏSMİ
Azərbaycanda toylar belə keçiriləcək - Açıq hava, 80 qonaq...
Gediş haqqının artırılacağı xəbəri haqda – Rəsmi açıqlama
Avtobuslarda gediş haqqı artırılır? – Tarif Şurası açıqladı
Diqqət: Sabahdan rayonlara gediş-gəliş bərpa olunur
“Polis postları ləğv olunmayıb, sadəcə...“ - Vaqif Əsədovdan AÇIQLAMA
Toyların keçirilməsinə icazə verilə bilər - 150-200 nəfərlik