Ceyhun Bayramov İtaliya səfiri ilə görüşüb
9-09-2020, 18:19
157

Ceyhun Bayramov İtaliya səfiri ilə görüşüb

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini qəbul edib.
Bu barədə məlumatı Xarici İşlər Nazirliyi yayıb.
C.Bayramov ölkələr arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edərək iki ölkənin rəhbərləri səviyyəsində imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamələrin bunun bariz nümunəsi olduğunu bildirib.
Ölkələrimiz arasında ali səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsinin münasibətlərin daha da möhkəmlənməsinə ciddi töhfə verdiyi qeyd olunub, bu xüsusda Azərbaycan Prezidentİlham Əliyevin bu ilin fevral ayında İtaliyaya dövlət səfərinin yüksək əhəmiyyəti vurğulanıb.
A.Massarini, öz növbəsində, ölkələrimiz arasında yüksək səviyyəli strateji əlaqələrin bir çox sahələrdə uğurla inkişaf etdirildiyini qeyd edib.
Tərəflər iki ölkə arasında siyasi, iqtisadi, enerji, təhsil, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, o cümlədən qeyri-neft sektorunda layihələrin həyata keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Dünyanın üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində iki ölkənin nümayiş etdirdiyi həmrəylik və qarşılıqlı yardımın Azərbaycan və İtaliya arasında münasibətlərin yüksək səviyyədə inkişafına tam uyğun olduğu məmnunluqla qeyd edilib.
C.Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, iki ölkənin sərhədində Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən son təxribatı, Ermənistanın siyasi-hərbi rəhbərliyinin bölgədə gərginliyi artırmaq məqsədi güdən fəaliyyət və bəyanatları, eləcə də Azərbaycanın münaqişənin həlli üzrə məlum mövqeyi barədə qarşı tərəfi məlumatlandırıb. İşğalçı Ermənistan və işğala məruz qalan Azərbaycan tərəfinə tarazlı yanaşma nümayiş etdirilməsinin qəbuledilməz olduğu, uzun illər ərzində müşahidə olunan bu kimi yanaşmanın Ermənistanın işğalçı siyasətinə son qoyması və bu xüsusda konkret addımlar atmaqdan boyun qaçırması üçün əsas təşkil etdiyi vurğulanıb.
Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İtaliyanın nümayiş etdirdiyi prinsipial mövqeyi ilə əlaqədar səfir Auqusto Massariyə minnətdarlığını bildirib.
Görüşdə habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Oxşar xəbərlər

Ceyhun Bayramov Polşanın Azərbaycandakı səfiri ilə görüşüb
Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb
“Prezidentlərin Soçi görüşü mühüm əhəmiyyətə malikdir” - Hikmət Hacıyev
Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşdü
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Azərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb
Qətər Azərbaycana yeni səfir göndərib
Xarici İşlər Naziri Ceyhun Bayramov Rusiyaya getdi
Ekspert: “İpək Yolu İqtisadi Kəməri” layihəsi Azərbaycanla Çin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdi"
Ceyhun Bayramov Türk Şurasının Baş katibini qəbul edib
Azərbaycan Qazaxıstana nota verdi
Prezident Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul edib - Foto + Video
"Ermənistana silah tədarükü ciddi narahatlıq doğurub” - Ceyhun Bayramov
 Zakir Həsənov NATO admiralı ilə görüşdü
“Ermənistan hücumu öncədən planlaşdırıb” - Ceyhun Bayramov
ADU ilə Polis Akademiyası arasında Protokol imzalandı
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
Putin Mehriban Əliyevanı təbrik etdi
Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Elmar Məmmədyarov çağırış etdi
Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin görüşü olub - Yenilənib
Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib
Nazir Çinə səfər edəcək
"Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları davam edir” - Ceyhun Bayramov
Ceyhun Bayramov Gürcüstana başsağlığı verdi
"İlham Əliyevin Türkiyəyə dəstəyi qardaşlıq münasibətlərimizin nə qədər möhkəm olduğunu bir daha göstərdi"
Nüfuzlu universitetin nümayəndəsi ADU-da - Foto
Gürcüstan hökuməti Ukraynadakı səfirlə bağlı qərarını belə izah etdi