Gəncənin daha bir məktəbində narazılıq baş qaldırıb. Demokratik.az-a daxil olan məlumatlara görə, şəhərin 31saylı orta məktəbinin kollektivi fənlər üzrə bir sıra dərs bölgüsündən və məktəbin direktorunun idarəçiliyindən narazıdır. Belə ki, məktəbdə informatika fənni üzrə ixtisas fənn müəllimi G. İsmayılova olduğu halda, ona ev dərsi və fakültətiv məşğələlər verilib. Əvəzində, mövcud informatika dərs saatları iqtisadiyyatı bitirən V. Fətəliyevaya verilib.
Məişət kollecinin məzunu olmuş L.Hacıyeva isə ibtidai siniflər üzrə rus bölməsinə dərs keçir.
Ali təhsilli tarix müəllimi Ş.Həsənova isə məktəbdə xadimə ştatı üzrə maaş alıb və birdən-birə heç bir MİQ tanımadan şəhərdəki Fizika-riyaziyyat təmayüllü liseydə müəllim kimi də işə götürülüb.
Məktəbin istilik sisteminə cavabdeh olan Rafiq Kazımovun da "praqul" etdiyi, məktəbin arxa tərəfindəki torpaq sahəsini çəpərləyərək özünə pomidor-xiyar və göy-göyərti əkməklə, meyvə bağına qulluq etməklə məşğuldur.
Məktəbdə bədən tərbiyə dərslərini isə ixtisasca jurnalist olan T.Rəhimova mənimsəyib. İddiaya görə, adıçəkilən Təhsil Nazirliyində əyləşən Orxan Abbasovun qaynanasıdır deyə ona bu şərait yaradılıb. Bu azmış kimi, məktəbin bədən tərbiyə fənninin digər saatlarını isə 11 saylı məktəbin ibtidai sinif müəllimlərindən biri də tədris edir.
Gəncə Təhsil İdarəsinin metodisti İ.Tağıyeva isə 2021-2022-ci tədris ilinin ilk ayları üzrə müvafiq əmrləşmə olmadan 12 saat rus dili fənnindən dərs deyərək maaş alıb. İ.Tağıyeva hazırda Gəncə şəhər 7 saylı tam orta məktəbinin direktorunu əvəzləyir.
O da bildirilir ki, məktəbi direktordan daha çox, qeyri-rəsmi qaydada TN-in məsul şəxsi Orxan Abbasovun anası, ədəbiyyat müəllimi G.Abbasova idarə edir.
Mənbə iradla bildirir ki, bu kimi özbaşınalığa şəhər təhsil şöbəsi və təhsil müdiri Anar Qədimalıyev necə nəzarət həyata keçirirlər ki, məktəb girinc olur və kollektivdə haqlı narazılıqlar yaranır?
Redaksiyamıza müraciətdə o da bildirilir ki, məktəbin direktoru İftixar Abdıyev direktorların işə qəbulu imtahanında az bal toplayıb, lakin, TN-də əyləşən Orxan Abbasovun köməyilə direktor əyləşdirilib.
Qarşı tərəfin fikirlərini də almağa çalışdıq. Direktorla telefon əlaqəsi zamanı Abdıyev faktların mövcudluğunu etiraf etsə də qeyri-ixtisaslı müəllimlərin dərs bölgülərindəki yerləşdirilmələrinə bəraət qazandırdı. Bir sıra nöqsanların ondan əvvəl baş verdiyini, bir sıra məsələlərin isə deyilənlərdən fərqli olduğunu, hər şeyin təhsil nazirliyi tərəfindən, eləcə də fənn yerləşdirmələrinin elektron qaydada nizamlandığına diqqət çəkdi.
Deyilən faktlar onu deməyə əsas verir ki, Gəncənin tam mərkəzində də təhsilə dair əsas öhdəliklər şəhərin təhsilinə cavabdeh olan Anar Qədimalıyevin umurunda da deyil və məktəblər təhsil qanunları ilə deyil, ayrı-ayrı istəklərlə idarə edilir.
Gəncə təhsilində özbaşınalıq ƏNƏNƏYƏ ÇEVRİLİB... - İLGİNC İDDİALAR...
01
aprel
10:43

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Gəncə təhsilində RƏSMƏN ÖZBAŞINALIQDIR... - İLGİNC İDDİALAR...
Gəncədə məktəb direktorları saçyoldusuna çıxıblar.-Anar Qədiməliyev haqqında iddialar…
Nazir bu məktəbdə baş verənlərdən xəbərdar olmalıdır...
Bakıda müəllim dərs zamanı vəfat etdi
Göygöldə təhsil sistemi bərbad gündədir - GİLEY
Kəlbəcər azad oldu... QALDI KƏLBƏCƏRİN TƏHSİLİ... - İTTİHAM
Cəlilabadda yeni DƏRS İLİ BELƏ BAŞLADI... - NARAZILIQ!
Xan Şuşinski adına Ağdam Musiqi Məktəbinin direktoru Xətayə xanım xətayə yol verir -Məktəbdə dərs saatları satılır...
Sabirabad rayon 1 saylı tam orta məktəbin direktorunun fəaliyyəti narazılıq yaradır
Bakıda müəllim şagirdin başını divara ÇIRPDI
Azərbaycanda orta məktəb bağlandı
Gəncədə peşə təhsili NİYƏ BÜDRƏYİR? - MÜRACİƏT
"Bilmirik, Mirzəcan Xəlilov məktəbin direktorudur, yoxsa Təhsil naziri?" - NARAZILIQ!
Beyləqanda da FETÖ-çular var imiş... - İDDİA
31 saylı Kəlbəcər məktəbində müəllimlə direktor arasında "soyuq müharibə" davam edir
İmtahan sualını zaldan çıxarmaq istəyən müəllimin nəticəsi ləğv olundu
Bakıda daha bir müəllim koronavirusdan vəfat edib - FOTO
Daha bir müəllim koronavirusdan vəfat etdi
Daha iki müəllim koronavirusdan vəfat edib, direktor karantinə alınıb
Sabirabadda təhsil sistemi bərbad gündədir... - NARAZILIQ...
Dəfələrlə "Aztelekom"a müraciət etsə də... - GİLEY
Məktəb direktorunun səs yazısı yayıldı: “Başına oyun açacam” - VİDEO
Sabirabaddan nazirə müraciət olundu:1 saylı tam orta məktəbdə böyük RƏZALƏT VAR- GİLEY
Bakıda daha bir məktəb koronavirusa görə BAĞLANDI
“Məktəb direktorunun oğlu və gəlini Bakıda yaşasalar da, bu məktəbdən maaş alırlar” – Masallı məktəbində özbaşınalıq
Təhsil naziri yeni əmr imzaladı
Əmrullayevin menyusuna daha bir TƏHSİL BƏLASI - GİLEY
Bu təhsil ocağında nə baş verir? - İDDİA
İsmayıllıda 6 saylı tam orta məktəbin yeni binası istifadəyə verildi - FOTOLAR
Bakı üzrə yüksək bal toplayan məzunlar - Siyahı
- Ayşvariya TANINMAZ HALDA - FOTO
- Aygün Kazımova GEYİMİ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR
- Təyyarənin ən çirkli 5 yeri
- Kaan ata oldu
- Oğlu ilə gəlini ayrı evə çıxıb
- Rusiyanın gücü ABŞ və Kiyevi danışıqlara məcbur edəcək
- Bloomberg: İsveçrə saatlarının populyarlıq zirvəsi geridə qalıb
- Premyer Liqa: “Kəpəz” “Qəbələ”ni sonuncu pilləyə göndərib
- Çin şirkəti metanla uçan raketlə orbitə üç peyk buraxıb
- Tbilisidə Gürcüstanın Aİ-yə inteqrasiyasına dəstək yürüşü keçirilir
- Maks Ferstappen sərxoş vəziyyətdə Qətər Qran-prisini qazanıb
- Şəkildə ilk hansı heyvanı gördünüz? – Zəka testi
- Qəhvəni gündəlik içməyin ziyanı və faydaları
- Bu yolla infarkt riskini azalda bilərsiniz
- Xərçəng hüceyrələrini məhv edən dərmanın adı AÇIQLANDI
- Mədəaltı vəzi məhv edən QİDALAR
- Könül Kərimova bu fotosuna görə tənqid olundu
- Günəşdə qorxunc qaranlıq dəlik yaranıb
- Bağırsaqlar üçün faydalı olan spirtli içkilər
- “Brent” markalı neft ucuzlaşdı
- Türkiyə vətəndaşlarının Qəzzadan təxliyəsinə başlayıb
- Bu yolda məhdudiyyət tətbiq edilib (FOTO)
- "Ukrayna ilə bağlı pis xəbərlərə hazır olmalıyıq" - Stoltenberq
- Sabahın havası açıqlandı
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi