Fövqəladə Hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə aid olunduğu deyilən "Medistyle Hospital”ın dövlət vergi xidmətinə külli miqdarda borcu yaranıb.  
Qaynarinfo-nun məlumatına görə, nizamnamə kapitalı 3 milyon 948 min 855 manat, qanuni təmsilçisi Həsənov İlyas Şasuvar oğlu olan  "Medistyle" Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 680 min 897 manat 51 qəpik borcu yaranıb.