“Sosial yardımın yerinə uşaq pulu verilsin!” – Parlamentə şikayətlər çoxalıb
10-09-2020, 11:21
142

“Sosial yardımın yerinə uşaq pulu verilsin!” – Parlamentə şikayətlər çoxalıb

“Uşaq pulu məsələsi yenidən gündəmdədir. Hətta bu günlərdə parlamentdə uşaq pulunun bərpasının müzakirəsi üçün işçi qrupun yaradıldığına dair məlumatlar yayıldı. Daha sonra isə ictimaiyyətə təqdim edilən informasiyanın yanlış olduğu bildirildi. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, məlumat həqiqətə uyğun deyil və heç bir əsası yoxdur.
Buna baxmayaraq məsələ ictimaiyyətdə daim müzakirə olunur. Aztəminatlı ailələri uşaq pulunun verilib-verilməyəcəyi maraqlandırır. Parlament üzvləri də məsələ ilə əlaqədar müəyyən təkliflər verib. Lakin son nəticənin necə olacağı məlum deyil.
Vətəndaşları maraqlandıran suallarla bağlı “Sherg.az”a danışan millət vəkili Vahid Əhmədov bildirdi ki, uşaq pulunun verilməsinə dair müraciətlər yetərincə çoxdur. Deputat bu məsələnin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi səviyyəsində də müzakirə edildiyini diqqətə çatdırıb:
“Nazirliyin uşaq pulu ilə bağlı öz arqumentləri var. Onların bizə verdiyi təkliflərə görə, indi ölkəmizdə ünvanlı sosial yardımlar verilir. Ona görə də uşaq pulunun ünvanlı sosial yardımın içində olduğunu əsas gətirirlər. Bizim arqumentimiz isə budur ki, ümumiyyətlə ünvanlı sosial yardımla əlaqədar problemlər çoxdur. Bu vəsaitlər yerlərdə əhaliyə çatmır, vətəndaşlardan əlavə arayışlar istəyirlər.
Məlumdur ki, indi onlayn sistem var. Lakin yenə də ünvanlı yardımlar və digər məsələlərlə bağlı şikayətlər var. Uşaq pulu isə belədir ki, konkret olaraq uşaqların sayı müəyyən edilir. Həmin saya uyğun olaraq vəsaitlər ayrılır. Burada heç bir problem və mənimsəmələr ola bilməz”.
V.Əmədov uşaq pulunun yenə də Milli Məclisdə gündəmdə olduğunu vurğulayıb:
“Parlamentdə müzakirələr aparılır. Çünki millət vəkilləri mütəmadi olaraq bu məsələyə toxunurlar. Uşaq pulu ilə əlaqədar daha çox seçicilər öz iradlarını bildirirlər. Onlar uşaq pulunun niyə verilmədiyini soruşurlar”.
Parlament üzvü qeyd edib ki, uşaq pulu ilə bağlı müraciətlər həddindən artıq çoxdur:
“Məsələ gündəmdən çıxmır. Amma son qərarın nə olacağını öncədən demək çətindir”.

Oxşar xəbərlər

Bakı sakinləri sosial yardımdan imtina edib, uşaq pulu istəyir - VİDEO REPORTAJ
“Hər uşaq üçün ən azı 100 manat verilməlidir” - Təklif
“Uşaqpulu” ilə bağlı açıqlama: 7-8 yaşadək...
Əcnəbilərə övladlığa verilən uşaqların sayı açıqlanıb
Uşaq hüquqları aylığına start verilir
Azərbaycanda uşaq nəhəng şişlə doğuldu - FOTOLAR
“Uşaq pulu” ilə bağlı açıqlama
Braziliya prezidenti cırtdan adamı uşaq sayıb çiyninə qaldırdı - Video
Bakıda erkən nikaha məcbur edilən qız evdən qaçdı
Bakıda uşaq bağçaları açılışa HZIRLAŞIR
Norveçdə uşaq bağçaları fəaliyyətini bərpa etdi
Gəncədə itkin düşən 3 uşaq anası Bakıda tapıldı
Daha bir uşaq bağçasının sahibi və valideynlər cərimələndi - FOTO
Dövlət Komitəsi payızda parlamentə hesabat verəcək
Bağçalar bu tarixdən fəaliyyətə başlayacaq
Oktyabrın 1-dək bağçalar tam açılacaq - BŞİH
Sumqayıtda ata ögey qızına işgəncə verdi - Foto,Video
İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda
VİP uşaq bağçası. obyektlər,villalar-Gədəbəy icra başçısının BİZNESİ
Oyuncaq pul barədə verdiyi sual səkkiz yaşlı uşağın başına oyun açdı - FOTO
“17 yaşda evliliyə müstəsna halda icazə var” - Aqil Abbas
Azərbaycanda son 6 ayda ev şəraitində 83 uşaq doğulub
Bakı, Sumqayıt və Abşeronda bağçalar nə vaxt açılacaq? - Operativ Qərargah
Tərtərdə uşaq bağçalarının açılması ilə əlaqədar dezinfeksiya və təmizlik işləri aparılır
Sahibə Qafarova spiker kimi ilk rəsmi səfəri Türkiyəyə edəcək
Narkotik aludəçisi olan ana körpəsini sığınacağa atdı - Foto
"Elə tanınmış müğənni var ki, onun da imkanı yoxdu"
Bakıda əməliyyat olunan 9 yaşlı uşaq xəstəxanada öldü
Şirvanda üzərinə şkaf düşən uşaq ölüb
Bakıda 4 yaşlı uşağı it parçalayaraq öldürdü - ŞOK