Navalnı danışdı - Klinikada mühafizə gücləndirildi
10-09-2020, 11:40
112

Navalnı danışdı - Klinikada mühafizə gücləndirildi

Berlinin “Şarite” klinikasında süni komadan çıxarılan rusiyalı müxalif siyasətçi Aleksey Navalnı yenidən danışa bilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın “Şpiqel” nəşri mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Navalnı Tomskdan Moskvaya uçan təyyarədə huşunu itirməzdən əvvəl baş verənlərin təfərrüatlarını xatırlayır.

Bununla yanaşı siyasətçinin komadan çıxmasından sonra klinikanın ətrafında mühafizə tədbirlərinin gücləndirildiyi bildirilib. Bu tədbirlərin növbəti sui-qəsd cəhdlərinin qarşısının alınması üçün görüldüyü güman edilir.

Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.

Oxşar xəbərlər

Aleksey Navalnı komadan ayılıb
Klinika: Navalnının vəziyyəti stabildir
Navalnının Almaniyaya aparılması üçün təyyarə yola düşüb
Navalnı təyyarə ilə Omskdan Almaniyaya aparılıb
Rusiya müxalifətinin lideri Navalnı zəhərlənib - Vəziyyəti ağırdır
Navalnı komaya girdi
Peskov: “Navalnının tezliklə sağalmasını arzulayırıq”
Sərdar Cəlaloğlunu həbsdə olarkən kim zəhərləyib?
Təyyarə maskasız sərnişinə görə təcili eniş etdi
Navalnının orqanizmində ölümcül təhlükəli maddə tapılıb
“Navalnı zəhərlənməyib” - Rəsmi
Kremldən Navalnı açıqlaması
Tramp Navalnının zəhərlənməsi ilə bağlı vəziyyəti şərh edib
Aİ Aleksey Navalnı ilə bağlı vəziyyətin araşdırılmasını istəyir
Almaniya Navalnının analizlərinin nəticələrini Rusiyaya vermir
Əli Həsənov xəstəxanadan qaçıb? – Müalicə aldığı klinika “burada deyil” dedi
Rusiya da Azərbaycanın tətbiq etdiyi bu qaydaya keçdi
Rusiya da Azərbaycanın tətbiq etdiyi bu qaydaya keçdi
Əli Həsənovun müalicə aldığı deyilən klinikadan açıqlama: “Burada elə bir pasiyent yoxdur”
Putinin zəhər kimi siyasəti: Berezovski, Litvinenko, Navalnı... - analitikdən şok detallar
Öz siyasətçilərini öldürən, zəhərləyən dövlət böyük ola bilməz
Dövlət Baxçalı xəstəxanaya yerləşdirildi – Təcili
Kişi Beşbarmaq dağında köməksiz qaldı
Təyyarə avtomobillə toqquşdu, pilot öldü
Türkiyədə adam öldürüb qaçdı, 3 il Azərbaycanda gizləndi...
Tarixdə ilk dəfə: Günəş enerjisi ilə uçan təyyarədən paraşütlə tullandı
Putinin “zəhərli” mədəniyyəti... – Qərb mətbuatı Navalnıya sui-qəsddən nələr yazır?
Hyundai-nin uçan avtomobil bölümünə NASA mühəndisi liderlik edəcək
Almaniya karantindən belə çıxacaq - Detallar
Hərbçilərimiz Moskvaya yola düşdü