Sahibkarlar qeyd edirlər ki, qiymət artımı səbəbindən bazara gələn müştəri sayı da azalıb.
Yenisabah.az-ın əməkdaşı məsələ ilə bağlı Dərnəgül yolunda yerləşən tikinti materialları bazarında faəliyyət göstərən iş adamlarından bir neçəsi ilə əlaqə saxlayıb.
Sahibkarlar qeyd edirlər ki, tikinti materialalrında əsas üstünlüyü təşkil edən taxtanın 1 kubmetri hazırda 460 manata satılır:
“3 ay olar bu qiymətədir. Müharibədən əvvəl 390 manata satılırdı. Amma Rusiya-Ukrayna müharibəsi başlayandan qiymətlər 70-80 manatadək qalxdı. Hələ də bu qiymətlər vəziyyətdədir”
Sahibkarlar bildirib ki, müharibənin ilk günlərində Rusiyadan Azərbaycana taxta idxalı tamam dayanmışdı. Lakin son 2 həftədə az da olsa gəlir: “Düzdür, əvvəlki kimi deyil, hətta çox zəifdir. Azərbaycana taxta əsasən Rusiya və Ukraynadan gəlirdi. İndi Ukraynadan tamam dayanıb. Rusiyadan gələn də baha qiymətə olduğundan burada biz də baha satmağa məcburuq”.
“Bazardakı mövcud durum necədir” sualına isə müsahibimizlərimiz belə cavab verib:
“Bazarda bu saat vəziyyət sıfırdır. Nə alan var, nə də satan”.
Qeyd edək ki, bu durum Azərbaycanda onsuz da baha olan mənzil bazarında qiymətləri daha da bahalaşdıracaq. Mütəxəsislər bu bahalığın qarşısının alınması məqsədi ilə inşaat mallarının idxalı üçün alternativ bazarların tapılmasını vacib hesab edir.