“Pandemiyanın bitməsi o demək deyil ki, virus tamamilə həyatımızdan çıxır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında infeksionist Mərdan Əliyev deyib.
Azərbaycanada yoluxma sayı artıq ikirəqəmlilər üzərindədir. Bəziləri düşünür ki, artıq koronavirusun kökü kəsilib, peyvəndə ehtiyac yoxdur.
Mərdan Əliyevin sözlərinə görə, yoluxma sayı payızda yenidən yüksələcək:
“Yoluxma sayı azalıb, pandemiya artıq bitib. Lakin pandemiyanın bitməsi o demək deyil ki, virus tamamilə həyatımızdan çıxır. Virus bizimlə olacaq, amma pandemiya səviyyəsində olmayacaq. Üzü payıza doğru müəyyən alovlanmalar ola bilər. Qrip kimi”.
İnfeksionist 3-cü dozanın vurulmasına ehtiyac olmadığını söyləyib:
“Xüsusi risk qrupuna daxil olan şəxslər 65 yaşdan yuxarı olanlardır. Onlar peyvənd olunmalıdır, lazım gəlsə, 4-cü dozanı da vurdurmalıdırlar".
M. Əliyev qeyd edib ki, yaxın vaxtlarda maska və peyvənd sertifikatı ləğv oluna bilər:
“Bəzi ölkələrdə həm peyvənd sertifikatı, həm də maska məcburiyyəti ləğv olunur. Bu, Azərbaycanda da gözlənilir. Əgər səxs xəstəliyi bir dəfə keçiribsə, cavan və sağlamdırsa, 3-cü dozaya ehtiyac yoxdur”.