Qarabağda “Lənkəranı tutmaq” haqda danışılır - Xankəndində nə baş verir?
10-09-2020, 15:09
196

Qarabağda “Lənkəranı tutmaq” haqda danışılır - Xankəndində nə baş verir?

Azərbaycanın işğal altındakı ərazilərində qurulmuş qondarma rejimin sıralarında bir-biri ilə rəqabət aparan qruplaşmalar yaranıb və onlar arasındakı münasibətlər “dqr” üçün təhlükəli həddə çatıb.
Virtualaz.org xəbər verir ki, Ermənistanda nəşr edilən “Qraparak” (“Meydan”) qəzeti bu haqda yazır.
Bu qruplaşmalardan birinin rəhbəri qondarma “təhlükəsizlik şurasının katibi”, keçmiş “müdafiə naziri” general Samvel Babayandır. O, öz nüfuzunu getdikcə artırır və qondarma rejimin rəhbəri Araik Arutyunyanın nəzarətindən çıxır. Digər qruplaşmanın başında “xarici işlər naziri” Masis Mailyan dayanır və o, öz oyununu oynayır. İşğalçı qüvvələrin genealları isə öz işlərindədir və onların öz planları var.
Bildirilir ki, Ermənistan hakimiyyəti bu intriqaların qarşısını almağa çalışır. Əgər vəziyyət düzəlməsə yaxın vaxtlarda kadr dəyişikliyi mümkündür. Məhz bu intriqalar səbəbindən bir neçə gün əvvəl Ermənistan hakimiyyəti Babayana “sarı vərəqə” göstərib. Belə ki, Babayan Daşnaksütun partiyasının gənclər qanadı ilə qapalı görüşündə Ermənistanla Qarabağ arasında qarşılıqlı hərbi yardım müqaviləsinin imzalanması haqda təkliflərə toxunub. Və bunları deyib: “Biz kiminlə hərbi ittifaq bağlayırıq, kim kiminlə? Burada olanların hamısı Ermənistan ordusudur. Məgər Ermənistan özü özü ilə müqavilə bağlayacaq?”.

Samvelin çıxışının bu fraqmenti separatçıların KİV-lərində yayılıb və daha sonra Ermənistandan gələn zənglə silinib.
Həmin görüşdə Samvel Babayan hətta “Lənkəranın işğalı” haqda da danışıb. Belə ki, yayılan xəbərlərə görə Babayan Goranboy rayonunu yox, Gəncə şəhərini tutmağa üstünlük verdiyini deyib. Bunun daha əlverişli olacağını bildirib. Və dərhal ona qarşı hücumlar başlayıb-axı necə ola bilər ki, Babayan keçmiş Şaumyan rayonunun “azad edilməsini” istəmir?
Samvel Babayan özü isə sentyabrın 9-da Xankəndində “deputatlarla” görüşündə onun sözlərini “yanlış yozduqlarını” deyib. Bildirib ki, ona görüşün gənclərlə olacağını demişdilər. Bu səbəbdən açıq danışıb. Amma sonra məlum olub ki, görüşdə jurnalistlər də olub. Və onun dediklərini təhrif ediblər, kontekstdən çıxarıblar.
“Problem bundan ibarətdir: mənə hərbi sahədən sual verdilər, dedim ki, fikrimcə əgər mənə Gəncəni və ya Lənkəranı tutmaq seçimi verilsəydi mən Lənkəranı seçərdim. İkincisi, bu halda biz təkcə sərhədləri genişləndirmirik, bu, həm də iqtisadi baxımdan sərfəlidir. Bütün məna budur, ancaq deyirlər ki, Babayan guya Şaumyan rayonunun azad edilməsinə qarşıdır”,-o deyib.
Qeyd edək ki, Qarabağ müharibəsi illərində Azərbaycan ərazilərinə başçılıq edənlərdən biri olan və dinc azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə ad çıxaran Samvel Babayanın oyuncaq rejimin rəhbərliyinə gətirilməsi Ermənistanın indiki hakimiyyətinin danışıqlar prosesini kökündən baltalamağa yönəlmiş təhrikedici addımlarından biri idi. Hansı ki, bu avantürist səhra komandiri 90-cı illərin ab-havasında yaşayır və nəinki Gəncəni, lap elə Lənkəranı da tutmaq xəyalları qurur...

Oxşar xəbərlər

"Sorosçular" Qarabağda Rusiyaya qarşı - Klanda YENİ PARÇALANMA
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
“Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir”
İcma qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Müharibə hələ bitməyib”
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı
Kəlbəcər və Laçın qaytarılır? – 4 il əvvəlki sazişin icrası niyə yarım qalıb?
“Dağlıq Qarabağda “seçkilər”in ikinci raundunu tanımırıq”
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
Terrorçuların rəhbəri Arutyunyanın Gəncə təhdidi - Nə qədər real görünür?..
Ermənilər Bərdənin 60 kilometrliyindədə daha 500 mənzil tikməyi planlaşdırır...- FOTOLAR
“Azərbaycanla Türkiyənin güclənən hərbi müttəfiqliyi Ermənistan üçün kabus olmalıdır...”
Laçındakı çaylarımız üzərindəki SES-ləri bu erməni oliqarxlar işlədir...-FOTOLAR
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
“Rusiya postsovet dövlətlərini işğal altındakı Krımın vəziyyətində görmək istəyir” – Hərbi ekspert
ATƏT-dən nazirlərin görüşü barədə AÇIQLAMA: barışığa...
“Ermənistan - işğalçı, Qarabağ - Azərbaycandır” - ŞƏRH
Ermənistan dövlət borcunu kəskin artırır - TƏCİLİ İCLAS
XİN: “ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
XİN: Ermənistanın təhrikedici cəhdləri ilə bağlı həmsədrlər məlumatlandırılıb
Ermənistan Türkiyə ordusu ilə döyüşə girir - TƏFƏRRÜAT
Paşinyan xilasına çalışır: "Qarabağ kartı" ilə
Almaniya XİN: “Dağlıq Qarabağdakı separatçı rejimi tanımırıq”
Paşinyan əzilir: Ermənistan hakimiyyətinə yeni təhdid - ŞƏRH
ABŞ Konqresi Azərbaycan ərazilərinin işğalını tanıdı - FOTO
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
Qarabağda istehsal olunan məhsullar Rusiyada satılır - FOTOFAKT
Kimlər general rütbəsinə təqdim olunub? - Nazirin bacanağı, rəisin bacısı oğlu... - SİYAHI
Ermənilər Kəlbəcəri turizm mərkəzinə çevirir - Foto