Əhaliyə ŞAD XƏBƏR: yeni doğulan uşaqlara görə müavinətlər...
12-10-2019, 16:00
10 671

Əhaliyə ŞAD XƏBƏR: yeni doğulan uşaqlara görə müavinətlər...


Uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb.

Publika.az xəbər verir ki, bununla əlaqədar DOST Agentliyində mətbuat konfransı və yeni e-sistemin təqdimatı baş tutub. Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən pensiya təyinatı avtomatlaşdırılıb. Nəticədə, ölkəmizdə ilk proaktiv xidmət olaraq, pensiya hüququ yaranmış şəxs özü müraciət etmədən və sənəd təqdim edilmədən ona elektron qaydada pensiya təyin edilir. Bununla yanaşı, ilin sonuna kimi 10-a qədər müavinət və təqaüd üzrə təyinatın avtomatlaşdırılması nəzərdə tutulub. Onlardan biri - uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı artıq elektronlaşdırılıb.
A.Kərimov diqqətə çatdırıb ki, uşağın doğulmasına görə birdəfəlik müavinət valideynlər (və ya onlardan biri) işlədikləri halda onların iş yeri vasitəsilə ödənilir. Hər iki valideyn işləmirsə, bu ödənişin alınması üçün müvafiq sənədlərlə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbəsinə müraciət olunur. Təcrübə göstərir ki, həmin birdəfəlik müavinətin alınması prosesi hər iki valideyn işləmədiyi halda onlar üçün müxtəlif sənədlərin toplanması, təqdim edilməsi və s. baxımından müəyyən çətinliklər, həm də vaxt itkisi yaradırdı. Ona görə də bu amil nəzərə alınmaqla, uşağın doğulmasına görə birdəfəlik müavinətin e-qaydada təyinatı xidməti ilkin mərhələdə məhz hər iki valideyn işləmədiyi halda həmin valideynləri əhatə edəcək. Növbəti mərhələdə isə müvafiq hazırlıq işlərindən sonra bu e-xidmət işləyən valideynləri də əhatə edəcək. Nazir müavini deyib ki, ölkədə yeni doğulan uşaqlara görə birdəfəlik müavinət də 109 manatdan 200 manata çatdırılıb. Bu müavinət təyin olunanların sayı ötən il 130 min nəfər olub.
Daha sonra nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkbərov yeni sistemin təqdimatını edib. Qeyd edilib ki, uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı (ilkin mərhələdə) hər iki valideyn işləmədiyi halda elektron qaydada həyata keçiriləcək. Doğulan uşaq üçün doğum haqqında şəhadətnamə alındığı gündən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya şəraitində, həmin sistemdən əldə olunan məlumat əsasında müavinət e-qaydada təyin olunacaq. Bunun üçün valideynlərin hər hansı quruma müraciət və sənəd təqdim etmələrinə artıq ehtiyac qalmayacaq. Valideynlərin işləmədiyi barədə məlumat real vaxt rejimində elektron informasiya ehtiyatlarından əldə olunacaq. Birdəfəlik müavinət uşağın anasına (ana olmadıqda və ya digər istisna hallarda atasına) təyin ediləcək və bu barədə, həmçinin müavinəti hansı bankdan alacağı barədə valideynə sms-məlumat göndəriləcək. Bundan sonra valideyn şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan müavinəti alacaq. (SMS göndərilməsi üçün valideynin adına nömrə yoxdursa, o, məlumatı nazirliyin 142-Çağrı mərkəzindən və ya nazirlik yanında DSMF-nin yerli şöbəsindən əldə edə biləcək).

Oxşar xəbərlər

Azərbaycanda bu uşaqlara pul veriləcək - ŞAD XƏBƏR
DSMF qadınların pensiya təyinatı barədə qaydaları AÇIQLADI
Azərbaycanda qadınların pensiya yaşı artır
Bu rayonların sakinləri bu gün müavinət, təqaüd və kompensasiyalar alacaq - SİYAHI
Pensiya ilə bağlı ŞAD XƏBƏR
May ayında koronavirusa görə birdəfəlik ödəmə bu yolla veriləcək - Nazir müavinindən AÇIQLAMA
E-sosial.az portalı Azərbaycanda ən çox istifadə olunan saytların ilk onluğundadır
Gələn ildən pensiyalar artacaq - Nazir
Sosial müavinət və təqaüd kartlarının istifadə müddəti uzadıldı
Nazirlik daha 35 min işsiz üçün birdəfəlik vəsaiti köçürdü
Nazirlikdən sosial şəbəkədə yayılan foto ilə bağlı açıqlama
Kişilər və qadınlar üçün yeni pensiya yaşı MÜƏYYƏNLƏŞDİ
Nazirlikdən xaricdən qarayaxma aparan həmvətənlərimizə ETİRAZ: “Onlar öz etik səviyyələrinə görə...”
Pensiyaların artırılacağı ilə bağlı rəsmi açıqlama
Kimlər ünvanlı sosial müavinət ala bilər? - AÇIQLAMA
Azərbaycanda xarici vətəndaşlara qanunsuz pensiya ödənişləri üzə çıxdı - RƏSMİ
Azərbaycanda təhsil müddəti də pensiya stajı sayılacaq
Azərbaycanda ilk: - Uşaqlara ayda 480 manat veriləcək
Azərbaycanda pensiyaçıların 57 faizi...
Azərbaycanda yeni doğulan uşaq öldü - Cinayət işi açıldı
Ünvanlı sosial yardım: Hansı yeniliklər olacaq?
Bu şəxslərə 480 manat müavinət veriləcək
190 manatlıq ödəmə maydan sonra da veriləcək? - Nazir müavini açıqladı
İki və daha çox avtomobili olan 19 200 şəxsə də birdəfəlik ödəmə verilməsindən imtina edildi
Nazirlik əlillə bağlı iddialara aydınlıq gətirdi - “Pensiya alacaq”
Hökumətin antiböhran proqramı və ya sosial dövlətin Azərbaycan modeli -
Məktəbəhazırlıq qruplarına ödəniş qanunsuzdur – RƏSMİ
41 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edildi - SƏBƏB
13 min şəxsin birdəfəlik ödəməsi ləğv edilib - Rəsmi
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı