Məhkəmə həbsdə olan sabiq icra başçısı barədə qərar verdi - Yenilənib
10-09-2020, 16:03
166

Məhkəmə həbsdə olan sabiq icra başçısı barədə qərar verdi - Yenilənib

Bakı Apelyasiya Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.
Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.
Qərara əsasən, apelyasiya şikayəti təmin edilməyib.
***
İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev bu gün Bakı Apellyasiya Məhkəməsinə gətirilib.
Bu gün adıçəkilən məhkəmədə V. Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı Səbail rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılacaq.
Prosesə hakim Əli Seyfəliyev sədrlik edir.
Qeyd edək ki, bu ilin sentyabrın 2-də Səbail rayon Məhkəməsinin qərarı ilə Vilyam Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 aya qədər uzadılıb.
 
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.
2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.
Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.
İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Oxşar xəbərlər

Bu gün Vilyam Hacıyevin şikayətinə baxılacaq
DTX Vilyam Hacıyevi belə həbs edib - VİDEO
Vilyam Hacıyevin çökdürdüyü sahibkar DANIŞDI
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun şikayətinə baxıldı
Maşallah Əhmədov DTX-yə çağırılıb? - AÇIQLAMA
80 saylı İmişli-Beyləqan seçki dairəsindəki nəticələrin ləğvində Vilyam Hacıyevin hansı rolu olub?
DTX İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirir
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?
XİN-in həbs edilən şöbə müdiri məhkəməyə müraciət etdi
Məhkəmə Mehdi İbrahimovla bağlı qərar verdi
Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var
İcra başçısı məhkəməyə verildi
Məhkəmə “Lider TV” barədə qərar verdi
“Lider TV” barədə növbəti məhkəmə qərarı
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri məhkəməyə gətirildi
Baş prokurorun həbsdə olan sabiq müavinindən XƏBƏR VAR
Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi
Məhkəmə Tofiq Yaqublunun şikayətini rədd etdi
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
Rəhim Qazıyevin apellasiya şikayəti təmin edilmədi
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
Eldar Həsənov apellyasiya şikayəti verib
Bakıda avtobus sürücüsü heroin qəbul edib, piyadanı vurub öldürdü
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Vidadi Zeynalovla Ceyhun Cəfərovun planı Bakı ŞİH-də bəzilərini təşvişə salıb
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO