Ağdamda polislərə zor tətbiq edənlərin işi məhkəməyə göndərildi
10-09-2020, 16:21
214

Ağdamda polislərə zor tətbiq edənlərin işi məhkəməyə göndərildi

Bu il iyulun 24-də Ağdam rayonu, Bənövşələr qəsəbəsi ərazisində xidməti vəzifələrini icra edən Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına qəsəbə sakinləri tərəfindən zor tətbiq edilməklə müqavimət göstərilməsi faktı üzrə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Bu barədə Ağdam Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, istintaqla həmin gün saat 20 radələrində rayonun Bənövşələr qəsəbəsi ərazisində döyülmə faktı barədə daxil olan məlumat əsasında hadisə yerinə gedən Ağdam RPŞ-nin istintaq-əməliyyat qrupunun üzvləri Niyazi Əhmədov, Mirhəmid Həşimov, Səyyar Həsənova xidməti vəzifələrini yerinə yetirərkən qəsəbə sakinləri Cavid Quliyev və Razi Naibov tərəfindən zor tətbiq edilməklə müqavimət göstərilməsinə əsaslı şübhələr müəyyən edildiyindən sonuncular, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilib.(oxu.az)

Oxşar xəbərlər

Goranboyda polisə qarşı zor tətbiq edən həbs olundu
Azərbaycanda kişi tanışı tərəfindən BIÇAQLANDI
Xaçmazda dəhşət: ər arvadını bıçaqladı
Azərbaycanda yeni doğulan uşaq öldü - Cinayət işi açıldı
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Nofəl Süleymanlının güllələnməsi ilə bağlı cinayət işi açıldı
Bələdiyyə sədrinə cinayət işi açıldı
Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
Cəlilabadda həyat yoldaşını bıçaqlayan şəxs həbs edildi
Azərbaycanda polis bıçaqlandı
“Milli Məclis işi”ndə ittihamda dəyişiklik oldu – ömürlük həbs nəzərdə tutan maddə götürüldü
Bakıda gözəllik salonundakı qətllə bağlı cinayət işi başlanıldı, saxlanılan var - RƏSMİ
Narkotik alverçisi polisi öldürməyə cəhd etdi - Rəsmi açıqlama
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda DƏHŞƏT: Oğul anasını bıçaqladı
Bərdədə gənc oğlanın ölümü ilə bağlı Rəsmi açıqlama
Zaqatalada 18 yaşlı gənci öldürən şəxs tutulub
Bakıda qətl törədilib
Qonşusunu öldürən şəxs saxlanıldı
İmişlidə qətl hadisəsi törətməkdə şübhəli bilinən şəxs tutulub
Hüseyn Məmmədovun öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakıda məktəblinin intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlandı
Azərbaycanda daha bir vəzifəli şəxs qızına nişan mərasimi keçirdi - VİDEO
Mingəçevirdə qısqanc ər arvadını qohumunun evində öldürdü
Bakıda moteldə arvadını öldürən şəxs barəsində qərar verildi
Karantinlə bağlı qanunsuz arayışlar verən icra nümayəndəsi həbs edildi
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
Xızıda sürücü polisləri silahla hədələdi
İcra başçısı məhkəməyə verildi
Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ