“Başımı itirmişəm, nə edəcəyimi bilmirəm” – Ölmüş erməni əsgərin anası fəryad edir
10-09-2020, 17:07
274

“Başımı itirmişəm, nə edəcəyimi bilmirəm” – Ölmüş erməni əsgərin anası fəryad edir

"Siçovullarla yaşayıram, qarşıdan qış gəlir, uşağımın şəkillərini götürüb hara gedim, nə edim?"

Bu sözləri ölmüş erməni əsgərin anası deyib və o, oğlunun niyə öldüyünü bilmək istəyir. “MediaPost” bu haqda Ermənistanda fəaliyyət göstərən 168.am saytına istinadən xəbər verir.

2019-cu ilin dekabrında naməlum şəraitdə ölən müddətli həqiqi hərbi xidmət qulluqçusu Artur Acamyanın anası Göhər Feroyan yeganə oğlunun ölüm səbəbini öyrənmək üçün 9 ay davam edən mübarizədən sonra Ermənistanın baş naziri Nikol Paşinyana müraciət etmək qərarına gəlib.

Ölən əsgərin yaxınları hökumət binasının və parlamentin qarşısında etiraz aksiyası keçiriblər, Ermənistanın baş naziri Nikol Paşinyan və "Mənim Addımım" fraksiyasının deputatı Andranik Köçəryanla görüşüblər.

Paşinyan bildirib ki, obyektiv istintaqın aparılması üçün nə lazımdırsa, edəcək. Lakin iki ay əvvəl belə demirdilər və vəziyyət tamam başqa idi. Göhər Feroyan deputat Andranik Köçəryanın qəbuluna getsə də, Köçəryan onu qəbul etməmişdi, heç telefon zənglərinə belə, cavab vermirdi.

Ölmüş əsgərin anası Göhər Feroyan verdiyi açıqlamada artıq Andranik Köçəryanla görüşmək istəmədiyini deyib:

"Oğlumun nəyə görə öldüyünü söyləmələrini istəyirəm, səbəbini bilmək istəyirəm, oğlum niyə ölüb? Baş nazirin məni qəbul edib-etməyəcəyini, mənimlə görüşüb-görüşməyəcəyini də bilmirəm, amma bunun üçün əlimdən gələni edəcəyəm. Mən başımı itirmişəm, hara gedəcəyimi, nə edəcəyimi bilmirəm. Oğlumun ölümündən doqquz ay keçib, amma ölümün səbəbini hələ də bilmirik”.

G. Feroyanın sözlərinə görə, heç bir aidiyyəti dövlət qurumu onu qəbul etmir, hətta onunla telefonla danışmaqdan da imtina edirlər. “Bu şəkildə davam etsə, yenidən etiraz aksiyası keçirəcəyimi istisna etmirəm, parlamentə və hökumət binasına gedəcəyəm. Məni maraqlandıran yeganə oğlumun müharibədə iştirak etmədiyi, təxribat olmadığı halda niyə ölməsidir” - o deyib.

Ölmüş əsgərin anasının dediyinə görə, hazırda o, pəncərəsi belə olmayan bir otaqlı mənzildə kirayə yaşayır.

“Siçovullarla yaşayıram, qarşıdan qış gəlir, uşağımın şəkillərini götürüb hara gedim, nə edim? Heç olmasa, bir otaq olsaydı, uşağımın şəkillərini yağışdan qoruya bilərdim. Yaşadığım otaq heç otaq da deyil, komadır. Yağış yağacağını biləndə tez oğlumun şəkillərini sellofana bükürəm, üstünü örtürəm, çünki yağış evin içinə yağır. Aidiyyəti qurumların heç biri mənim qapımı açıb soruşmur ki, sağam ya, ölmüşəm? Mənim səhhətimdə, ürəyimdə ciddi problemlər var, lakin mən uşağımın niyə öldüyünü öyrənənə qədər həkimə getməyəcəyəm. Həyatım kimə lazımdır ki? Oğlum yuxumda gəlib deyir ki, ay ana, bunları mənə çavuşlar edib. Mən indi bunu kimə deyim, kimə sübut edim?” - deyə, G. Feroyan bildirib.

Qeyd edək ki, 2019-cu ilin 2 dekabr tarixində səhər saat 06:50 radələrində işğal olunmuş Dağlıq Qarabağ ərazisinin şimal-şərq istiqamətində işğalçı Ermənistan ordusunun müddətli həqiqi hərbi xidmət qulluqçusu, 1999-cu il təvəllüdlü əsgər Artur İşğani Acamyanın meyiti aşkar olunub. Meyit əsgərin xidmət etdiyi postda tapılıb. Əsgər aldığı güllə yarasından ölüb.

Oxşar xəbərlər

Nikol Paşinyan yaşadığı mənzili satır
Paşinyan əzilir: Ermənistan hakimiyyətinə yeni təhdid - ŞƏRH
Ermənistanda daxili siyasi böhran və Qarabağ münaqişəsi
Əliyev Paşinyanı darmadağın etdi: Nikol yalana əl atdı
Rafiq Tağının anası dünyasını dəyişdi
Paşinyan xilasına çalışır: "Qarabağ kartı" ilə
Sarqsyan Paşinyana ismarış göndərib
Əliyev-Paşinyan görüşü olacaq? – Mnatsakanyan açıqladı
İlham Əliyev Paşinyanla görüşdü: Qarabağ müzakirəsi...
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu
Riçard Kirakosyan: “Heç kim və heç nə Azərbaycana təzyiq göstərmək iqtidarında deyil”
“Azərbaycanla Türkiyənin güclənən hərbi müttəfiqliyi Ermənistan üçün kabus olmalıdır...”
Erməni diversant zabit haqqında yeni məlumatlar üzə çıxdı
“Ermənistan - işğalçı, Qarabağ - Azərbaycandır” - ŞƏRH
Paşinyan istefaya gedən məmurların yerinə namizədlərini açıqladı
Paşinyan və ailə üzvləri koronavirusa yoluxdu
ABŞ-da tibb işçiləri etiraz aksiyası keçirdi - FOTO
İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı - Əli Həsənov
Gəncədə itkin düşən 3 uşaq anası Bakıda tapıldı
Hərbi xidmətə çağırış müddəti uzadıldı - SƏRƏNCAM
Ermənistan ordusunun zabiti aclıq aksiyası keçirir
Türk qorxusu İrəvanı da dilə gətirdi: Nikol toplantı keçirir
Müdafiə Nazirliyindən Tofiq Yaqublunun oğluyla bağlı - Açıqlama
Ermənilər əsgərimizi vurdu: MN məlumat yaydı
Sumqayıt Dövlət Dram Teatrında duyğulu anlar yaşandı
Ermənistan girovların dəyişdirilməsinə niyə hazır deyil? - TƏHLİL
"Sorosçular" Qarabağda Rusiyaya qarşı - Klanda YENİ PARÇALANMA
Səmra Rəhimlinin anası özündən çıxdı: “Bəsdir...”
Laçındakı çaylarımız üzərindəki SES-ləri bu erməni oliqarxlar işlədir...-FOTOLAR