Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb.

 İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun iclasında bildirilib ki, icra edilən humanitar minatəmizləmə fəaliyyəti (2020-ci il 10 noyabr tarixindən 2022-ci il 14 aprel tarixinədək 8 372.9 ha ərazi təmizlənib, 30 572 ədəd mina və PHS aşkar edilib.

Qeyd edilib ki, carı ilin 1-14 aprel tarixləri ərzində isə 506.4 ha ərazi təmizlənib, 595 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib) barədə məlumat təqdim olunub.

Agentliyə daxil olan müraciətlər əsasında bitmiş və hal-hazırda davam edən minatəmizləmə layihələrinə dair müzakirələr aparılıb.