Saxta alkoqollu içkilər hazırlayan şəxs həbs edilib
12-10-2019, 18:00
10 257

Saxta alkoqollu içkilər hazırlayan şəxs həbs edilib

Saxta alkoqollu içkilər hazırlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Vergilər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, xəbər verdiyimiz kimi, sentyabrın 26-da keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Ağstafa rayonunun Həsənsu kəndində yerləşən, fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus istehsal obyektində 4955 ədəd saxta aksiz markaları olan rulonlar və saxta aksiz markaları ilə markalanaraq satış məqsədilə saxlanılmış 1036 ədəd müxtəlif adda kustar üsullarla hazırlanmış alkoqollu içkilər aşkar edilib.
Araşdırmalar zamanı məlum olub ki, vergi orqanlarına fəaliyyətini dayandırması barədə rəsmi məlumat verən vergi ödəyicisi, bununla belə, istehsal obyektində faktiki olaraq fəaliyyət göstərməkdə davam edib.
Nəzarət tədbiri zamanı istehsal müəssisəsində, həmçinin, insan sağlamlığı üçün təhlükəli olan "Растворитель 646" adlı həlledici məhlulun aşkar edilməsi ilə əlaqədar olaraq, Vergilər Nazirliyi tərəfindən aidiyyəti üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilib.
Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalardan sonra təqdim olunmuş rəyə əsasən, ekspertiza edilmiş araq məhsulları toksikoloji normalara cavab verməyib. Toksikoloji analizlər zamanı nümunələrdə sirkə aldehidinin və sivuş yağlarının miqdarının normadan dəfələrlə artıq olduğu müəyyənləşdirilib. Beləliklə, qeyd olunan məhsulların içki kimi istehlakının insan orqanizmi üçün təhlükəli olduğu müəyyən edilib. Həmçinin ekspert tədqiqatının aparılması üçün alkoqollu içkilər və aksiz markaları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib və həmin məhsulların saxta olması haqqında da rəy verilib.
Saxta və insan sağlamlığı üçün təhlükəli olan məhsulların istehsalı faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8 oktyabr 2019-cu il tarixli qərarı ilə İsmayılov Arzu Aydın oğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Vergilər Nazirliyi bir daha xatırladır ki, vergi orqanları belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək. Vətəndaşlar bu cür saxta malların satışı faktlarına rast gəldikdə, Vergilər Nazirliyinə müraciət etməlidirlər. Bununla siz həm özünüzü qorumuş olacaqsınız, həm də dövlət büdcəsinə vergilərin ödənilməsindən yayınmaların qarşısını almağa xidmət 

Oxşar xəbərlər

İranda “saxta tibb bacısı” əməliyyatı
"Bandotdel" əməliyyat keçirdi - SAXLANILANLAR VAR
Polis saxta pul çap edənləri yaxalayıb
Bakıda "general" həbs edildi
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
Bu müəssisələrlə bağlı cinayət işi başlandı - Rəsmi
Saxta arayış satan şirkət rəhbəri tutuldu - FOTO/VİDEO
Buzovnada torpaq sahəsinin zəbt olunması ilə bağlı DİN-dən AÇIQLAMA
Bakıda tibb mərkəzində qanunsuzluqlar aşkarlandı - Direktor yoxlamaya mane oldu
Nazirlik "Funda" tibb mərkəzində qanun pozuntuları aşkarladı
Daha bir vəzifəli şəxsə cinayət işi açıldı
Sex rəhbərindən rüşvət alan vergi müfəttişlərinin işi məhkəməyə göndərildi
Xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 16 nəfər həbs edilib
Tərtərdə pendir istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
Mingəçevirdə civə satışı ilə məşğul olan şəxs tutulub - FOTO
Bakıda saxta içki bəlası: Üç nəfərin ölümünə səbəb olan şəxslər hakim qarşısında
Bakıda moteldə arvadını öldürən şəxs barəsində qərar verildi
Nəsimi rayonunda silahlı şəxs saxlanıldı
Zaqatalada evdən iki televizor və spirtli içkilər oğurlandı - FOTO
XİN-in həbs edilən şöbə müdiri məhkəməyə müraciət etdi
Oğurluq edən keçmiş məhkumlar saxlanıldılar
AQTA vaxtı keçmiş mallara icazə sənədini necə verir?
Daha 119 obyekt epidemiya əleyhinə rejimi pozdu
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
Mingəçevirdə bıçaqlanan qadın xəstəxanada öldü
DTX-nin həbs etdiyi general Əfqan Nağıyev buraxıldı
Məhkəmə Mehdi İbrahimovla bağlı qərar verdi
İt döyüşlərini əks etdirən videogörüntülər araşdırılıb, həbs edilənlər var - RƏSMİ