Yeni dərs ilində şagirdlərin tən yarısına "qayıb" yazılacaq... - Problemlər həll olunmalıdır
11-09-2020, 11:06
72

Yeni dərs ilində şagirdlərin tən yarısına "qayıb" yazılacaq... - Problemlər həll olunmalıdır

“Balakəndə internet var, amma Fatmayıda yoxdu. Uşaqlarım necə dərs hazırlasın?!”. Fatmayı kəndində avtobus dayanacağında bir qadın giley-güzar edirdi.
Həm də müəllimə ilə söhbət edir. Çünki arada “bizim uşaqlara bu il dərs deyəcəksiz, Jalə müəllimə?” soruşdu, Jalə müəllimə də “yox, onları “verdim”. Mənim dərs saatlarım çox idi. Heç istəmirdim, o sinfi verim. Amma məcbur oldum...” Söhbətdə iştirak edən başqa xanımsa (o da kənd sakini idi – red.)
- Niyə şikayət etmirsiz?
- O qədər eləmişəm. Hər yerə. Hərəsi bir söz deyir. Biri deyir siz Mehdiabad ərazisinə düşürsüz, ora müraciət edin, biri deyir Xırdalana “baxırsız”. Qalmışıq belə.
- Siz tək yox, kollektiv müraciət edin, 10 qonşu yığışın, məktub yazın. Onda baxarlar.
Məlum oldu ki, qadın Fatmayı yolundakı “Töhfə” şadlıq sarayının yaxınlığında yaşayır. O əraziyə də internet çəkmirlər ki, yaxınlıqdan kabel keçmir. Qadının övladının biri 6-cı, biri də 5-ci sinfə gedir. Belə işlər... Deməli, sentyabrın 15-i yeni tədris ili başlanır. Bakı, Sumqayıt, Abşeronda şagirdlər həftədə 2 dəfə, bölgələrdə isə həftədə 3 dəfə dərsə gedəcəklər. Həftənin digər günləri distant – məsafədən təhsil olacaq, yəni onlayn qaydada. İnternet üzərindən, kompüterlə. Kimin smartfonu varsa, onunla. Planşetlə... Görəsən, nə qədər şagirdin kompüteri, planşeti var, lap elə mobil telefonu (elə zənn etməyək ki, hamının mobil telefonu var). Tutalım mobil telefonu var, planşeti də. İnternet də lazımdı axı. İnternet paket də. Kəndli qadın deyirdi ki, 15 manatlıq meqabayt alır, 2 uşaq heç çatmır. Neyləyək?!. Bu uşaqlar onlayn tədrisə necə qoşulacaq və tədris proqramını mənimsəyə biləcəkmi?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Şərq”ə açıqlamasında ölkədə karantin qaydaları tətbiq edilməyə və onlayn təhsilə keçid başlanandan bu problem barədə danışıldığını dedi:

- Bəli, bu problem var, qapımızın ağzındadı. Dəfələrlə də tərəfimizdən deyilib. Təhsil Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu dəqiqə masasının üzərində statistik rəqəmlər olmalıdır ki, əhalinin neçə faizinin internetə çıxış imkanları var, nə qədər insan bundan əziyyət çəkir, nə qədər şagird üçün onlayn tədris əlçatandır. Bu göstəricilərə uyğun da iş aparılmalıdır. Bütün ölkələrdə bu problem var, amma hər ölkə də problemi bir cür həll edir. Məsələn, mən Qazaxıstan hökumətinin gördüyü iş barədə yazmışam. Qazaxıstanda hökumət distant təhsilin təşkili məqsədilə şagirdlərə 450 000 kompüter paylayacaq.

Qazaxıstanda da dərslər distant formada təşkil olunur. Təxminən 7 min məktəbdə 3 .3 milyon şagirdin təhsil aldığı bildirilir. Ehtiyacı olan şagirdlərin hamısının kompüter təminatını Qazaxıstan hökuməti öz üzərinə götürüb. Hökumət bu məqsədlə monitorinq keçirib və bunun əsasında bu dərs ilində həssas qrupdan olan şagirdlərə kompüter paylanacaq. Təkcə bir vilayətdə, Alma-Atada 55 min kompüter üçün büdcədən 19 milyon dollar, Nur Sultanda 34 min kompüter üçün 14 milyon dollar vəsait ayrılıb. Qazaxıstan hökuməti həmçinin həssas qrupdan olan ailələrin hər bir uşağının məktəbə hazırlaşması və məktəb ləvazimatı alması üçün 156 manat vəsait ödəyəcək. Ölkəmizdə hələ də TN və NRYTN şagirdlərin və tələbələrin kompüter təminatının və internetə əlçatanlığın vəziyyəti ilə bağlı aparılan monitorinqin nəticələrini açıqlamayıblar. Bildiyim qədər vəziyyət heç də xoşagələn deyil. Bu problemin həlli üçün hansı addımların atılacağı haqqında hələlik rəsmi bir açıqlama yoxdur.

Nə etmək olar? Məsələn, ölkədə fəaliyyət göstərən provayderlər, mobil operatorlar şagirdlərə güzəştli paketlər təqdim etsinlər. Türkiyədə belə edirlər. Həm də həmin paketlərlə şagird başqa xəbər saytlarına, portallara, şagird üçün lazımsız olan səhifələrə daxil ola bilməyəcək.

Həmin internet paketdən yalnız tədrislə bağlı istifadə edə biləcək. Bizdə də belə üsul tətbiq olunmalıdır. Əyani təhsildə şagirdin kompüterə sahib olmaq kimi bir öhdəliyi yoxdur. Karantin rejimidirsə, şagirdlərin əyani təhsilə tam cəlb olunması təhlükəlidirsə, o zaman aidiyyəti qurumlar şagird üçün lazım olan şəraiti yaratmalıdırlar. Bu, onların vəzifəsidir.

Deyirsiz, Fatmayı kəndinə internet xətti yoxdur. Belə kəndlər çoxdur. Hansı ki, yeraltı, yerüstü rabitə hələ oralara gedib çıxmayıb. Bunun üçün də konkret dövlət proqramı hazırlanmalıdır.

Oxşar xəbərlər

Nazir bu məktəbdə baş verənlərdən xəbərdar olmalıdır...
Erməni diversant zabit haqqında yeni məlumatlar üzə çıxdı
Yeni dərs ilində həftəlik dərs saatları belə olacaq - FOTO
“Elə müəllim var, 5 fəndən dərs deyir”
"Habil müəllim deyirdi ki, öləndə kamançanı Ədalətə verəcəm, amma Ədalət ondan qabaq öldü"
“Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL”
Məktəblərdə ilk dərs koronavirusa həsr olunacaq
Sabir Rüstəmxanlı: “İnternetdən məhrum olan minlərlə şagirdə necə onlayn dərs keçiləcək?”
Masallıda təhsil problemi: O tualet kimə lazımdır? - GİLEY
Xaçmazda qadın ona göz vurduğunu iddia etdiyi gözdən əlil şəxsi döydü
4000-dən çox şagird sinifdə qaldı
Şəmkirdə başçının adamları qoçuluq edir? - Müraciət...
Azərbaycanda dərs ili vaxtından əvvəl başlaya bilər - RƏSMİ
Azərbaycanda dərs ili vaxtından əvvəl başlaya bilər - RƏSMİ
Azərbaycanda görünməmiş hadisə: 64 yaşlı qadın əkiz uşaqlar dünyaya gətirdi
Bakıda avtobusda qadını qarət edən keçmiş məhkum ələ keçdi
İcra başçısının qanunsuz göstərişi qalmaqala SƏBƏB OLDU
“Əlli yaşında təhsil alan icra başçısı nə bilir xalq nədir...”
Ramiz Mehdiyevin işlər müdirinin adı böyük dələduzluq işində - İLGİNC
Dərslərə az qaldı, amma internetin sürəti hələ "sürünür" - AKTUAL
SOCAR-ın prezidenti, yoxsa ''DDOS'' Rövnəq  ?
Yəni bizim qadınlarımız belə xəyanətkardırlar? - “Pisdirsə, get evdən”
Tutuquşu ərin xəyanətindən arvada danışdı və şoka düşən qadın məhkəməyə üz tutdu...
4 dərslə şagirdlərə hansı biliyi vermək olar? - AKTUAL
Mehriban Əliyeva şagird və tələbələri belə TƏBRİK ETDİ
Şamaxıda icra başçısı karantin günü obyekt sökdürə bilər, ancaq vətəndaşı qəbul edə bilməz?!
Kamran Həsənlidən telekanallara SƏRT İTTİHAM - “Baxanlar xəcalət çəkirlər“
"DTX Yardımlıda əməliyyat keçirmək istəsə..." - Müraciət...
Şəmkirdə narazılıq yaradan kimdir? - GİLEY
Astarada 2-ci mərtəbədən yıxılan qadın öldü