Azərbaycanda peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsilalanlara da təqaüd verilməsi nəzərdə tutulur.
Bununla bağlı "Peşə təhsili haqqında” Qanunda dəyişiklik təklif edilir.
Dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
İclası açan Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə birinci oxunuşda olan üç qanun layihəsi daxil edilib.
Gündəliyin təsdiqindən sonra komitə sədri "Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə məlumat verib. O, qeyd edib ki, mövcud qanunvericilikdə peşə təhsili müəssisələrində yalnız dövlət hesabına təhsilalanlara təqaüdün verilməsi nəzərdə tutulub. Təklif olunan dəyişiklikdə isə dövlət peşə təhsili müəssisələrində təhsilalanlara dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq təqaüdün təyin edilməsi təklif olunub.
B.Əliyev bildirib ki, peşə təhsilinin təkmilləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi, əlçatanlığın genişləndirilməsi üçün geniş islahatlar həyata keçirilir. "Bu dəyişiklik də Azərbaycan Respublikası Prezidentinin "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamına uyğun hazırlanıb” – deyə o bildirib.
Deputatlar qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Sonra komitə sədri gündəliyin 2-ci və 3-cü məsələsi olan "Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) və "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və "Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) bir-biri ilə bağlı olduğunu diqqətə çatdırıb.
Bildirib ki, "Ümumi təhsil haqqında” Qanunun "Əsas anlayışlar” adlanan birinci maddəsinə "inteqrasiya təlimli təhsil müəssisəsi” anlayışının tərifi əlavə edilib. 4.0.29-cu maddəsində "pedaqoji işçi” termininin "müəllimlər” sözü ilə əvəz edilməsi təklif olunub.
Qanunun 12-ci maddəsinə irəli sürülən dəyişiklikdə isə ümumi təhsil müəssisələrinin yeni təsnifatı təklif olunub. Sonra komitə sədri məlumat verib ki, "Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində ümumi təhsil müəssisələrinin növlərinin yeni redaksiyasına uyğun olaraq "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanununun 7.0-cı maddəsində və "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.2-ci maddəsində də dəyişikliklər edilməsi təklif olunub.
Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüquqlarının təmini ilə bağlı görülən tədbirlərdən, qəbul edilən qanun, sərəncam və dövlət proqramlarından bəhs edən B.Əliyev sağlamlıq imkanları məhdud uşaqların mövcud təhsil təminatından istifadə imkanları barədə bəzi göstəricilərə nəzər salıb. O, ölkəmizdə inklüziv təhsilin tətbiqi ilə bağlı təşəbbüsləri, xüsusən də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələri, sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində gördüyü məqsədyönlü işlərin əhəmiyyətindən danışıb.
Sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməyin əhəmiyyətini vurğulayan komitə sədri qanunvericiliyə təklif edilən bu dəyişikliklərin də onların təhsili üçün maneəsiz mühit yaratmağa xidmət etdiyini bildirib.
Komitə üzvləri hər iki qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Azərbaycanda bu şəxslərə də təqaüd veriləcək
19
aprel
11:41

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bu şəxslərə də təqaüd təyin ediləcək
Bu tələbələrin təqaüdləri artırıldı - Prezidentdən SƏRƏNCAM
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Özəl universitetlərdə təhsil alan tələbələrə ŞAD XƏBƏR
Bu şəxslər ali məktəblərə imtahansız qəbul olunacaqlar
Prezident bu qanuna dəyişikliyi TƏSDİQLƏDİ
Baş Nazirdən təhsillə bağlı daha bir QƏRAR
İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiqlədi
Peşə təhsil pilləsi üzrə tələbə qəbulu davam edir
Deputatlar bu gün toplaşır
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
Milli Məclisin komitə iclasları başlayır
Milii Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Deputatlar toplaşır - 16 məsələ müzakirə olunacaq
Milli Məclisin iclası başladı - YENİLƏNİB
Azərbaycanda bir peşə məktəbində koronavirusa görə tədris müvəqqəti dayandırılıb
Milli Məclisin növbəti plenar iclası başladı
Deputatlar bu gün toplaşır
Baş nazirdən QƏRAR: bu şəxslərə 265 manat vəsait ödəniləcək
Deputatlar bu gün 10 məsələni müzakirə edəcəklər
Deputatlar bu gün toplaşacaqlar - Hərbi vəziyyət ləğv olunur
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
Milli Məclisin iclası başladı - YENİLƏNİB
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Deputatlar bu gün 12 məsələnin müzakirəsinə toplaşır
Milli Məclisin iclası başladı
Milli Məclisin iclası başladı - YENİLƏNİB
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
Milli Məclisin iclası başladı - YENİLƏNİB
Deputatlar bu gün 12 məsələni müzakirə edəcək
- YAP-çı deputatlardan Erkin Qədirliyə cavab – Dava qızışır
- "Putin mənim üçün heç kimdir" - Zelenski
- "Toyota"nın prezidenti istefa verəcək
- Ova cəhd edənlər cəzalandırıldı
- "Kurtlar Vadisi"nin aktyoru vəfat etdi - FOTO
- İlham Əliyevdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı FƏRMAN
- Parlamentdə qaz limiti ilə bağlı dinləmə keçirilsin - TƏKLİF
- Naxçıvanla bağlı daha bir yenilik - Martın 1-dək...
- “Səsimizi çıxartmağa qorxuruq, çünki bizi işimizdən edərlər” - NARAZILIQ VAR!
- “Vosmoy”da bazarlıq edən arvadını bıçaqladı
- Aygün Bəylərin SON VƏZİYYƏTİ necədir?
- Daha bir serial final edir
- YAP-çı deputatlardan Erkin Qədirliyə cavab – Dava qızışır
- Meksika klubu Dani Alveşlə müqaviləni ləğv etdi
- Genesis kripto birjası müflis oldu
- Britaniyada kilosu 21 dollara satılan ağ çiyələk yetişdirilib
- Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirib
- Çin zooparkında pələng üç aslan tərəfindən parçalandı
- Demet 7 milyon qazandı
- “Müğənnilərin çoxu kiminsə “saxladığı”dır” ittihamı qalmaqal yaratdı
- Azərbaycan-İordaniya matçının tarixi bəlli oldu
- Azərbaycanda məşhur müğənni həyat yoldaşı ilə görüntüləndi - FOTO
- Tünzalə Əliyevanın vəziyyəti yenidən pisləşdi
- “Qaçqınkom”un Departament direktorunun müavini Azər Eminovun qaranlıq keçmişi.... - Səbuhi Əhmədovun müavininin qardaşı Sevan, bacısı Klara ...